Zəfər Günündə Qarabağda Azərbaycan–Türkiyə həmrəyliyi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Zəfər Günü münasibətilə Azərbaycana səfər edib. Səfər çərçivəsində iki ölkə liderinin görüşləri...
Alman nazirlər Frankfurtda mağazalara ziyan vuran, 100-dən çox polis əməkdaşını yaralayan iğtişaş və qarət iştirakçılarının sərt cəzalandırılacağını bildiriblər.
Onlar daha genişmiqyaslı iğtişaşların qarşısını aldıqlarına görə təhlükəsizlik qüvvələrinin fəaliyyətini yüksək qiymətləndiriblər.
İğtişaşlar oktyabrın 31-də gecə saatlarında başlayıb. Həmin gün Almaniya üzrə on minlərlə gənc təhsil şəraitinin yaxşılaşdırılması və yaşayış xərclərinin azaldılması tələbi ilə nümayişlərə qatılıb. Etirazları “Gen Z regelt” (Z nəsli idarə edir) təşəbbüsü təşkil edib.
Hessen əyalətinin daxili işlər naziri Roman Posek noyabrın 1-də keçirilən mətbuat konfransında bildirib ki, üzüörtülü şəxslər Frankfurtda 17 mağazaya ziyan vurub, onlardan beşini qarət ediblər. Nazir asayişin qorunmasına 1 300 polisin cəlb olunduğunu, 100-dən çox əməkdaşın yaralandığını və yaşları 13–29 arasında olan 54 nəfərin saxlanıldığını deyib.
“Gördüklərim məni dəhşətə gətirib və baş verənləri yumşaq ifadələrlə təsvir etməyin mənası yoxdur. Açıq demək istəyirəm: hadisələr bu şəkildə davam edə bilməz”, — deyə Posek vurğulayıb.
Frankfurt polisi iğtişaşlar zamanı pəncərələrin sındırıldığını və təcili yardım xidmətlərinə “Molotov kokteyli” atıldığını bildirib.
Posekin sözlərinə görə, saxlanılanların əksəriyyəti Almaniya vətəndaşıdır. Nazir polis məlumatlarına istinadla bildirib ki, iğtişaşlarda əsasən miqrant mənşəli 1 000–1 500 nəfərin iştirak etdiyi ehtimal olunur.
Mühafizəkar Xristian-Sosial İttifaqının (CSU) nümayəndəsi, Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt “Bild” qəzetinə bildirib ki, iğtişaş və qarət iştirakçıları müəyyən edilərək məsuliyyətə cəlb olunacaqlar.
“İctimai asayişin pozulmasına görə sərt cəzalar verilməlidir”, — deyə nazir vurğulayıb.
Dobrindt radikal solçu qrupları və miqrant icmalarından olan iğtişaşçıları ümumilikdə dinc keçən etirazlardan öz məqsədləri üçün istifadə etməkdə ittiham edib. O, bu barədə əlavə təfərrüat verməyib.
Nazir polisin gördüyü tədbirlərin zorakılığın Parisdəki həddə çatmasının qarşısını aldığını bildirib.
Berlin polisi isə 27 əməkdaşının yüngül xəsarət aldığını və 56-dək şəxsin müvəqqəti saxlanıldığını açıqlayıb.
Mətbuatda Almaniyadakı etirazların Fransada keçirilən oxşar gənclər nümayişlərindən ilhamlandığı bildirilir. Fransada oktyabrın 17-də baş verən iğtişaşlar zamanı mağazalara, ictimai binalara və müəssisələrə ziyan vurulub. Oktyabrın 31-də və noyabrın 1-də isə etirazlar əsasən dinc keçib.
Azərbaycan Radiosunun 100, Azərbaycan Televiziyasının isə 70 illiyi münasibətilə nəşr olunan ensiklopediyanın təqdimatı keçirilib.
Polşanın Krakov şəhərinin mərkəzi meydanında silahlı hücum nəticəsində azı 6 nəfər həlak olub, 15 nəfər yaralanıb. Bu barədə Polşa rəsmiləri məlumat veriblər.
Azərbaycan, ABŞ və Ermənistan Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) layihəsini sürətləndirmək üçün üçtərəfli texniki işçi qruplarının fəaliyyətinə başlayıblar. Bu, 2025-ci ilin avqustunda Vaşinqtonda əldə olunan razılaşmaların icrasında növbəti addımdır.
Azərbaycan Prezidenti İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Dövlət başçısı Xankəndidə Zəfər tağını ziyarət edərək önünə əklil qoyub.
Yeni Zelandiyada keçirilən parlament seçkilərində hakim sağ-mərkəzçi Milli Partiya müxalifətdəki Leyboristlər Partiyasını cüzi fərqlə qabaqlayır. İlkin proqnozlara görə, hazırkı üçpartiyalı hakim koalisiya iqtidarda qala bilər.
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) noyabrın 8-də ABŞ-nin silah və sanksiyalarla məhdudlaşdırılan digər materialların daşınmasının qarşısını almaq üçün başlatdığı yeni əməliyyatın nəticə verməyəcəyini bildirib.
Polşada Krakov şəhərində altı nəfərin ölümü ilə nəticələnən kütləvi atışmadan sonra noyabrın 8-də ölkə üzrə ikigünlük matəm elan edilib. Polis hadisə ilə əlaqədar təhlükəsizlik tədbirlərini gücləndirib.
Türkiyənin Antalya şəhərində noyabrın 9-da başlayacaq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) ərəfəsində təhlükəsizlik tədbirləri gücləndirilib.
Rusiyanın noyabrın 8-nə keçən gecə Ukraynanın Dnepropetrovsk vilayətinin enerji infrastrukturuna endirdiyi zərbələr nəticəsində 600 mindən çox sakin elektrik enerjisiz qalıb. Bu barədə Ukraynanın DTEK enerji şirkəti məlumat yayıb.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi və Yəməndə husilərə qarşı döyüşən koalisiya noyabrın 8-də İranın dəstəklədiyi qruplaşmanın Ər-Riyad istiqamətində atdığı iki ballistik raketin havada vurularaq məhv edildiyini açıqlayıb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın