Hərbi süni intellekt: “Helsing” “Palantir”ə rəqib sistem təqdim edir
Almaniyanın müdafiə texnologiyaları şirkəti “Helsing” Avropada ABŞ texnologiyalarından asılılıqla bağlı narahatlıqların artdığı bir vaxtda hədəflərin...
Məşhur “Outlander” serialının pərəstişkarları ekran əsərinə aid kostyum, rekvizit və dekorasiya nümunələrini əldə etmək imkanı qazanıblar. Bu əşyalar Londonda keçiriləcək hərracda satışa çıxarılacaq.
“Bonhams” hərrac evi iyulun 17-də “Outlander: The Auction” adlı hərracın əsas eksponatlarını təqdim edib. Kolleksiyaya serialın 12 illik çəkilişləri zamanı istifadə olunan əşyalar daxildir.
Final bölümü may ayında yayımlanan səkkiz mövsümlük serialın kolleksiyasında kostyumlar, rekvizitlər və çəkiliş meydançasına aid dekorasiyalar yer alır.
Əsas səhnələrdə istifadə olunan kostyumlar hərraca çıxarılır
“Outlander” zamanda səyahət edərək Şotlandiyadan Parisə və digər məkanlara yollanan Kler və Ceymi Freyzerin hekayəsindən bəhs edir. Baş rolları Katriona Balf və Sem Hyuen canlandırıb.
Hərraca çıxarılan əşyalar arasında Klerin ikinci mövsümdə geyindiyi məşhur qırmızı ziyafət libası da var. Kostyumun 7-12 min manata satılacağı gözlənilir.
Ceyminin Kalloden döyüşü səhnəsində geyindiyi kostyum isə 3,5–4,5 min manat məbləğində qiymətləndirilib.
“Bonhams”ın satış şöbəsinin rəhbəri Madlen Keyter bildirib ki, hərracda geniş çeşiddə əşyalar təqdim olunur. Bunların arasında Şotlandiyanın dağlıq bölgələrində çəkilən və ilk bölümlərdə istifadə olunan tartan geyimlər də var. Paris səhnələrində görünən dəbdəbəli libaslar da kolleksiyaya daxildir. Hərracda, həmçinin Amerika dövrünü əks etdirən kostyumlar da satışa çıxarılacaq.
Keyter Klerin qırmızı libasının pərəstişkarlar arasında xüsusi maraq doğura biləcəyini deyib. O, hərrac evinin bu əşyaya göstəriləcək tələbatı izləmək istədiyini bildirib.
Pərəstişkarlar “Outlander” tarixinin bir hissəsinə sahib ola biləcəklər
Keyter bildirib ki, hərracın serialın dünya üzrə pərəstişkarları arasında böyük maraq doğuracağı gözlənilir. Bir çox izləyici çəkilişlərdə istifadə olunan əşyalardan birini əldə etmək istəyir.

“İnsanlar seriala aid bir əşyanı əldə etmək imkanına çox sevinirlər”, – o deyib.
Canlı hərrac avqustun 5-də “Bonhams”ın Londondakı hərrac evində keçiriləcək. Onlayn hərrac isə avqustun 6-dək davam edəcək.
Kostyumlar, rekvizitlər və dekorasiyalar iyulun 20-dən avqustun 4-dək pərəstişkarlar və potensial alıcılar üçün sərgilənəcək.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə COP31-in Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Antalyaya gəlib.
Polşanın Krakov şəhərində noyabrın 7-də altı nəfərin öldürüldüyü silahlı hücumda şübhəli bilinən 24 yaşlı şəxs xəstəxanada ölüb. Polis bu barədə noyabrın 9-da məlumat yayıb.
“Nvidia” şirkəti baş icraçı direktoru Censen Huanqın xarici kəşfiyyat əməliyyatının hədəfi olması ehtimalını araşdırır. Müstəqil araşdırmaya Huanqın şəxsi münasibətdə olduğu iş qadınının Çinə məlumat ötürdüyü barədə iddialardan sonra başlanılıb.
Türkiyənin İzmir vilayətində polad zavodunda baş verən partlayışda azı 17 nəfərin öldüyü bildirilir. Texniki xidmət zamanı kran aşıb, ardınca partlayış olub. Hadisə ilə bağlı istintaq başlanıb.
AnewZ-un Günün İcmalını təqdim edirik. “Nvidia” ilə bağlı casusluq iddialarından ABŞ–İran gərginliyinə qədər dünyada baş verən beş əsas xəbəri diqqətinizə çatdırırıq.
Türkmənistanın arxiv kolleksiyası ilk dəfə YUNESKO-nun “Dünya yaddaşı” proqramının Asiya və Sakit okean üzrə regional reyestrinə daxil edilib.
Nyu-Yorkdakı Metropoliten İncəsənət Muzeyi 2027-ci ildə keçiriləcək Kostyum İnstitutunun sərgisi və “Met Gala” tədbirinin mövzusunu açıqlayıb. Tədbirlər dizaynerlərin gündəlik geyimləri və adi materialları sənət əsərlərinə çevirməsinə həsr olunacaq.
AnewZ-un Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə tərəfdaşlıq çərçivəsində hazırladığı yeni sənədli film bir əsrlik açıqca kolleksiyası vasitəsilə Azərbaycanın neft yüksəlişinin arxasındakı insan hekayələrini canlandırır.
Avstraliya iki qədim daş heykəlin baş hissələrini Çinə qaytarıb. Onlar 30 ildən çox əvvəl ölkənin mərkəzi hissəsindəki imperator məzarlarından oğurlanıb.
Özbəkistanda yerli geyim istehsalçılarının öz brendlərini yaratmasına və beynəlxalq bazarlara çıxmasına kömək etmək üçün yeni moda akademiyası açılır. Akademiya dizayn sahəsində mütəxəssislər də hazırlayacaq.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın