canlı Tramp APEC sammitində Putinlə üçtərəfli danışıqlardan öncə Si Cinpinlə görüşəcək
ABŞ Prezidenti Donald Tramp Çinin Şencen şəhərində keçirilən APEC sammitində iştirak edir. Onun əvvəlcə Çin Xalq Respublikasının Sədri Si Cinpinlə...
Demokratlar noyabrın 3-də keçirilən aralıq seçkilərində Konqresin hər iki palatasında çoxluq qazanıblar. Partiya respublikaçıların ənənəvi olaraq güclü olduğu ştatlarda da qələbələr əldə edib. Nəticələr milyonlarla seçicinin Prezident Donald Trampın siyasətindən narazılığını göstərib.
Cənubi Karolina, Texas və Ayova kimi mühafizəkar ştatlarda demokratların qələbəsi gözlənilməz olub. Seçkilərdən əvvəl partiyanın bu ştatlarda qalib gəlmək şansı zəif qiymətləndirilirdi. Ayrı-ayrı seçki dairələri üzrə nəticələrin açıqlanması davam edir.
Demokratlar Şimali Karolinada da respublikaçılara məxsus Senat mandatını qazanıblar. Bu qələbə onların Senatda çoxluq əldə etməsinə töhfə verib.
Partiyanın uğuru seçicilərin Tramp administrasiyasının iqtisadi siyasətindən və prezidentin fevralda İranla müharibəyə başlamaq qərarından narazılığı ilə əlaqələndirilir. Müharibə qlobal enerji qiymətlərinə ciddi təsir göstərib.
Tramp “Fox News” telekanalına müsahibəsində demokratların ona “ağılasığmaz” hesab etdiyi qanun layihələri təqdim edəcəklərini və həmin layihələrə veto qoyacağını bildirib.
Tramp “Truth Social” platformasındakı digər paylaşımında özü də namizəd olsaydı, respublikaçıların daha az itki verəcəyinə işarə edib. O, daha əvvəl seçki mitinqlərində tərəfdarlarını sanki özü də namizədmiş kimi səs verməyə çağırmışdı.
Seçiciləri narahat edən əsas məsələlər yaşayış xərclərinin artması, yanacağın bahalaşması və İranla müharibədir. Aralıq seçkiləri həm də seçicilərin Trampın fəaliyyətinə münasibətini göstərir.
SSRS şirkətinin keçirdiyi ekzitpola görə, seçicilərin yarısı səsverməni Trampa etirazını bildirmək fürsəti kimi görüb. Sorğu ABŞ-nin aparıcı televiziya kanalları və “Associated Press” agentliyinin də daxil olduğu media qurumlarının sifarişi ilə aparılıb.
Sorğuda iştirak edənlərin 75 faizi ölkədəki vəziyyətdən qəzəbli və ya narazı olduğunu bildirib. Seçicilərin 70 faizi isə Konqresin prezident üzərində nəzarəti gücləndirməsini istəyib.
Trampın fəaliyyətini dəstəkləyənlərin payı onun prezidentliyi dövrünün ən aşağı göstəricilərinə yaxın olaraq qalır. ABŞ-də prezidentin təmsil etdiyi partiya aralıq seçkilərində adətən Konqresdə mandat itirir.
Tramp oktyabrın əvvəlindən iyirmidən çox seçki mitinqi keçirib. Mitinqlər əsasən onun 2024-cü ildə böyük fərqlə qalib gəldiyi ştatlarda təşkil olunub.
ABŞ Ədliyyə Nazirliyi bütün 50 ştata ümumilikdə 1000 seçki müşahidəçisi və nəzarətçi göndərdiyini açıqlayıb. Nazirlik bunu öz tarixində seçki günü həyata keçirilən ən genişmiqyaslı müşahidə tədbiri adlandırıb.
Demokratlar bu addımın seçiciləri qorxuda biləcəyini bildiriblər. Reuters-in təhlilinə görə, nazirliyin siyahısındakı ərazilərin təxminən üçdə ikisində 2024-cü il prezident seçkilərində demokrat namizəd Kamala Harris Trampdan çox səs alıb.
Hüquq ekspertləri və demokratlar respublikaçıların Konqresdə çoxluğu itirəcəyi halda Trampın nəticələrə etiraz edə biləcəyindən narahatdırlar. Onlar prezidentin əvvəllər də ABŞ-də seçkilərin saxtalaşdırıldığı barədə əsassız iddialar səsləndirdiyini xatırladırlar.
“The New York Times” qəzetinin məlumatından sonra Alyaskada Senat uğrunda yarış diqqət mərkəzinə düşüb. Qəzetin iddiasına görə, demokrat namizəd Meri Peltolanın seçki qərargahı respublikaçı senator Den Sallivanla eyni ad və soyadı daşıyan müstəqil namizədin seçkiyə qatılmasına kömək edib.
Peltola bu işdə iştirakını təkzib edib. ABŞ Ədliyyə Nazirliyi iddialarla bağlı cinayət araşdırmasına başlayıb. Nazirlik seçki nəticələrinin təsdiqlənməsinin qarşısını almaq üçün məhkəməyə də müraciət edib, lakin hakim iddianı rədd edib.
Senator Sallivanın tərəfdarları bülletendə eyni adlı iki namizədin olmasının onları çaşdırmadığını bildiriblər.
Tramp noyabrın 3-də televiziya çıxışında 2027-ci ildən İsrailə illik maliyyə yardımını dayandırmaq niyyətində olduğunu bildirib.
ABŞ İsrailə hər il 3,8 milyard dollar hərbi yardım ayırır. Bu yardımı nəzərdə tutan razılaşma 2028-ci ilin sentyabrınadək qüvvədədir. Yardımın necə dayandırılacağı isə hələ aydın deyil.
ABŞ–İsrail münasibətləri Miçiqandakı seçki mübarizəsində də mühüm yer tutub. İsraillə əlaqəli qruplar bu ölkəni tənqid edən demokrat namizəd Əbdül əs-Seyidin əleyhinə kampaniyaya milyonlarla dollar xərcləyiblər.
42 yaşlı Əbdül əs-Seyid Miçiqanda keçirilən seçkilərdə qalib gələrək ABŞ Senatına seçilən ilk müsəlman olub.
ABŞ Prezidenti Donald Tramp noyabrın 18-də Manilada Filippin Prezidenti Ferdinand Markosla görüşür. Onun daha sonra Çində Si Cinpin və Vladimir Putinlə danışıqlar aparması planlaşdırılır.
Asiya-Sakit okean regionunun liderləri Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) 33-cü sammiti üçün Çinin cənubundakı Şencen şəhərində toplaşırlar. Sammitdə əsas diqqət ticarət, iqtisadi əməkdaşlıq və süni intellekt məsələlərinə yönəlib.
AnewZ-un 17 noyabr tarixli gündəlik icmalında beynəlxalq görüşlərin əsas məqamlarına nəzər salırıq. İslamabadda ticarət, Manilada dəniz təhlükəsizliyi, Çində böyük dövlətlərin münasibətləri, Türkiyədə iqlim maliyyəsi, Brüsseldə isə Ukraynanın təhlükəsizliyi müzakirə olunur.
ABŞ ilə Rusiyanın mümkün sövdələşmə üçün şərtlər formalaşdırması Ukraynanın başı üzərində kəskin bir qılınc kimi asılıb.
ABŞ Prezidenti Donald Tramp Filippinin paytaxtı Manilada keçirilən ASEAN-ın 49-cu sammitində iştirak etmək üçün ölkəyə gedib. Dünya liderlərinin görüşündə ticarət, regional təhlükəsizlik və Çinlə münasibətlərdə yaranan gərginlik əsas müzakirə mövzularıdır.
ABŞ Prezidenti Donald Tramp Çinin Şencen şəhərində keçirilən APEC sammitində iştirak edir. Onun əvvəlcə Çin Xalq Respublikasının Sədri Si Cinpinlə ikitərəfli, daha sonra isə Rusiya Prezidenti Vladimir Putinin də iştirak edəcəyi üçtərəfli görüş keçirməsi gözlənilir.
Səudiyyə Ərəbistanı Yəməndəki husilərə qarşı hərbi əməliyyatların daha altı ay davam edə biləcəyini gözləyir. Ər-Riyad sülh danışıqlarına başlamazdan əvvəl Yəməndəki müttəfiqlərinin yeni əraziləri ələ keçirməsinə çalışır. Bu arada husilərin ölkəyə hücumları gündəlik həyata ciddi təsir göstərir.
Çinin cənubundakı Şencen şəhərində noyabrın 18–19-da Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) 33-cü liderlər sammiti keçirilir. Tədbirdə artan qlobal gərginlik fonunda ticarət, texnologiya və regional əməkdaşlıq məsələləri müzakirə olunur.
Ukraynanın Rusiyanın işğalı altında olan Krım yarımadasını Rusiya ilə birləşdirən Kerç körpüsünün bir hissəsini dağıtmasından bir gün sonra, noyabrın 18-də Rusiya və Ukraynada infrastruktur obyektlərinə yeni hücumlar olub.
“Syrian Airlines” aviaşirkəti Bəşər Əsəd hakimiyyətinin 2024-cü ilin dekabrında süqutundan təxminən iki il sonra Hələb və Moskva arasında birbaşa uçuşları bərpa edib. İlk reys noyabrın 18-də Hələbdən yola düşüb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın