İspaniyada miqrant axını üzrə son altı ilin rekordu qeydə alınıb
İspaniyanın Kanar adalarına noyabrın 14-də təxminən 1 500 miqrant gedib. EFE xəbər agentliyinin dənizdə xilasetmə xidmətinə istinadən yaydığı məlumata...
İranla ABŞ arasındakı müharibəyə son qoymaq üçün Qətərin vasitəçiliyi ilə danışıqlar aparan İran nümayəndələri Dohadan ayrılıblar. Danışıqlar barədə məlumatlı rəsmi şəxs bildirib ki, saziş layihəs tərəflərə artıq təqdim olunur. Onun sözlərinə görə, növbəti görüşün keçirilməsi mümkündür.
Rəsmi şəxs nümayəndələrin noyabrın 1-də Dohadan ayrıldığını, bunun danışıqlardakı çətinliklərlə bağlı olmadığını bildirib. Saziş layihəsinin təfərrüatları açıqlanmayıb.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, danışıqlar Tehranın sentyabrda hazırladığı yeddi mərhələli plana əsaslanır. Plan Hörmüz boğazının yenidən açılmasını və ABŞ-nin İrana qarşı tətbiq etdiyi dəniz blokadasına son qoyulmasını nəzərdə tutur.
Tehran mümkün saziş çərçivəsində planın daha qısa müddətdə həyata keçirilməsini təklif edib.
Bəqayi qeyd edib ki, xarici işlər nazirinin müavini Kazım Qəribabadi Qətərin vasitəçiliyi ilə Vaşinqtonla mesaj mübadiləsini asanlaşdırmaq üçün Dohaya səfər edib.
“Tələblərimiz çox aydın və şəffaf şəkildə ifadə olunub. Bu tələblər əsaslı və məntiqlidir. ABŞ-nin dəniz blokadasına son qoyulmadan, İranın tələblərinə hörmətlə yanaşılmadan, ölkənin qanuni ehtiyacları qarşılanmadan heç bir yekun saziş imzalana bilməz. Bu şərtlər yerinə yetirilmədən Hörmüz boğazı açıla və ya onun təhlükəsizliyi təmin edilə bilməz”, — deyə Bəqayi vurğulayıb.
Oktyabrın 31-də Qətərin “Al Jazeera” telekanalı İranın xarici işlər naziri Abbas Əraqçiyə istinadla bildirib ki, saziş çərçivəsində Hörmüz boğazı ilkin təklifdəki yeddi gün əvəzinə iki gün ərzində açıla bilər.
Diplomatik səylər davam etsə də, ABŞ-də noyabrın 3-də keçiriləcək aralıq seçkilərdən sonra münaqişənin yenidən kəskinləşə biləcəyindən narahatlıq var.
Tehranın seçkilərə münasibəti barədə suala cavab verən Bəqayi İranın bu səsvermədən sonra “yeni bir ABŞ-nin doğulacağını” gözləmədiyini bildirib.
Tramp Vaşinqtonun səsvermədən əvvəl İrana yeni hücumlar etməyəcəyini bildirib. O, Tehranla danışıqları məhsuldar adlandırsa da, gələcək hərbi addımları istisna etməyib.
Ukrayna ilə bağlı sülh danışıqlarında Avropanı tək nümayəndə deyil, bir qrup diplomat təmsil edəcək. Avropa İttifaqı (Aİ) liderləri noyabrın 13-də Dublində keçirilən sammitdə bu barədə razılığa gəliblər.
Mərkəzi Asiyada daha çox su elektrik stansiyası və hündürmərtəbəli bina tikildikcə seysmoloqlar iri su anbarlarının zəlzələlərə mümkün təsirini araşdırırlar. Regionun iri şəhərlərinin fəal tektonik qırılmalara yaxın yerləşməsi bu məsələni daha da aktuallaşdırır.
ABŞ Federal Aviasiya Administrasiyası (FAA) noyabrın 13-də rabitə nasazlığı səbəbindən ölkə üzrə dayandırılan uçuşların bərpasına icazə verib. Bu, 2001-ci ilin 11 sentyabr terror hücumlarından sonra ABŞ-də uçuşlara qoyulan ən uzunmüddətli məhdudiyyət olub.
İlon Maskın “SpaceX” şirkəti “Starship” raketini növbəti sınaq uçuşunda orbitə çıxarmağa nail olub. Lakin raketin sürətləndirici blokunu geri qaytarmaq mümkün olmayıb. 15-ci sınaq uçuşu noyabrın 13-də ABŞ-nin Texas ştatındakı “Starbase” kosmodromundan həyata keçirilib.
Türkiyə və Qətər noyabrın 13-də birgə təhlükəsizliyi və regional sabitliyi gücləndirmək məqsədilə qarşılıqlı müdafiə sazişi imzalayıb. Tərəflər ölkələrdən birinə xaricdən silahlı hücum ediləcəyi təqdirdə vahid mövqedən çıxış edəcəklərini bəyan ediblər.
İspaniyanın Kanar adalarına noyabrın 14-də təxminən 1 500 miqrant gedib. EFE xəbər agentliyinin dənizdə xilasetmə xidmətinə istinadən yaydığı məlumata görə, bu, 2020-ci ildən bəri bir gündə qeydə alınan ən yüksək göstəricidir.
Rumıniyanın Baş naziri Luka Nikulesku Qara dənizdə, Sulina kanalı yaxınlığında üç ticarət gəmisinin pilotsuz uçuş aparatlarının hücumuna məruz qaldığını bildirib. Onun sözlərinə görə, hücumlarla əlaqədar Rumıniya ordusu iki dəfə qırıcı təyyarələrini havaya qaldırıb.
İtaliyanın fərdi məlumatların mühafizəsi qurumu “Meta Platforms” şirkətini 805 milyon avro (887 milyon dollar) cərimələdiyini açıqlayıb. Qurumun məlumatına görə, şirkət Android istifadəçilərinin foto və videolarına onların xəbəri və razılığı olmadan çıxış əldə edib.
“SpaceX”in “Starship” kosmik gəmisi noyabrın 14-də 22,5 saatdan çox davam edən orbital uçuşdan sonra ilk dəfə Texasdakı buraxılış qülləsinin mexaniki qolları ilə tutulub. Bu, tam təkrar istifadə oluna bilən raket sisteminin yaradılmasında mühüm addımdır.
Filippin və Avstraliya noyabrın 15-də Manilada hərbi əməkdaşlığı genişləndirmək və təhlükəsizlik əlaqələrini gücləndirmək məqsədilə yeni saziş imzalayıblar. Razılaşma Cənubi Çin dənizində Çinlə gərginliyin davam etdiyi bir vaxtda əldə olunub.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın