Zəfər Günündə Qarabağda Azərbaycan–Türkiyə həmrəyliyi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Zəfər Günü münasibətilə Azərbaycana səfər edib. Səfər çərçivəsində iki ölkə liderinin görüşləri...
“Snapchat”ın sahibi olan “Snap Inc.” şirkəti iki yeniyetmənin qaldırdığı iddialarla bağlı razılığa gəlib. Yeniyetmələr platformanın istifadəçilərdə asılılıq yaradacaq şəkildə hazırlandığını və bunun depressiya, təşviş və qidalanma pozuntularına səbəb olduğunu iddia ediblər.
Razılıq Los-Ancelesdə bu həftə keçirilməsi planlaşdırılan məhkəmə prosesi üçün münsiflər heyətinin seçilməsi zamanı əldə olunub. Razılaşmanın şərtləri açıqlanmayıb.
İddiaçıların vəkilləri Con Morqan və Emili Ceffkott bildiriblər ki, bu razılaşma sosial media şirkətlərinin məsuliyyətə cəlb edilməsi istiqamətində səylərini davam etdirməyə imkan verəcək.
“Əsas məqsədimiz sosial media şirkətlərini onların fəaliyyətinin ölkə üzrə milyonlarla uşağa göstərdiyi təsirə görə məsuliyyətə cəlb etməkdir. Bu razılaşmalar da həmin istiqamətdə səylərimizi davam etdirməyə imkan yaradır”, – deyə vəkillərin birgə bəyanatında bildirilib.
“Snap” şirkəti məsələ ilə bağlı şərh sorğusuna cavab verməyib.
Məhkəmə sənədlərində iddiaçılar İllinoys ştatından olan 16 yaşlı S.J. və Missisipi ştatından olan 18 yaşlı K.D.B. kimi qeyd olunublar.
Onlar təxminən üç yaşlarından “YouTube”dan, doqquz yaşlarından isə “Snapchat” da daxil olmaqla digər sosial media platformalarından istifadə etməyə başladıqlarını bildiriblər. Yeniyetmələrin sözlərinə görə, videoların avtomatik oynadılması və lentin sonsuz sürüşdürülməsi kimi funksiyalar onları platformalarda daha çox vaxt keçirməyə sövq edib və psixi sağlamlıqlarına mənfi təsir göstərib.
Bu iki iddia birləşdirilərək sosial media şirkətlərinə qarşı qaldırılmış çoxsaylı iddialar arasından nümunəvi məhkəmə işləri kimi seçilib. Yeniyetmələr daha əvvəl “Meta”, “TikTok” və “Google”a məxsus “YouTube” ilə də razılığa gəliblər.
Bununla da “Snap” sosial media asılılığı ilə bağlı iddialar üzrə ilk məhkəmə prosesindən yayınıb. Şirkətin baş icraçı direktoru Evan Şpigelin məhkəmədə ifadə verməsi gözlənilirdi.
İddiaçıların vəkili Mark Lanier bildirib ki, ailələr problemin həlli üçün işi münsiflər heyətinə çıxarmaq məcburiyyətində qalmamalıdırlar.
“Bu yeniyetmələrə daimi həll yolu lazımdır. Uşaqları qorumaq üçün platformaların dizaynında real dəyişikliklər edilməlidir. Ayrı-ayrı məhkəmə işləri üzrə müvəqqəti həll yolları kifayət deyil. Bu dəyişikliklər həyata keçirilənədək məhkəmə iddialarını davam etdirəcəyik”, – deyə o bildirib.
Hazırda “Snap”, “Meta”, “TikTok” və “YouTube” şirkətlərinə qarşı ABŞ-nin federal və ştat məhkəmələrində minlərlə iddia qaldırılıb.
İddiaçılar arasında ayrı-ayrı şəxslər, məktəb dairələri, bələdiyyələr və dövlət qurumları var. Onlar şirkətlərin platformaları uşaqlarda asılılıq yaradacaq şəkildə bilərəkdən hazırladığını və bunun gənclər arasında psixi sağlamlıq problemlərinin artmasına səbəb olduğunu iddia edirlər.
Şirkətlər isə ittihamları rədd edərək platformalarının gənclərdə asılılıq yaratmaq məqsədilə hazırlanmadığını bildirirlər. Onlar ailələr üçün tətbiq olunan təhlükəsizlik tədbirlərini, valideyn nəzarəti funksiyalarını və digər resursları əsas gətirirlər.
İlk nümunəvi məhkəmə işi mart ayında başa çatıb. Los-Ancelesdə münsiflər heyəti “Meta” və “YouTube” şirkətlərini səhlənkarlığa görə məsul hesab edib və gənc qadına 6 milyon dollar təzminat ödənilməsinə qərar verib.
Hər iki şirkət işə yenidən baxılmasını tələb etsə də, hakim iyun ayında müraciətləri rədd edib. Şirkətlər qərardan apellyasiya şikayəti verəcəklərini bildiriblər.
İlkin məhkəmə prosesləri üçün seçilmiş digər işlər üzrə razılıq əldə olunub və ya iddialar geri götürülüb. İlk məhkəmə prosesi üçün seçilmiş məktəb dairəsi də hər dörd şirkətlə razılığa gəlib.
Avqust ayında “Meta” platformalarının yeniyetmələrə təsiri ilə bağlı ştatların baş prokurorları tərəfindən qaldırılan iddiaları həll etmək üçün ABŞ-nin demək olar ki, bütün ştatları və əraziləri ilə ümumi dəyəri 18 milyard dollara çatan razılaşmalar əldə edib. Razılaşmalar çərçivəsində azyaşlı istifadəçilər üçün “Instagram” və “Facebook”da dəyişikliklərin edilməsi də nəzərdə tutulub.
Ödənişlərin bir hissəsi ştatların “Snap”, “TikTok” və “YouTube” ilə də oxşar razılaşmalar əldə etməsindən asılı idi.
“Bloomberg”in istinad etdiyi bazar məlumatlarına görə, razılaşma xəbərinin yayılmasından sonra noyabrın 2-də “Snap” şirkətinin səhmləri 5 faizdən çox bahalaşıb.
Polşanın Krakov şəhərinin mərkəzi meydanında silahlı hücum nəticəsində azı 6 nəfər həlak olub, 15 nəfər yaralanıb. Bu barədə Polşa rəsmiləri məlumat veriblər.
Azərbaycan, ABŞ və Ermənistan Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) layihəsini sürətləndirmək üçün üçtərəfli texniki işçi qruplarının fəaliyyətinə başlayıblar. Bu, 2025-ci ilin avqustunda Vaşinqtonda əldə olunan razılaşmaların icrasında növbəti addımdır.
Azərbaycan Prezidenti İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Dövlət başçısı Xankəndidə Zəfər tağını ziyarət edərək önünə əklil qoyub.
Yeni Zelandiyada keçirilən parlament seçkilərində hakim sağ-mərkəzçi Milli Partiya müxalifətdəki Leyboristlər Partiyasını cüzi fərqlə qabaqlayır. İlkin proqnozlara görə, hazırkı üçpartiyalı hakim koalisiya iqtidarda qala bilər.
Azərbaycanda noyabrın 8-də Zəfər Gününün altıncı ildönümü qeyd olunur. Bu əlamətdar tarix 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Şuşanın işğaldan azad edilməsi ilə bağlıdır.
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) noyabrın 8-də ABŞ-nin silah və sanksiyalarla məhdudlaşdırılan digər materialların daşınmasının qarşısını almaq üçün başlatdığı yeni əməliyyatın nəticə verməyəcəyini bildirib.
Polşada Krakov şəhərində altı nəfərin ölümü ilə nəticələnən kütləvi atışmadan sonra noyabrın 8-də ölkə üzrə ikigünlük matəm elan edilib. Polis hadisə ilə əlaqədar təhlükəsizlik tədbirlərini gücləndirib.
Türkiyənin Antalya şəhərində noyabrın 9-da başlayacaq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) ərəfəsində təhlükəsizlik tədbirləri gücləndirilib.
Rusiyanın noyabrın 8-nə keçən gecə Ukraynanın Dnepropetrovsk vilayətinin enerji infrastrukturuna endirdiyi zərbələr nəticəsində 600 mindən çox sakin elektrik enerjisiz qalıb. Bu barədə Ukraynanın DTEK enerji şirkəti məlumat yayıb.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi və Yəməndə husilərə qarşı döyüşən koalisiya noyabrın 8-də İranın dəstəklədiyi qruplaşmanın Ər-Riyad istiqamətində atdığı iki ballistik raketin havada vurularaq məhv edildiyini açıqlayıb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın