canlı Tramp APEC sammitində Putinlə üçtərəfli danışıqlardan öncə Si Cinpinlə görüşəcək
ABŞ Prezidenti Donald Tramp Çinin Şencen şəhərində keçirilən APEC sammitində iştirak edir. Onun əvvəlcə Çin Xalq Respublikasının Sədri Si Cinpinlə...
Çexiyanın paytaxtı Praqada və digər şəhərlərində minlərlə insan noyabrın 3-də hökumətin ictimai yayım qurumlarının maliyyələşdirilməsini azaltmaq və onları dövlət büdcəsindən maliyyələşdirmək planlarına etiraz edib. İctimai televiziya və radio əməkdaşları da birgünlük tətil keçiriblər.
Etirazçılar və media işçiləri təklif olunan dəyişikliklərin ictimai yayım qurumlarının müstəqilliyini və maliyyə gələcəyini təhlükə altına aldığını bildirərək hökumətdən islahatlardan imtina etməyi tələb ediblər. Tətil televiziya və radio yayımlarında da fasilələrə səbəb olub.
Tətil Çexiyada ictimai yayımın gələcəyi ilə bağlı mübahisələrin daha da kəskinləşdiyini göstərir. “Reuters” İnstitutunun 2025-ci ildə keçirdiyi sorğuya əsasən, ictimai yayım qurumları ölkədə ən çox izlənilən və etibar edilən xəbər mənbələri sırasındadır. Hökumətin qanun layihəsi ötən ay parlamentdə ilkin səsvermədən keçib və növbəti müzakirələri gözləyir.
Çexiya Televiziyasının sutka ərzində yayımlanan xəbər kanalında işıqları söndürülmüş redaksiya nümayiş etdirilib. Qara geyinmiş aparıcılar isə adi yayım qaydasından fərqli olaraq xəbərləri əvvəlcədən hazırlanmış mətnlərdən oxuyublar.
Müxalifət partiyaları təklif olunan dəyişiklikləri Çexiyanın Baş naziri Andrey Babişin müttəfiqi, Macarıstanın keçmiş Baş naziri Viktor Orbanın hakimiyyəti dövründə həyata keçirilən islahatlarla müqayisə ediblər. Orban 16 illik hakimiyyəti ərzində hökumətyönlü media şəbəkəsi formalaşdırıb.
“Bu təklif qəbul olunarsa, hakim koalisiya hər iki ictimai yayım qurumunun məzmununa siyasi təsir göstərmək üçün vasitələr əldə edəcək”, – deyə Çexiya Televiziyasının müxbiri, tətil komitəsinin üzvü Yan Molaçek bildirib.
Hakim partiyalar qanun layihəsini ötən ay gözlənilmədən parlamentə təqdim ediblər. Bununla da müzakirələrə ayrılan vaxt məhdudlaşdırılıb.
Tətil edən media işçiləri və onların tərəfdarları Çexiya Televiziyasının baş qərargahından Praqanın Vatslav meydanına yürüş ediblər. Meydana toplaşan minlərlə insan təklif olunan dəyişikliklərə etirazını bildirib.
Tənqidçilər xəbərdarlıq edirlər ki, ictimai yayım qurumlarının dövlət büdcəsindən maliyyələşdirilməsi bu qurumlarla tamaşaçı və dinləyicilər arasındakı birbaşa maliyyə əlaqəsini zəiflədəcək. Nəticədə gələcəkdə maliyyələşdirmə ilə bağlı qərarlar siyasi təzyiqlərə daha açıq olacaq.
Təkliflərə əsasən, maliyyələşdirmənin 15 faiz azaldılması ictimai televiziyanın nominal büdcəsini 2008-ci ilin, radionun büdcəsini isə 2005-ci ilin səviyyəsinə endirəcək. Hər iki yayım qurumu bu ixtisarların onlar üçün dözülməz olduğunu bildirib.
Baş nazir Andrey Babiş bildirib ki, hökumət sadəcə olaraq əhalinin maliyyə yükünü azaltmaqla bağlı verdiyi vədi yerinə yetirir.
ABŞ Prezidenti Donald Tramp noyabrın 18-də Manilada Filippin Prezidenti Ferdinand Markosla görüşür. Onun daha sonra Çində Si Cinpin və Vladimir Putinlə danışıqlar aparması planlaşdırılır.
Asiya-Sakit okean regionunun liderləri Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) 33-cü sammiti üçün Çinin cənubundakı Şencen şəhərində toplaşırlar. Sammitdə əsas diqqət ticarət, iqtisadi əməkdaşlıq və süni intellekt məsələlərinə yönəlib.
AnewZ-un 17 noyabr tarixli gündəlik icmalında beynəlxalq görüşlərin əsas məqamlarına nəzər salırıq. İslamabadda ticarət, Manilada dəniz təhlükəsizliyi, Çində böyük dövlətlərin münasibətləri, Türkiyədə iqlim maliyyəsi, Brüsseldə isə Ukraynanın təhlükəsizliyi müzakirə olunur.
ABŞ ilə Rusiyanın mümkün sövdələşmə üçün şərtlər formalaşdırması Ukraynanın başı üzərində kəskin bir qılınc kimi asılıb.
ABŞ Prezidenti Donald Tramp Filippinin paytaxtı Manilada keçirilən ASEAN-ın 49-cu sammitində iştirak etmək üçün ölkəyə gedib. Dünya liderlərinin görüşündə ticarət, regional təhlükəsizlik və Çinlə münasibətlərdə yaranan gərginlik əsas müzakirə mövzularıdır.
ABŞ Prezidenti Donald Tramp Çinin Şencen şəhərində keçirilən APEC sammitində iştirak edir. Onun əvvəlcə Çin Xalq Respublikasının Sədri Si Cinpinlə ikitərəfli, daha sonra isə Rusiya Prezidenti Vladimir Putinin də iştirak edəcəyi üçtərəfli görüş keçirməsi gözlənilir.
Səudiyyə Ərəbistanı Yəməndəki husilərə qarşı hərbi əməliyyatların daha altı ay davam edə biləcəyini gözləyir. Ər-Riyad sülh danışıqlarına başlamazdan əvvəl Yəməndəki müttəfiqlərinin yeni əraziləri ələ keçirməsinə çalışır. Bu arada husilərin ölkəyə hücumları gündəlik həyata ciddi təsir göstərir.
Çinin cənubundakı Şencen şəhərində noyabrın 18–19-da Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) 33-cü liderlər sammiti keçirilir. Tədbirdə artan qlobal gərginlik fonunda ticarət, texnologiya və regional əməkdaşlıq məsələləri müzakirə olunur.
Ukraynanın Rusiyanın işğalı altında olan Krım yarımadasını Rusiya ilə birləşdirən Kerç körpüsünün bir hissəsini dağıtmasından bir gün sonra, noyabrın 18-də Rusiya və Ukraynada infrastruktur obyektlərinə yeni hücumlar olub.
“Syrian Airlines” aviaşirkəti Bəşər Əsəd hakimiyyətinin 2024-cü ilin dekabrında süqutundan təxminən iki il sonra Hələb və Moskva arasında birbaşa uçuşları bərpa edib. İlk reys noyabrın 18-də Hələbdən yola düşüb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın