canlı Tramp APEC sammitində Putinlə üçtərəfli danışıqlardan öncə Si Cinpinlə görüşəcək
ABŞ Prezidenti Donald Tramp Çinin Şencen şəhərində keçirilən APEC sammitində iştirak edir. Onun əvvəlcə Çin Xalq Respublikasının Sədri Si Cinpinlə...
Bakıda fəaliyyətə başlayan beynəlxalq televiziya kanalı AnewZ iki il ərzində xəbərləri, sənədli filmləri və rəqəmsal jurnalistika layihələri ilə dünyanın müxtəlif ölkələrində öz auditoriyasını formalaşdırıb.
Kanal 2024-cü il noyabrın 4-də yayıma başlayıb. Məqsədi qlobal hadisələri Cənubi Qafqaz auditoriyasına çatdırmaq və regionu dünyaya daha yaxından tanıtmaqdır. Kanalın xəbər yayımında Cənubi Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərq xəbərlərinə xüsusi yer ayrılır.
Bu gün kanal dünyanın 50-dən çox şəhərindən xəbər yayımlayır. Müxtəlif ölkələrdə 12 bürosu fəaliyyət göstərir. Jurnalistlər beynəlxalq gündəmi formalaşdıran münaqişələri, diplomatik prosesləri, eləcə də biznes, mədəniyyət və texnologiya sahələrindəki hadisələri izləyirlər.

Hələ fəaliyyətinin ilk həftələrində AnewZ Bakıda keçirilən COP29 iqlim konfransının rəsmi media tərəfdaşlarından biri olub. O vaxtdan bəri kanalın müxbirləri dünyanın müxtəlif bölgələrindən reportajlar hazırlayır, hadisələri yerindən işıqlandırırlar.
Bu reportajlar arasında Suriyanın şimal-şərqindən hazırlanan materiallar da var. Çəkiliş qrupu bölgəyə səfər edərək müharibənin və siyasi dəyişikliklərin insanların həyatına təsirini işıqlandırıb.
2026-cı ilin oktyabrında isə xüsusi müxbirimiz Sabir Səfərov Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına hücumun baş verdiyi ərazidə çəkiliş aparıb. BBC və “Əl-Cəzirə” də daxil olmaqla bir sıra beynəlxalq televiziya kanalları həmin kadrlardan istifadə edib.
Reportajlarla yanaşı, kanalın orijinal layihələri də jurnalistlərə və sənədli film müəlliflərinə xəbərlərin arxasındakı səbəb və prosesləri daha ətraflı araşdırmaq imkanı verir.
Bu layihələrdən biri olan “Frontline” verilişi Liviyadakı siyasi parçalanmanı və bərpa səylərini işıqlandırıb. Layihənin Koreya yarımadasına həsr olunan buraxılışında isə müharibənin milyonlarla insanın həyatına hələ də təsir edən nəticələri araşdırılıb.
2025-ci ilin dekabrında kanal səkkiz ölkədə çəkilmiş “The Oligarch’s Design” sənədli filmi ilə araşdırma jurnalistikası bölməsini işə salıb. Digər araşdırmalarda humanitar təşkilatların münaqişələrdəki rolu, eləcə də Fransada hakimiyyət və nüfuz məsələləri diqqət mərkəzində olub.

Kanal həmçinin ictimaiyyətə az məlum olan tarixi hadisələri beynəlxalq auditoriyaya təqdim edib. Premyerası Berlində keçirilən “Kontrapunkt” sənədli filmi Almaniya ilə Azərbaycan arasındakı iki əsrlik münasibətlərdən bəhs edib. “The Aviators of Ganja” filmi isə İkinci Dünya müharibəsindən əvvəl Azərbaycanda təlim keçmiş ispaniyalı pilotların hekayəsini işıqlandırıb.
Mədəni irs mövzusunda hazırlanan filmlərdən biri Şəkinin canlı mədəni irsinə həsr olunub. Film BMT-nin Bakıda keçirilən Ümumdünya Şəhər Forumunda nümayiş etdirilib. “Destination” layihəsi isə tamaşaçıları Azərbaycanın və Mərkəzi Asiyanın müxtəlif bölgələri ilə tanış edib.
Televiziya yayımı ilə yanaşı, kanal rəqəmsal platformalarda və sosial şəbəkələrdə də fəaliyyətini genişləndirib. Bu platformalarda xəbərlər, müsahibələr, izahlı materiallar və sənədli filmlər təqdim olunur.
Sosial media göstəricilərinə əsasən, 2025–2026-cı illərdə kanalın paylaşımları 1 milyard baxış toplayıb. Həmin dövrdə izləyicilərin sayı 660 min artıb.
Bu dövrdə kanal Azərbaycan dilində də xəbərlər yayımlamağa başlayıb. 2026-cı ilin iyununda fəaliyyətə başlayan AnewZ Azərbaycanca xəbərləri az.anewz.tv saytında və sosial media hesablarında yayımlayır.
Bununla yanaşı, kanal faktların yoxlanılması və izahlı materialların hazırlanması üçün yeni formatlar hazırlayıb. Bu formatlar auditoriyaya mürəkkəb mövzuları daha yaxşı anlamağa və etibarlı məlumatı yanlış və yanıltıcı informasiyadan ayırmağa kömək edir.
Xəbərlərin hazırlanması və yayılması üsulları dəyişdikcə, AnewZ fəaliyyətinin müxtəlif sahələrində süni intellektin imkanlarını araşdırır.
Bu istiqamətdə kanal redaksiya proseslərini təkmilləşdirmək, vizual hekayəçiliyi və rəqəmsal məzmunu inkişaf etdirmək üçün yeni texnologiyalardan istifadə etməyə çalışır. Redaksiya qərarlarında isə jurnalistlərin peşəkar mühakiməsinə və təcrübəsinə əsaslanır.
Bütün bu işlərin arxasında böyük bir komanda dayanır. Hər bir xəbər buraxılışı, reportaj və layihə həmin komandanın əməyinin nəticəsidir.
Kanalın Bakıda fəaliyyətə başlayaraq beynəlxalq xəbər platformasına çevrilməsində jurnalistlər, müxbirlər, aparıcılar, prodüserlər, operatorlar, redaktorlar, dizaynerlər, texniki heyət və digər əməkdaşlar mühüm rol oynayıblar. Onların əməyi, fədakarlığı və yaradıcılığı bu inkişafı mümkün edib.
Bu iki il ərzində bizi izləyən, materiallarımızı oxuyan və paylaşan, eləcə də bizə qoşulan hər kəsə təşəkkür edirik.
İki il geridə qaldı. AnewZ-un hekayəsi isə davam edir.
ABŞ Prezidenti Donald Tramp noyabrın 18-də Manilada Filippin Prezidenti Ferdinand Markosla görüşür. Onun daha sonra Çində Si Cinpin və Vladimir Putinlə danışıqlar aparması planlaşdırılır.
Asiya-Sakit okean regionunun liderləri Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) 33-cü sammiti üçün Çinin cənubundakı Şencen şəhərində toplaşırlar. Sammitdə əsas diqqət ticarət, iqtisadi əməkdaşlıq və süni intellekt məsələlərinə yönəlib.
AnewZ-un 17 noyabr tarixli gündəlik icmalında beynəlxalq görüşlərin əsas məqamlarına nəzər salırıq. İslamabadda ticarət, Manilada dəniz təhlükəsizliyi, Çində böyük dövlətlərin münasibətləri, Türkiyədə iqlim maliyyəsi, Brüsseldə isə Ukraynanın təhlükəsizliyi müzakirə olunur.
ABŞ ilə Rusiyanın mümkün sövdələşmə üçün şərtlər formalaşdırması Ukraynanın başı üzərində kəskin bir qılınc kimi asılıb.
ABŞ Prezidenti Donald Tramp Filippinin paytaxtı Manilada keçirilən ASEAN-ın 49-cu sammitində iştirak etmək üçün ölkəyə gedib. Dünya liderlərinin görüşündə ticarət, regional təhlükəsizlik və Çinlə münasibətlərdə yaranan gərginlik əsas müzakirə mövzularıdır.
ABŞ Prezidenti Donald Tramp Çinin Şencen şəhərində keçirilən APEC sammitində iştirak edir. Onun əvvəlcə Çin Xalq Respublikasının Sədri Si Cinpinlə ikitərəfli, daha sonra isə Rusiya Prezidenti Vladimir Putinin də iştirak edəcəyi üçtərəfli görüş keçirməsi gözlənilir.
Səudiyyə Ərəbistanı Yəməndəki husilərə qarşı hərbi əməliyyatların daha altı ay davam edə biləcəyini gözləyir. Ər-Riyad sülh danışıqlarına başlamazdan əvvəl Yəməndəki müttəfiqlərinin yeni əraziləri ələ keçirməsinə çalışır. Bu arada husilərin ölkəyə hücumları gündəlik həyata ciddi təsir göstərir.
Çinin cənubundakı Şencen şəhərində noyabrın 18–19-da Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) 33-cü liderlər sammiti keçirilir. Tədbirdə artan qlobal gərginlik fonunda ticarət, texnologiya və regional əməkdaşlıq məsələləri müzakirə olunur.
Ukraynanın Rusiyanın işğalı altında olan Krım yarımadasını Rusiya ilə birləşdirən Kerç körpüsünün bir hissəsini dağıtmasından bir gün sonra, noyabrın 18-də Rusiya və Ukraynada infrastruktur obyektlərinə yeni hücumlar olub.
“Syrian Airlines” aviaşirkəti Bəşər Əsəd hakimiyyətinin 2024-cü ilin dekabrında süqutundan təxminən iki il sonra Hələb və Moskva arasında birbaşa uçuşları bərpa edib. İlk reys noyabrın 18-də Hələbdən yola düşüb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın