Hərbi süni intellekt: “Helsing” “Palantir”ə rəqib sistem təqdim edir
Almaniyanın müdafiə texnologiyaları şirkəti “Helsing” Avropada ABŞ texnologiyalarından asılılıqla bağlı narahatlıqların artdığı bir vaxtda hədəflərin...
Noyabrın 3-də ABŞ vətəndaşları Nümayəndələr Palatası və Senata seçkilərdə səs verəcəklər. Nəticələr Donald Trampın prezidentliyinin qalan 26 ayına, eləcə də Ukrayna və İran münaqişələrinin gedişinə təsir göstərə bilər.
Konqresin aşağı palatası olan Nümayəndələr Palatasındakı 435 yerin hamısı, yuxarı palata olan Senatda isə 35 yer uğrunda seçkilər keçiriləcək.
Hər iki palata ölkə üzrə qüvvədə olan qanunların qəbulunda iştirak edir. Nümayəndələr Palatasının üzvləri qanun layihələri təqdim edir, onları müzakirəyə çıxarır və səsə qoyurlar. Palata federal büdcənin təsdiqində də əsas rol oynayır.
Nümayəndələr Palatası prezident, hakimlər və digər federal vəzifəli şəxslərə qarşı impiçment, yəni vəzifədən uzaqlaşdırılma prosesini başlada bilər. Hər deputat orta hesabla 761 min əhalisi olan seçki dairəsini təmsil edir.
Hazırda Trampın Respublikaçılar Partiyası palatada cüzi üstünlüyə malikdir. Demokratlar çoxluğu qazanmaq istəyirlər. Bu, onlara administrasiyanın fəaliyyətini daha yaxından yoxlamaq və siyasətinə qarşı çıxmaq imkanı verər.
Hər ştat Senatda iki senatorla təmsil olunur. Senat qanun qəbul etməklə yanaşı, prezidentin yüksək vəzifələrə, federal hakim və səfir postlarına irəli sürdüyü namizədləri təsdiqləyir və ya rədd edir.
Nümayəndələr Palatası impiçment qərarı verdikdən sonra ittihamlara Senat baxır və həmin şəxsin vəzifədən uzaqlaşdırılıb-uzaqlaşdırılmayacağını müəyyən edir.
Respublikaçılar hazırda Senatda 53-47 üstünlüyünə malikdirlər. Demokratların 51 yerə çataraq çoxluğu qazanması üçün yerlərinin sayını dörd artırması lazımdır.
Seçkilər 2028-ci il prezident seçkisi ərəfəsində respublikaçılar üçün ciddi sınaqdır. Nəticələr Trampın səlahiyyət müddətinin qalan hissəsində siyasətini necə həyata keçirəcəyinə təsir göstərəcək. ABŞ Konstitusiyası onun üçüncü dəfə prezident olmasına imkan vermir.
Demokratlar Nümayəndələr Palatasında çoxluğu qazansalar, qanun layihələrinin qəbuluna mane ola, administrasiyanın qərarlarını araşdıra və dövlət xərcləri üzrə danışıqlarda Trampın prioritetlərinə qarşı çıxa bilərlər.
Senatda qələbə isə onlara yüksəkvəzifəli şəxslərin və səfirlərin təyinatına daha çox təsir etmək imkanı verər.
Lakin Konqresə nəzarət demokratların Trampın bütün planlarını dayandıra biləcəyi demək deyil. Prezident qanun layihələrinə veto qoya və Konqresin təsdiqi olmadan hökumətin fəaliyyətini fərmanlarla istiqamətləndirə bilər. Bu fərmanlar mövcud qanunları poza bilməz.
Tramp 2024-cü ildə qələbə nitqində müharibə başlatmayacağını demişdi. O, əvvəlki prezidentlərin başladığı münaqişələri də dəfələrlə tənqid etmişdi.
Lakin fevralda başlayan ABŞ-İran müharibəsi onun administrasiyasının xarici siyasətdə üzləşdiyi əsas problemlərdən birinə çevrilib.
“Pew Research Center”in oktyabrda açıqladığı sorğuya görə, amerikalıların 65 faizi Trampın münaqişə ilə bağlı siyasətini bəyənməyib. Buna görə seçkilər hökumətin müharibə siyasətinə ictimai dəstəyi də göstərə bilər. Bununla belə, nəticələr yanaşmanın dərhal dəyişəcəyi demək deyil.
Demokratlar palatalardan hər hansı birində çoxluğu qazansalar, Trampın hərbi qərarlarını və müharibənin aparılmasını daha geniş araşdıra, əlavə maliyyə tələblərinə qarşı çıxa bilərlər.
Sentyabrda Senat demokratların irəli sürdüyü qətnaməni cüzi səs fərqi ilə rədd edib. Sənəd Trampdan İrana qarşı hərbi əməliyyatları dayandırmağı və ya onları davam etdirmək üçün Konqresin icazəsini almağı tələb edirdi.
Senatda qüvvələr nisbətinin dəyişməsi oxşar təşəbbüslərin qəbulunu asanlaşdıra bilər. Bununla belə, Tramp səlahiyyətlərini məhdudlaşdıran qanun layihələrini veto ilə dayandırmaq imkanını saxlayır. Vetonun aşılması üçün hər iki palatada üçdə iki səs çoxluğu lazımdır.
Demokratlar Konqres dinləmələrində Trampın Rusiyaya münasibətini, sanksiya qərarlarını və Moskva ilə əlaqələrini sorğulaya bilərlər. Administrasiyanın Ukrayna müharibəsinə dair siyasəti də mümkün araşdırma mövzuları arasındadır.
Senata nəzarəti rəqabətin gərgin olduğu bir neçə ştatdakı nəticələr müəyyən edə bilər. Nümayəndələr Palatasında çoxluq uğrunda mübarizə isə onlarla seçki dairəsinin nəticəsindən asılı olacaq.
Miçiqanda solçu demokrat Əbdül Əl-Səyyid partiyasının yerini qorumaq üçün respublikaçı Mayk Rocerslə yarışır. Əl-Səyyid avqustda partiyadaxili ilkin seçkidə daha mərkəzçi rəqibini cüzi fərqlə məğlub edib. Onun namizədliyi seçicilərin hər iki partiyaya üstünlük verə bildiyi ştatda solçu siyasətçinin qələbə şansını göstərəcək.
Demokratların ABŞ Senatına namizədi Əbdül Əl-Səyyid seçki mitinqində tərəfdarlarına müraciət edir. Detroyt, Miçiqan, ABŞ, 24 oktyabr 2026-cı il.
Mendə respublikaçı senator Syuzan Kollinz yenidən seçilmək üçün ştat Senatının keçmiş sədri, demokrat Troy Ceksonla mübarizə aparır. Kollinz bəzi məsələlərdə Trampdan fərqli mövqe tutub. O, sentyabrda prezidentin İrana qarşı hərbi fəaliyyətini məhdudlaşdıran qətnaməni də dəstəkləyib. Sorğular gərgin rəqabət göstərir. “The Washington Post”un oktyabr sorğusunda Cekson dörd faiz bəndi öndə olub.
Texasda ştatın baş prokuroru, respublikaçı Ken Pakston demokrat Ceyms Talariko ilə yarışır. Texas federal seçkilərdə ənənəvi olaraq respublikaçıların güclü olduğu ştatdır. Lakin son sorğular burada da rəqabətin artdığını göstərir. Hyuston Universitetinin oktyabr sorğusunda Talariko 48, Pakston isə 46 faiz dəstək alıb. Demokratların qələbəsi partiya üçün mühüm uğur olar və Senatdakı qüvvələr nisbətini dəyişə bilər.
Sorğular demokratların Nümayəndələr Palatasında çoxluğu qazanmaq üçün güclü mövqedə olduğunu göstərir. Senatda isə mübarizənin daha çətin olacağı gözlənilir.
Oktyabrın 26-da yayımlanan “Reuters/Ipsos” sorğusunda səsvermədə iştirakı gözlənilən seçicilərdən öz dairələrində hansı partiyanı dəstəkləyəcəkləri soruşulub. Demokratlar 53 faizlə respublikaçıları doqquz faiz bəndi qabaqlayıblar. Respublikaçılara dəstək 44 faiz olub.
Eyni sorğuda Trampın fəaliyyətini bəyənənlərin payı 32 faiz təşkil edib. Respondentlərin 73 faizi isə yaşayış xərcləri ilə bağlı vəziyyətin pisləşdiyini bildirib.
İran müharibəsi ilə əlaqəli olan qiymət artımları Tramp üçün ölkə daxilində ciddi problem yaradır.
Vaşinqtondakı Brukinqs İnstitutunun iqtisadi araşdırmalar üzrə direktoru Ben Harris oktyabrın 20-də keçirilən müzakirədə deyib ki, seçicilərə qiymətlərin enəcəyi vəd olunsa da, bu baş verməyib.
Onun sözlərinə görə, İran müharibəsindən sonra benzinin qiyməti xeyli artıb. Ərzaq və mənzillərin ucuzlaşacağına dair vədlər də yerinə yetirilməyib.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə COP31-in Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Antalyaya gəlib.
Polşanın Krakov şəhərində noyabrın 7-də altı nəfərin öldürüldüyü silahlı hücumda şübhəli bilinən 24 yaşlı şəxs xəstəxanada ölüb. Polis bu barədə noyabrın 9-da məlumat yayıb.
“Nvidia” şirkəti baş icraçı direktoru Censen Huanqın xarici kəşfiyyat əməliyyatının hədəfi olması ehtimalını araşdırır. Müstəqil araşdırmaya Huanqın şəxsi münasibətdə olduğu iş qadınının Çinə məlumat ötürdüyü barədə iddialardan sonra başlanılıb.
Türkiyənin İzmir vilayətində polad zavodunda baş verən partlayışda azı 17 nəfərin öldüyü bildirilir. Texniki xidmət zamanı kran aşıb, ardınca partlayış olub. Hadisə ilə bağlı istintaq başlanıb.
AnewZ-un Günün İcmalını təqdim edirik. “Nvidia” ilə bağlı casusluq iddialarından ABŞ–İran gərginliyinə qədər dünyada baş verən beş əsas xəbəri diqqətinizə çatdırırıq.
Almaniyanın müdafiə texnologiyaları şirkəti “Helsing” Avropada ABŞ texnologiyalarından asılılıqla bağlı narahatlıqların artdığı bir vaxtda hədəflərin müəyyənləşdirilməsi üçün süni intellektə əsaslanan yeni proqram təminatını təqdim etməyə hazırlaşır.
ABŞ-nin xüsusi nümayəndəsi Cared Kuşner bildirib ki, Vaşinqton Rusiya Prezidenti Vladimir Putinin müəyyən şərtlər daxilində sülh sazişi bağlamağa hazır olduğuna inanır. O, bu açıqlamanı Əbu-Dabidə ABŞ, Rusiya və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə başlayan ikigünlük danışıqlar zamanı verib.
Bolqarıstanın şərqində qatı duman səbəbindən magistral yolun hər iki istiqamətində onlarla avtomobilin toqquşması nəticəsində azı 12 nəfər həlak olub, 46 nəfər yaralanıb. Qəza noyabrın 10-da baş verib.
ABŞ Prezidenti Donald Tramp Fars körfəzi ölkələrinin müraciətindən sonra İrana yeni zərbələri hələlik təxirə salacağını bildirib. Onun sözlərinə görə, ABŞ-nin Hörmüz boğazındakı dəniz blokadası qüvvədə qalacaq.
ABŞ ordusu İranla əlaqəli olduğu bildirilən təhdidə görə Birləşmiş Krallıqdakı ikinci hərbi hava bazasından da təyyarələrini başqa yerlərə köçürüb. Bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın