Zəfər Günündə Qarabağda Azərbaycan–Türkiyə həmrəyliyi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Zəfər Günü münasibətilə Azərbaycana səfər edib. Səfər çərçivəsində iki ölkə liderinin görüşləri...
Ukrayna və Rusiya fövqəladə hallar barədə xəbərdarlıq tətbiqlərinə kiberhücumlar edildiyini bildiriblər. Nəticədə istifadəçilərə qısa müddət ərzində saxta xəbərdarlıqlar və yanlış məlumatlar göndərilib.
Hadisələr iki ölkə arasında davam edən müharibə fonunda rəqəmsal təhlükəsizliklə bağlı narahatlıqları artırıb.
Ukraynada fövqəladə hallar barədə xəbərdarlıq üçün istifadə olunan mobil tətbiqdə müvəqqəti olaraq Kiyev və digər bölgələrdə nüvə və kimyəvi təhlükə olduğu barədə yanlış məlumatlar göstərilib. Saxta bildirişlərdən birində isə Rusiyanın “Oreşnik” raketini döyüş məqsədilə yerləşdirdiyi iddia edilib.
Ukrayna Hərbi Hava Qüvvələri “Telegram”da bildirib ki, hava hücumu xəbərdarlığı tətbiqinə düşmən tərəfindən müdaxilə edildiyi ehtimal olunur.
Qurum radiasiya təhlükəsinin olmadığını vurğulayaraq sakinləri sakit olmağa çağırıb.
Daha sonra saxta bildirişlər tətbiqdən silinib.
Ukraynanın Rəqəmsal Transformasiya Nazirliyi tətbiqin fəaliyyətində müvəqqəti fasilə yarandığını təsdiqləyib. Bununla belə, nazirlik hava hücumu sirenləri də daxil olmaqla digər xəbərdarlıq sistemlərinin normal işlədiyini bildirib.
Kiyev rəsmiləri isə paytaxt üçün hazırlanmış ayrıca xəbərdarlıq tətbiqinin fəaliyyətində problem yaranmadığını açıqlayıblar.
Rusiyanın Fövqəladə Hallar Nazirliyi mobil tətbiqinin genişmiqyaslı kiberhücuma məruz qaldığını bildirib.
TASS dövlət xəbər agentliyinin noyabrın 2-də səhər saatlarında yaydığı məlumata görə, hücum nəticəsində istifadəçilərə yanlış məlumatlar göndərilib.
İki ölkədə baş verən kiberhücumlar arasında əlaqənin mövcudluğu hələ məlum deyil.
Ukraynanın SPRAVDI adı ilə tanınan Strateji Kommunikasiyalar Mərkəzi ölkənin xəbərdarlıq sisteminə hücumda Rusiyanı ittiham edib.
Mərkəz “X” platformasında paylaşım edərək “Oreşnik” raketindən bəhs edən rus dilində yazılmış saxta bildirişə diqqət çəkib.
Bu hadisələr Rusiya və Ukrayna arasında kiberhücumların və informasiya müharibəsinin davam etdiyi dövrə təsadüf edib.
Polşanın Krakov şəhərinin mərkəzi meydanında silahlı hücum nəticəsində azı 6 nəfər həlak olub, 15 nəfər yaralanıb. Bu barədə Polşa rəsmiləri məlumat veriblər.
Azərbaycan, ABŞ və Ermənistan Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) layihəsini sürətləndirmək üçün üçtərəfli texniki işçi qruplarının fəaliyyətinə başlayıblar. Bu, 2025-ci ilin avqustunda Vaşinqtonda əldə olunan razılaşmaların icrasında növbəti addımdır.
Azərbaycan Prezidenti İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Dövlət başçısı Xankəndidə Zəfər tağını ziyarət edərək önünə əklil qoyub.
Yeni Zelandiyada keçirilən parlament seçkilərində hakim sağ-mərkəzçi Milli Partiya müxalifətdəki Leyboristlər Partiyasını cüzi fərqlə qabaqlayır. İlkin proqnozlara görə, hazırkı üçpartiyalı hakim koalisiya iqtidarda qala bilər.
Azərbaycanda noyabrın 8-də Zəfər Gününün altıncı ildönümü qeyd olunur. Bu əlamətdar tarix 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Şuşanın işğaldan azad edilməsi ilə bağlıdır.
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) noyabrın 8-də ABŞ-nin silah və sanksiyalarla məhdudlaşdırılan digər materialların daşınmasının qarşısını almaq üçün başlatdığı yeni əməliyyatın nəticə verməyəcəyini bildirib.
Polşada Krakov şəhərində altı nəfərin ölümü ilə nəticələnən kütləvi atışmadan sonra noyabrın 8-də ölkə üzrə ikigünlük matəm elan edilib. Polis hadisə ilə əlaqədar təhlükəsizlik tədbirlərini gücləndirib.
Türkiyənin Antalya şəhərində noyabrın 9-da başlayacaq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) ərəfəsində təhlükəsizlik tədbirləri gücləndirilib.
Rusiyanın noyabrın 8-nə keçən gecə Ukraynanın Dnepropetrovsk vilayətinin enerji infrastrukturuna endirdiyi zərbələr nəticəsində 600 mindən çox sakin elektrik enerjisiz qalıb. Bu barədə Ukraynanın DTEK enerji şirkəti məlumat yayıb.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi və Yəməndə husilərə qarşı döyüşən koalisiya noyabrın 8-də İranın dəstəklədiyi qruplaşmanın Ər-Riyad istiqamətində atdığı iki ballistik raketin havada vurularaq məhv edildiyini açıqlayıb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın