Qara dənizdə dron hücumu: Üç ticarət gəmisi zədələnib
Rumıniyanın Baş naziri Luka Nikulesku Qara dənizdə, Sulina kanalı yaxınlığında üç ticarət gəmisinin pilotsuz uçuş aparatlarının hücumuna məruz...
Noyabrın 3-də Avropada ən azı yeddi təyyarə reysinə və bir kruiz gəmisinə bomba hədəsi edilib. Bəzi təyyarələr başqa hava limanlarına yönləndirilib, müvəqqəti məhdudiyyətlər tətbiq olunub. Yoxlamalarda partlayıcı maddə tapılmayıb. Hədələrə görə məsuliyyəti üzərinə götürən olmayıb.
Hədələr Polşanın paytaxtı Varşavaya, Bolqarıstanın paytaxtı Sofiyaya, İtaliyanın paytaxtı Romaya və İspaniyanın Mursiya şəhərinə uçan təyyarələrlə bağlı olub.
Polşada “LOT Polish Airlines” aviaşirkətinin Londondan Varşavaya uçan təyyarəsi Şopen hava limanı əvəzinə yaxınlıqdakı Modlin hava limanına yönləndirilib. Təyyarədə axtarış aparılarkən hava limanının fəaliyyəti müvəqqəti dayandırılıb. Yoxlama zamanı partlayıcı maddə tapılmayıb.
Kopenhagendən Varşavaya uçan SAS aviaşirkətinin təyyarəsi isə planlaşdırıldığı kimi Şopen hava limanına enib. Təhlükəsizlik yoxlaması zamanı şübhəli qurğu aşkarlanmayıb və hava limanının fəaliyyəti məhdudlaşdırılmayıb.
Bolqarıstanda Milanın Berqamo hava limanından və Dublindən Sofiyaya uçan iki təyyarəyə bomba qoyulması barədə hədələr daxil olub.
İtaliyadan uçan “Wizz Air” aviaşirkətinin təyyarəsində 176 sərnişin, İrlandiyadan gələn “Ryanair” təyyarəsində isə 186 nəfər olub.
Noyabrın 2-də Londondan Sofiyaya uçan “Wizz Air” təyyarəsi də oxşar hədə səbəbindən Budapeştə yönləndirilib.
İspaniyada Mançesterdən gələn “Ryanair” təyyarəsinə bomba qoyulması barədə hədədən sonra Mursiya hava limanının bəzi hissələri müvəqqəti bağlanıb. Daha sonra rəsmilər hədənin əsassız olduğunu bildiriblər və hava limanı normal fəaliyyətini bərpa edib.
İtaliyada Lissabon və Dublindən Romanın Fiumiçino hava limanına uçan iki “Ryanair” təyyarəsində də təhlükəsizlik yoxlamaları aparılıb. Dublindən gələn təyyarəni enişdən əvvəl İtaliya Hərbi Hava Qüvvələrinin təyyarələri müşayiət edib.
Rəsmilər hər iki hadisənin digər reyslərə təsir göstərmədən həll olunduğunu bildiriblər.
Bomba hədələri dəniz nəqliyyatını da əhatə edib. Naməlum şəxs Panama bayrağı altında üzən “Crown Iris” kruiz gəmisinin gövdəsinə partlayıcı qurğu yerləşdirildiyini iddia edib.
Yunanıstanın Siros adası yaxınlığında gəmidə xüsusi təlim keçmiş it və dalğıcın iştirakı ilə axtarış aparılıb.
İlkin yoxlama zamanı partlayıcı maddə aşkarlanmayıb. Lakin gəmi İsrailə yola düşməzdən əvvəl sahil mühafizəsi mütəxəssislərinin əlavə yoxlama aparacağı gözlənilir.
Aviasiya təhlükəsizliyi üzrə ekspertlər bir gündə bu qədər bomba hədəsinin edilməsini qeyri-adi hal hesab edirlər. Bu isə hadisələr arasında mümkün əlaqə barədə suallar doğurub.
Aviasiya riskləri üzrə məsləhət xidmətləri göstərən “Osprey Flight Solutions” şirkətinin analitik hesabatlar üzrə meneceri Ris Cons bir gündə yeddi təyyarə reysinə bomba hədəsi edilməsini olduqca qeyri-adi hal adlandırıb.
“Hədələrin konkret ölkə, aviaşirkət və ya marşruta yönəlməməsi əsas məqsədin hava nəqliyyatının fəaliyyətini pozmaq olduğunu göstərir”, – deyə Cons “Reuters” agentliyinə bildirib.
Hadisələr Avropada nəqliyyat şəbəkələrinə və mühüm infrastruktura qarşı mümkün hibrid hücumlar və təxribatlarla bağlı narahatlığın artdığı bir vaxta təsadüf edir.
Həftənin əvvəlində naməlum hakerlər bir neçə Avropa ölkəsində supermarketlərin soyuducu sistemlərinə kiberhücumlar ediblər. Nəticədə ərzaq məhsulları xarab olub.
Bəzi təhlükəsizlik ekspertləri bomba hədələrinin az vəsaitlə həyata keçirilən, lakin ciddi pozuntulara səbəb olan daha geniş fəaliyyətin bir hissəsi ola biləcəyini düşünürlər. Bununla belə, hadisələr arasında əlaqə olduğunu təsdiqləyən sübut yoxdur.
Avropa rəsmiləri əvvəllər Rusiya və İranı hibrid əməliyyatlar həyata keçirməkdə ittiham ediblər. Hər iki ölkə bu ittihamları rədd edib.
Aviasiya təhlükəsizliyi üzrə “Dyami” şirkətinin rəhbəri Erik Sxauten bildirib:
“Dəmir yollarından tutmuş ərzaq təchizatı sistemlərinə, o cümlədən soyuduculara haker hücumlarına qədər baş verən müxtəlif hadisələr Avropada sabitliyi pozmağa çalışan Rusiya dövlət strukturlarının fəaliyyəti ilə bağlı ehtimallara uyğun gəlir”.
Ukrayna ilə bağlı sülh danışıqlarında Avropanı tək nümayəndə deyil, bir qrup diplomat təmsil edəcək. Avropa İttifaqı (Aİ) liderləri noyabrın 13-də Dublində keçirilən sammitdə bu barədə razılığa gəliblər.
ABŞ Federal Aviasiya Administrasiyası (FAA) noyabrın 13-də rabitə nasazlığı səbəbindən ölkə üzrə dayandırılan uçuşların bərpasına icazə verib. Bu, 2001-ci ilin 11 sentyabr terror hücumlarından sonra ABŞ-də uçuşlara qoyulan ən uzunmüddətli məhdudiyyət olub.
Mərkəzi Asiyada daha çox su elektrik stansiyası və hündürmərtəbəli bina tikildikcə seysmoloqlar iri su anbarlarının zəlzələlərə mümkün təsirini araşdırırlar. Regionun iri şəhərlərinin fəal tektonik qırılmalara yaxın yerləşməsi bu məsələni daha da aktuallaşdırır.
İlon Maskın “SpaceX” şirkəti “Starship” raketini növbəti sınaq uçuşunda orbitə çıxarmağa nail olub. Lakin raketin sürətləndirici blokunu geri qaytarmaq mümkün olmayıb. 15-ci sınaq uçuşu noyabrın 13-də ABŞ-nin Texas ştatındakı “Starbase” kosmodromundan həyata keçirilib.
Türkiyə və Qətər noyabrın 13-də birgə təhlükəsizliyi və regional sabitliyi gücləndirmək məqsədilə qarşılıqlı müdafiə sazişi imzalayıb. Tərəflər ölkələrdən birinə xaricdən silahlı hücum ediləcəyi təqdirdə vahid mövqedən çıxış edəcəklərini bəyan ediblər.
Rumıniyanın Baş naziri Luka Nikulesku Qara dənizdə, Sulina kanalı yaxınlığında üç ticarət gəmisinin pilotsuz uçuş aparatlarının hücumuna məruz qaldığını bildirib. Onun sözlərinə görə, hücumlarla əlaqədar Rumıniya ordusu iki dəfə qırıcı təyyarələrini havaya qaldırıb.
İtaliyanın fərdi məlumatların mühafizəsi qurumu “Meta Platforms” şirkətini 805 milyon avro (887 milyon dollar) cərimələdiyini açıqlayıb. Qurumun məlumatına görə, şirkət Android istifadəçilərinin foto və videolarına onların xəbəri və razılığı olmadan çıxış əldə edib.
“SpaceX”in “Starship” kosmik gəmisi noyabrın 14-də 22,5 saatdan çox davam edən orbital uçuşdan sonra ilk dəfə Texasdakı buraxılış qülləsinin mexaniki qolları ilə tutulub. Bu, tam təkrar istifadə oluna bilən raket sisteminin yaradılmasında mühüm addımdır.
Filippin və Avstraliya noyabrın 15-də Manilada hərbi əməkdaşlığı genişləndirmək və təhlükəsizlik əlaqələrini gücləndirmək məqsədilə yeni saziş imzalayıblar. Razılaşma Cənubi Çin dənizində Çinlə gərginliyin davam etdiyi bir vaxtda əldə olunub.
Noyabrın 15-də Filippinin paytaxtı Manilada ASEAN-ın 49-cu sammiti işə başlayıb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın