Hərbi süni intellekt: “Helsing” “Palantir”ə rəqib sistem təqdim edir
Almaniyanın müdafiə texnologiyaları şirkəti “Helsing” Avropada ABŞ texnologiyalarından asılılıqla bağlı narahatlıqların artdığı bir vaxtda hədəflərin...
Qananın xarici işlər naziri Samuel Okudzeto Ablakva bildirib ki, Rusiya ölkəsində 2 000 meqavat gücündə atom elektrik stansiyasının (AES) tikintisi üçün əməkdaşlığa razılıq verib. Nazir bu açıqlamanı oktyabrın 31-də Moskvada keçirilən Rusiya-Afrika Sammitindəki danışıqlardan sonra edib.
Ablakva “X” sosial şəbəkəsində yazıb ki, layihə Qananın enerji təhlükəsizliyini gücləndirmək və sənayenin inkişafına dəstək vermək məqsədi daşıyır.
Bir gün əvvəl Rusiyanın dövlət nüvə korporasiyası “Rosatom” Qana da daxil olmaqla Afrika ölkələri ilə böyük nüvə enerjisi layihələri üzrə danışıqlar apardığını bildirmişdi.
İlk dəfə 2019-cu ildə keçirilən Rusiya-Afrika Sammiti Moskvanın enerji əməkdaşlığı vasitəsilə Afrika ölkələri ilə iqtisadi əlaqələrini genişləndirmək təşəbbüsünün bir hissəsidir.
İki ölkə müdafiə sahəsində əməkdaşlığı da genişləndirməyə razılaşıb. Yeni razılaşma Qana hərbçilərinin avadanlıq və digər resurslarla təmin olunmasını nəzərdə tutur.
Ablakvanın sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin Qana vətəndaşlarının Rusiyanın Ukraynadakı müharibəsinə cəlb olunmasını qadağan edib. Nazir bildirib ki, qadağa həm qanunsuz cəlbetmə, həm də könüllü qoşulma hallarını əhatə edir.
Rusiya Qananın kənd təsərrüfatına dəstək verməyi və Rusiyada təhsil alan qanalı tələbələr üçün təqaüdləri artırmağı da öhdəsinə götürüb.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə COP31-in Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Antalyaya gəlib.
Polşanın Krakov şəhərində noyabrın 7-də altı nəfərin öldürüldüyü silahlı hücumda şübhəli bilinən 24 yaşlı şəxs xəstəxanada ölüb. Polis bu barədə noyabrın 9-da məlumat yayıb.
“Nvidia” şirkəti baş icraçı direktoru Censen Huanqın xarici kəşfiyyat əməliyyatının hədəfi olması ehtimalını araşdırır. Müstəqil araşdırmaya Huanqın şəxsi münasibətdə olduğu iş qadınının Çinə məlumat ötürdüyü barədə iddialardan sonra başlanılıb.
Türkiyənin İzmir vilayətində polad zavodunda baş verən partlayışda azı 17 nəfərin öldüyü bildirilir. Texniki xidmət zamanı kran aşıb, ardınca partlayış olub. Hadisə ilə bağlı istintaq başlanıb.
AnewZ-un Günün İcmalını təqdim edirik. “Nvidia” ilə bağlı casusluq iddialarından ABŞ–İran gərginliyinə qədər dünyada baş verən beş əsas xəbəri diqqətinizə çatdırırıq.
Almaniyanın müdafiə texnologiyaları şirkəti “Helsing” Avropada ABŞ texnologiyalarından asılılıqla bağlı narahatlıqların artdığı bir vaxtda hədəflərin müəyyənləşdirilməsi üçün süni intellektə əsaslanan yeni proqram təminatını təqdim etməyə hazırlaşır.
ABŞ-nin xüsusi nümayəndəsi Cared Kuşner bildirib ki, Vaşinqton Rusiya Prezidenti Vladimir Putinin müəyyən şərtlər daxilində sülh sazişi bağlamağa hazır olduğuna inanır. O, bu açıqlamanı Əbu-Dabidə ABŞ, Rusiya və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə başlayan ikigünlük danışıqlar zamanı verib.
Bolqarıstanın şərqində qatı duman səbəbindən magistral yolun hər iki istiqamətində onlarla avtomobilin toqquşması nəticəsində azı 12 nəfər həlak olub, 46 nəfər yaralanıb. Qəza noyabrın 10-da baş verib.
ABŞ Prezidenti Donald Tramp Fars körfəzi ölkələrinin müraciətindən sonra İrana yeni zərbələri hələlik təxirə salacağını bildirib. Onun sözlərinə görə, ABŞ-nin Hörmüz boğazındakı dəniz blokadası qüvvədə qalacaq.
ABŞ ordusu İranla əlaqəli olduğu bildirilən təhdidə görə Birləşmiş Krallıqdakı ikinci hərbi hava bazasından da təyyarələrini başqa yerlərə köçürüb. Bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın