Qara dənizdə dron hücumu: Üç ticarət gəmisi zədələnib
Rumıniyanın Baş naziri Luka Nikulesku Qara dənizdə, Sulina kanalı yaxınlığında üç ticarət gəmisinin pilotsuz uçuş aparatlarının hücumuna məruz...
İranla müharibə fonunda yanacağın kəskin bahalaşması “Villa Vie Odyssey” kruiz gəmisinin fəaliyyətini maliyyə baxımından mümkünsüz edib. Nəticədə gəmidə daimi yaşayan 203 sərnişin Kambocada sahilə çıxmağa məcbur olub.
755 gündən artıqdır dünyanı dolaşan “Villa Vie Odyssey” sərnişinlərə gəmidə uzunmüddətli və ya daimi yaşamaq üçün kayut almaq, yaxud icarəyə götürmək imkanı təklif edirdi.
Gəminin sahibi oktyabrın 27-də fəaliyyətin müvəqqəti dayandırıldığını açıqlayıb. Şirkət sərnişinlər üçün müvəqqəti yaşayış yeri axtardığını bildirib.
Şirkətin məlumatına görə, əvvəllər bir kayut üçün orta aylıq yanacaq xərci 1 800 dollar idisə, Asiyanın bəzi bölgələrində bu məbləğ 6 000–8 000 dollara çatıb.
Şirkət bu miqyasda xərc artımını sadəcə sakinlərin üzərinə qoya bilməz.
“Yaranan maliyyə çatışmazlığı mövcud iş modelimizlə fəaliyyətimizi davam etdirməyə imkan vermir”, – deyə şirkət bildirib.
Prea Sianuk əyalətinin qubernator müavini Lonq Dimanşın sözlərinə görə, 650 nəfərlik gəmidə fəaliyyət dayandırılan vaxt 203 sərnişin və 156 heyət üzvü olub.
Sərnişinlərin bir qismi artıq təyyarə ilə Kambocanı tərk edib, digərləri isə Sihanoukville liman şəhərində qalıb.
Qubernator müavini bildirib ki, gəminin yanacaq doldurduqdan sonra oktyabrın 31-də Kambocadan ayrılması gözlənilir.
Həyat yoldaşı ilə “Villa Vie Odyssey” gəmisində yaşayan və “ResidentialCruising.com” saytında gəmidəki həyatı barədə yazılar dərc edən Rendi Kassinqem bildirib ki, şirkətin Floridada yerləşən baş icraçı direktoru Keti Vilyalba Kamboca vaxtı ilə saat 07:00-dan bir qədər sonra gəmi sakinlərinə mesaj göndərib. Mesajda onlardan saat 14:00-dək gəmini tərk etmələri tələb olunub.
“Bu, biznes modelindəki problemlərin, rəhbərliyin yol verdiyi səhvlərin, həmçinin yanacağın qiyməti və təchizatı ilə bağlı böhranın eyni vaxta təsadüf etməsinin nəticəsi idi”, – deyə Kassinqem bildirib.
Sakinlərin sosial şəbəkələrdə yayımladıqları videolar onların hadisəyə müxtəlif münasibətini əks etdirir. Bəziləri məyus olduqlarını və gələcəklə bağlı qeyri-müəyyənlik yaşadıqlarını, digərləri isə yaranan fürsətdən istifadə edərək Cənub-Şərqi Asiyanı gəzməyi planlaşdırdıqlarını bildiriblər.
“Villa Vie Residences” şirkəti bildirib ki, fevralın sonlarında İranla müharibə başlayandan bəri yanacağa qənaət etmək məqsədilə səfər proqramını ləngidib və limanlarda dayanma müddətini artırıb. Lakin bu tədbirlər yanacağın bahalaşmasından yaranan əlavə xərcləri qarşılamağa kifayət etməyib.
“Artıq fəaliyyətimizlə bağlı zərərləri ödəməyə gücümüz çatmır”, – deyə şirkət açıqlayıb.
Şirkət növbəti 60 gün ərzində biznes modelini yenidən qurmağı və əlavə kapital cəlb etməyi planlaşdırdığını bildirib. Lakin maliyyələşdirmə ilə bağlı hələlik heç bir razılaşma əldə olunmayıb.
Ukrayna ilə bağlı sülh danışıqlarında Avropanı tək nümayəndə deyil, bir qrup diplomat təmsil edəcək. Avropa İttifaqı (Aİ) liderləri noyabrın 13-də Dublində keçirilən sammitdə bu barədə razılığa gəliblər.
ABŞ Federal Aviasiya Administrasiyası (FAA) noyabrın 13-də rabitə nasazlığı səbəbindən ölkə üzrə dayandırılan uçuşların bərpasına icazə verib. Bu, 2001-ci ilin 11 sentyabr terror hücumlarından sonra ABŞ-də uçuşlara qoyulan ən uzunmüddətli məhdudiyyət olub.
Mərkəzi Asiyada daha çox su elektrik stansiyası və hündürmərtəbəli bina tikildikcə seysmoloqlar iri su anbarlarının zəlzələlərə mümkün təsirini araşdırırlar. Regionun iri şəhərlərinin fəal tektonik qırılmalara yaxın yerləşməsi bu məsələni daha da aktuallaşdırır.
İlon Maskın “SpaceX” şirkəti “Starship” raketini növbəti sınaq uçuşunda orbitə çıxarmağa nail olub. Lakin raketin sürətləndirici blokunu geri qaytarmaq mümkün olmayıb. 15-ci sınaq uçuşu noyabrın 13-də ABŞ-nin Texas ştatındakı “Starbase” kosmodromundan həyata keçirilib.
Türkiyə və Qətər noyabrın 13-də birgə təhlükəsizliyi və regional sabitliyi gücləndirmək məqsədilə qarşılıqlı müdafiə sazişi imzalayıb. Tərəflər ölkələrdən birinə xaricdən silahlı hücum ediləcəyi təqdirdə vahid mövqedən çıxış edəcəklərini bəyan ediblər.
Rumıniyanın Baş naziri Luka Nikulesku Qara dənizdə, Sulina kanalı yaxınlığında üç ticarət gəmisinin pilotsuz uçuş aparatlarının hücumuna məruz qaldığını bildirib. Onun sözlərinə görə, hücumlarla əlaqədar Rumıniya ordusu iki dəfə qırıcı təyyarələrini havaya qaldırıb.
İtaliyanın fərdi məlumatların mühafizəsi qurumu “Meta Platforms” şirkətini 805 milyon avro (887 milyon dollar) cərimələdiyini açıqlayıb. Qurumun məlumatına görə, şirkət Android istifadəçilərinin foto və videolarına onların xəbəri və razılığı olmadan çıxış əldə edib.
“SpaceX”in “Starship” kosmik gəmisi noyabrın 14-də 22,5 saatdan çox davam edən orbital uçuşdan sonra ilk dəfə Texasdakı buraxılış qülləsinin mexaniki qolları ilə tutulub. Bu, tam təkrar istifadə oluna bilən raket sisteminin yaradılmasında mühüm addımdır.
Filippin və Avstraliya noyabrın 15-də Manilada hərbi əməkdaşlığı genişləndirmək və təhlükəsizlik əlaqələrini gücləndirmək məqsədilə yeni saziş imzalayıblar. Razılaşma Cənubi Çin dənizində Çinlə gərginliyin davam etdiyi bir vaxtda əldə olunub.
Noyabrın 15-də Filippinin paytaxtı Manilada ASEAN-ın 49-cu sammiti işə başlayıb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın