Bab əl-Məndəb Yaxın Şərqdə enerji böhranının ikinci təzyiq nöqtəsinə çevrilir
Hörmüz boğazında yaranan problemlər Bab əl-Məndəb boğazının strateji əhəmiyyətini daha da artırıb. Hər iki mühüm dəniz keçidində...
“Yura dövrü parkı” filmindəki rolu ilə dünyada tanınan Yeni Zelandiyalı aktyor Sem 78 yaşında qəfil vəfat edib. Ailəsinin bildirdiyinə görə, aktyor qan xərçəngindən müalicə olunduqdan sonra onda xəstəlik əlamətləri müşahidə olunmayıb.
“Bu itki qəfil və gözlənilməz oldu. Yeganə təsəllimiz Semdə xərçəng əlamətlərinin qalmaması idi”, — deyə aktyorun “Instagram” səhifəsində yayımlanan açıqlamada bildirilib.
Sem Nil Sidneydə vəfat edib. Ailəsi aktyora göstərilən qayğıya görə özəl xəstəxananın əməkdaşlarına təşəkkür edib. Aktyor aprel ayında üçüncü mərhələ qan xərçəngi ilə bağlı müalicədən sonra orqanizmində xəstəlik əlamətlərinin qalmadığını açıqlamışdı.
Avstraliyanın Baş naziri Entoni Albanizi aktyorun xatirəsini yad edərək bildirib ki, Sem Nil xəstəliklə ekran obrazlarına xas olan “ləyaqət, yumor və qətiyyətlə” mübarizə aparıb.
“Özünəməxsus incə yumoru, düşüncəli və təmkinli xarakteri ilə seçilən Sem xəstəliklə də hər bir roluna güc qatan eyni ləyaqət, yumor və qətiyyətlə mübarizə apardı. Onun yoxluğu dərindən hiss ediləcək və xatirəsi uzun müddət yaşayacaq. Ruhu şad olsun”, — Albanizi sosial şəbəkədə yazıb.
Yeni Zelandiyanın Baş naziri Kristofer Lakson Sem Nili “ən görkəmli sənətkarlardan biri” adlandırıb. O bildirib ki, aktyor 50 ildən artıq müddətdə Yeni Zelandiya hekayələrinin dünyaya çatdırılmasına töhfə verib.
“Sem Nil ən görkəmli sənətkarlardan biri idi. O, bu ölkədə kino sənayesinin demək olar ki, mövcud olmadığı bir dövrdə fəaliyyətə başlayıb. Əlli ildən artıq müddətdə Yeni Zelandiya hekayələrini dünyaya çatdırıb. Onun istedadı kino sənayemizin bugünkü səviyyəyə yüksəlməsinə və ölkəmizin ən mühüm mədəni ixrac sahələrindən birinə çevrilməsinə kömək edib”, — Lakson sosial şəbəkədə yazıb.
Yeni Zelandiyanın sabiq Baş naziri Helen Klark bildirib: "Ruhun şad olsun, Sem Nil – ekranda canlandırdığı bir çox baş rollar və əldə etdiyi ümumdünya sevgisi ilə ölkəmizə böyük qürur bəxş edən əfsanəvi Yeni Zelandiya aktyoru".
Avstraliyalı aktrisa Maqda Şubanski isə qeyd edib: "Mən çox sarsılmışam, əziz Sem. Deməyə söz tapmıram, tamamilə şokdayam. Sonuncu dəfə danışanda onun vəziyyəti çox yaxşı idi. Qəlbim onun ailəsi və onu sevən hər kəslədir - belə insanların sayı isə çoxdur. Əlvida, mənim əziz dostum".
“AnewZ”un “Opinion” bölməsi qlobal və regional məsələlər üzrə ekspert baxışlarını bölüşmək üçün müstəqil yazarlara platforma təqdim edir. Burada ifadə edilən fikirlər yalnız müəlliflərə məxsusdur və “AnewZ”un rəsmi mövqeyini əks etdirmir.
Zəlzələ qonşu Venesuelada 6300-dən çox insanın ölümünə səbəb olan iki güclü yeraltı təkandan bir ay sonra baş verib. Kolumbiyanın beş paytaxt şəhəri qırmızı həyəcan rejiminə keçirilib, 86 bina dağılıb və yeddi hava limanı fəaliyyətini dayandırıb.
"Nvidia" qlobal maliyyə sektorunun aparıcı şirkətləri ilə süni intellekt infrastrukturu üzrə əməkdaşlığa başlayır. Bu addım süni intellektin mühüm investisiya sahəsinə çevrildiyini göstərir.
Tehran Hörmüz boğazını yenidən açmaq üçün təzminat və sanksiyaların yüngülləşdirilməsini tələb edir. ABŞ prezidenti Donald Tramp isə İrandan onilliklər ərzində baş vermiş ölüm halları və dəymiş zərərə görə kompensasiya tələb edərək danışıqlara yeni şərt əlavə edib.
Rusiya Gürcüstanda 2008-ci ilin avqust müharibəsinə yanaşmada müşahidə etdiyi dəyişikliyi müsbət qarşılayıb. Moskva münaqişənin başlanmasına görə keçmiş prezident Mixeil Saakaşvili və onun hökumətini məsul tutan açıqlamaları alqışlayıb.
Kristofer Nolanın “The Odyssey” filmi dünya üzrə 1,1 milyard ABŞ dollarından çox gəlir əldə edərək rejissorun ən gəlirli filmi olub.
ABŞ Prezidenti Donald Trampın seçki kampaniyasının və Ağ Evin sosial şəbəkələrdə paylaşdığı bəzi videolardan Teylor Sviftin mahnıları silinib. Müğənninin musiqisindən son bir həftə ərzində iki fərqli videoda istifadə olunub.
Türk və İslam dünyasının mədəniyyət paytaxtı Şuşaya həsr edilən və ötən il "AnewZ"un efirində yayımlanan "Destination: Şuşa, Azərbaycan" xüsusi layihəsi artıq rəqəmsal platformamızda istifadəçilərə təqdim olunur.
Boliviyanın de-fakto paytaxtı La-Pasda ölkənin ən böyük mədəni tədbirlərindən biri olan “Gran Poder” festivalı keçirilib.
Fransalı DJ və elektropop ifaçısı Vensan Belorje iyulun 28-də Parisdəki evində ölü tapılıb. Bu barədə Paris prokurorluğu məlumat yayıb. Kavinski ləqəbi ilə tanınan sənətçinin 50 yaşı olub.
AnewZ tətbiqini Play Store və App Store-dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın