Hərbi süni intellekt: “Helsing” “Palantir”ə rəqib sistem təqdim edir
Almaniyanın müdafiə texnologiyaları şirkəti “Helsing” Avropada ABŞ texnologiyalarından asılılıqla bağlı narahatlıqların artdığı bir vaxtda hədəflərin...
Ukraynanın yeni Baş komandanı Mixaylo Drapatı Rusiya ilə müharibənin həlledici mərhələsində vəzifəsinin icrasına başlayır. O, hərbi heyət çatışmazlığı, cəbhə islahatları və dron müharibəsinin sürətli inkişafı da daxil olmaqla, artan çağırışlarla üzləşir.
43 yaşlı Mixaylo Drapatı Ukraynanın hərbi rəhbərliyinə qarşı artan tənqidlər fonunda vəzifədən uzaqlaşdırılan 60 yaşlı general Aleksandr Sırskini əvəz edir.
Ukraynanın Quru Qoşunlarının keçmiş komandanı və hazırda Birləşmiş Qüvvələrin rəhbəri olan Drapatı yeni nəsil hərbi liderlərin nümayəndəsi hesab olunur. Drapatı 26 illik hərbi karyerası ərzində Ukraynanın ən nüfuzlu cəbhə komandirlərindən birinə çevrilib.
Yeni təyinat ötən həftə Ukraynanın ordu rəhbərliyindəki fikir ayrılıqlarını üzə çıxaran daha geniş hökumət dəyişiklikləri fonunda baş verib. Həmin dəyişikliklər çərçivəsində texnologiya yönümlü islahatçı müdafiə naziri, 35 yaşlı Mixaylo Fedorov da vəzifədən uzaqlaşdırılıb.
Drapatı bildirib ki, ordu əməliyyatların genişləndirilməsinə, yeni texnologiyaların inkişafına və Ukrayna Silahlı Qüvvələrinin imkanlarının gücləndirilməsinə diqqət yetirəcək.
Ukrayna Prezidenti, yeni təyin olunmuş ordu komandanı Drapatı, keçmiş Baş komandan Sırski və müvəqqəti müdafiə naziri Xmarа Kiyevdə keçirilən görüşdən sonra birgə foto çəkdirirlər, 22 iyul 2026-cı il.
Drapatı ilk dəfə 2014-cü ildə Ukraynanın şərqində yerləşən Donbas bölgəsindəki döyüşlər zamanı tanındı.
O, Mariupolda mühasirədə qalan ukraynalı polis əməkdaşlarını xilas etmək üçün həyata keçirilən yüksək riskli əməliyyata rəhbərlik etməsi ilə tanınıb.
Rusiyanın 2022-ci ildə genişmiqyaslı müdaxiləsindən sonra Drapatı cəbhənin ən çətin istiqamətlərindən bəzilərinə komandanlıq etmək üçün təyin edildi.
2024-cü ildə o, Xarkov yaxınlığında Rusiya qüvvələrinin irəliləyişinin qarşısını almağa kömək etdi. Sonra isə Ukraynanın Quru Qoşunlarının ən gənc komandanı oldu.
Quru Qoşunlarının komandanı kimi Drapatı səfərbərlik və hərbi təlim sisteminin təkmilləşdirilməsinə, eləcə də cəbhə komandirlərinə daha çox çeviklik verilməsinə diqqət yetirib.
Lakin onun bu vəzifədə fəaliyyəti uzun sürməyib.
Drapatı 2025-ci ilin iyununda Rusiya qüvvələrinin Ukraynadakı hərbi təlim mərkəzlərindən birinə endirdiyi zərbə nəticəsində azı 12 hərbçinin həlak olmasından sonra istefa verib. O, bildirib ki, komandirlər tabeliyində olan hərbçilərin həyatına görə məsuliyyət daşımalıdır.
Onun istefası Ukraynada çoxlarını təəccübləndirib. Qısa müddət sonra isə adı çəkilən hərbçi Birləşmiş Qüvvələrin komandanı təyin edilib.
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Drapatının təyin olunması Ukraynanın müdafiə strategiyasını yenidən qurmaq səylərinin bir hissəsidir.
Kadr dəyişikliyi müdafiə naziri Mixaylo Fedorovun vəzifədən uzaqlaşdırılmasından sonra Kiyevdə altı gün davam edən etirazların ardınca baş verib. Fedorovun vəzifədən kənarlaşdırılması Ukrayna hərbi elitasındakı fikir ayrılıqlarını üzə çıxarıb.
Aleksandr Sırski müharibənin ilk mərhələlərində Kiyevin müdafiəsində mühüm rol oynayıb və 2024-cü ildən Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı vəzifəsini icra edib. Lakin tənqidçilər onun sərt komandanlıq üslubunun hərbi itkilərin artmasına səbəb olduğunu iddia ediblər.
Rusiya rəsmi səviyyədə bu dəyişikliklərə münasibət bildirib.
Kreml sözçüsü Dmitri Peskov islahatların cəbhə xəttində hər hansı bir dəyişikliyə səbəb olacağını düşünmədiyini deyib.
Ukrayna qüvvələri Rusiyanın müharibə imkanlarını azaltmaq üçün onun neft sektoruna və cəbhə təminatına qarşı uzaqdan edilən hücumların sayını artırır.
Rusiyanın irəliləyişi bu il zəifləyib. Buna baxmayaraq, Rusiya qüvvələri strateji əhəmiyyət daşıyan bəzi ərazilərdə irəliləməyə davam edir. Onların hədəflərindən biri Ukraynanın şərqində yerləşən “qala qurşağı” adlandırılan müdafiə xəttidir. Bu xətt Donetsk vilayətində yerləşən dörd əsas şəhərdən ibarət müdafiə dəhlizidir.
Eyni zamanda, Rusiya Kiyev də daxil olmaqla Ukrayna şəhərlərinə ballistik raket zərbələrini davam etdirir. Hücumlar dağıntılara səbəb olur. ABŞ istehsalı hava hücumundan müdafiə sistemlərinin çatışmazlığı isə Ukraynanın bir çox ərazilərini hücumlara qarşı daha həssas edir
Zelenski müvəqqəti müdafiə naziri təyin edib, lakin Fedorovun hökumətə qayıdıb-qayıtmayacağı hələ də məlum deyil.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə COP31-in Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Antalyaya gəlib.
Polşanın Krakov şəhərində noyabrın 7-də altı nəfərin öldürüldüyü silahlı hücumda şübhəli bilinən 24 yaşlı şəxs xəstəxanada ölüb. Polis bu barədə noyabrın 9-da məlumat yayıb.
“Nvidia” şirkəti baş icraçı direktoru Censen Huanqın xarici kəşfiyyat əməliyyatının hədəfi olması ehtimalını araşdırır. Müstəqil araşdırmaya Huanqın şəxsi münasibətdə olduğu iş qadınının Çinə məlumat ötürdüyü barədə iddialardan sonra başlanılıb.
Türkiyənin İzmir vilayətində polad zavodunda baş verən partlayışda azı 17 nəfərin öldüyü bildirilir. Texniki xidmət zamanı kran aşıb, ardınca partlayış olub. Hadisə ilə bağlı istintaq başlanıb.
AnewZ-un Günün İcmalını təqdim edirik. “Nvidia” ilə bağlı casusluq iddialarından ABŞ–İran gərginliyinə qədər dünyada baş verən beş əsas xəbəri diqqətinizə çatdırırıq.
Hörmüz boğazının bu il faktiki bağlanması enerji bazarlarında ciddi çətinliklər yaratdı. Çin isə təxminən on il idi ki, belə bir böhrana hazırlaşırdı.
Husi hərəkatı Səudiyyə Ərəbistanının şəhərlərinə, enerji obyektlərinə raket və dronlarla zərbələr endirib. Bu hücumlar həm İranın, həm də ABŞ-nin daxil olduğu regional münaqişədə yeni və təhlükəli cəbhənin yaranması riskini artırıb.
Qırğızıstan altıncı Dünya Köçəri Oyunlarına ev sahibliyi edir. Avqustun 31-dən sentyabrın 6-dək keçirilən tədbir ənənəvi idman növlərini, zəngin mədəni irsi və köçəri xalqların adətlərini bir araya gətirir.
NASA-nın yeni əsas kosmik rəsədxanası avqustun 30-da Florida ştatından kosmosa buraxılıb. Aparat astrofizika və kosmologiyanın ən böyük sirlərindən bəzilərini araşdıracaq.
Təxminən beş il əvvəl Britaniya prokurorluğu Suriyanın keçmiş birinci xanımı Əsma əl-Əsədə qarşı hərbi cinayət ittihamları irəli sürməyib. Səbəb kimi onun Böyük Britaniyaya qayıtmaq ehtimalının az olması göstərilib.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın