Kanada Rusiya və Belarus hokkeyçilərini dünya çempionatına buraxmayacaq

Kanada Rusiya və Belarus hokkeyçilərini dünya çempionatına buraxmayacaq
Kanadanın Baş naziri Mark Karni. Monreal, Kanada, 29 oktyabr 2026-cı il.
Reuters

Kanada Rusiya və Belarus hokkeyçilərini buzüstü hokkey üzrə gənclər arasında dünya çempionatına buraxmayacaq. Turnir 2026-cı il dekabrın 26-dan 2027-ci il yanvarın 5-dək Alberta əyalətində keçiriləcək.

Baş nazir Mark Karni bu barədə noyabrın 3-də Antiquada keçirilən sammitdən sonra keçirdiyi mətbuat konfransında bildirib.

“Rusiya və Belarus Ukraynadakı bu qanunsuz, əsassız və dəhşətli müharibəni dəstəklədiyi müddətdə həmin ölkələrin idmançıları Kanadada öz ölkələrini təmsil edə bilməyəcəklər”, – deyə Karni bildirib.

“Odur ki, konkret olaraq gənclər arasında dünya çempionatını nəzərdə tutursunuzsa, rusiyalılar orada olmayacaqlar”, – deyə o əlavə edib.

Kanada İdman Arbitraj Məhkəməsinin (CAS) Rusiya komandalarının beynəlxalq buzüstü hokkey yarışlarına qaytarılması barədə qərarını da tənqid edib.

Dörd ölkə Rusiya yığması ilə oynamaqdan imtina edir

Norveç, Danimarka, İsveç və Çexiyanın buzüstü hokkey federasiyaları noyabrın 3-də gələn il Almaniyada keçiriləcək dünya çempionatında Rusiya yığması ilə oynamayacaqlarını bildiriblər. Bu açıqlamalar Karninin bəyanatından əvvəl verilib.

Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsindən sonra ölkənin beynəlxalq idman yarışlarında iştirakı ilə bağlı fikir ayrılıqları davam edir.

Teqlər