Şimali Koreya yeni silah sistemini sınaqdan keçirib

Şimali Koreya yeni silah sistemini sınaqdan keçirib
Şimali Koreya lideri Kim Çen In “Choe Hyon” esminesindən raketin sınaq buraxılışını izləyir. 10 mart 2026-cı il.
Reuters

Şimali Koreyanın dövlət xəbər agentliyi KCNA oktyabrın 31-də ölkənin müdafiə elmi-tədqiqat institutlarının mühüm silah sistemini sınaqdan keçirdiyini bildirib.

KCNA-nın məlumatına görə, sınağın məqsədi taktiki ballistik raketlərə quraşdırılması nəzərdə tutulan kaset tipli döyüş başlığının hərbi əməliyyat şəraitinə uyğunluğunu və dağıdıcı gücünü qiymətləndirmək olub.

Agentlik bildirib ki, sınaq nəticəsində standart 2-ci tip kaset tipli döyüş başlığının ən yüksək zərbə sıxlığı ilə 12–13 hektar ərazidəki hədəfləri məhv edə bildiyi müəyyənləşib.

Şimali Koreyanın Raket İdarəsinin rəsmisi kaset bombası döyüş başlıqlarının dörd növə bölündüyünü bildirib, lakin əlavə məlumat verməyib.

KCNA-nın məlumatına görə, Şimali Koreya 2026-cı ilin sonunadək hərbi bölmələrinə bu döyüş başlıqlarının hər dörd növündən əməliyyat məqsədlərinə uyğun istifadə etmək imkanı yaradacaq.

Pxenyan son həftələr bir neçə raket sınağı və pilotsuz uçuş aparatlarının sərgisini keçirməklə hərbi gücünü nümayiş etdirmək istiqamətində fəaliyyətini artırıb. Analitiklərin fikrincə, bu sınaqlar ordunun modernləşdirilməsi səylərinin bir hissəsi ola bilər.

Teqlər