Hərbi süni intellekt: “Helsing” “Palantir”ə rəqib sistem təqdim edir
Almaniyanın müdafiə texnologiyaları şirkəti “Helsing” Avropada ABŞ texnologiyalarından asılılıqla bağlı narahatlıqların artdığı bir vaxtda hədəflərin...
Boliviyanın de-fakto paytaxtı La-Pasda ölkənin ən böyük mədəni tədbirlərindən biri olan “Gran Poder” festivalı keçirilib.
Sosial iğtişaşlar və yol blokadaları səbəbindən iki dəfə təxirə salınan festivalda on minlərlə rəqqas iştirak edib.
Təşkilatçıların məlumatına görə, tədbir 74 rəqs kollektivini və təxminən 87 min iştirakçını bir araya gətirib. Şənliklər avqustun 1-i səhər saatlarından avqustun 2-si gecə saatlarınadək davam edib.
2019-cu ildən UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilən festival Qüdrətli İsa Məsihin şərəfinə keçirilir. Tədbir And xalqlarının yerli ənənələrini katolik dini inancları ilə birləşdirir.
Parad zamanı “Morenada”, “Kaporales”, “Tinku”, “Llamerada” və “Kullaquada” kimi Boliviyanın ən məşhur ənənəvi rəqsləri nümayiş etdirilib.
Festival Boliviya, Peru və Çilidən iştirakçıları cəlb edir və ölkənin əsas mədəniyyət və turizm tədbirlərindən biri sayılır.
Boliviya rəsmilərinin məlumatına görə, tədbir hər il milyonlarla dollar dəyərində iqtisadi fəaliyyət yaradır. Festival geyim istehsalı, musiqi, mehmanxana və turizm sektorlarının inkişafına töhfə verir.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə COP31-in Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Antalyaya gəlib.
Polşanın Krakov şəhərində noyabrın 7-də altı nəfərin öldürüldüyü silahlı hücumda şübhəli bilinən 24 yaşlı şəxs xəstəxanada ölüb. Polis bu barədə noyabrın 9-da məlumat yayıb.
“Nvidia” şirkəti baş icraçı direktoru Censen Huanqın xarici kəşfiyyat əməliyyatının hədəfi olması ehtimalını araşdırır. Müstəqil araşdırmaya Huanqın şəxsi münasibətdə olduğu iş qadınının Çinə məlumat ötürdüyü barədə iddialardan sonra başlanılıb.
Türkiyənin İzmir vilayətində polad zavodunda baş verən partlayışda azı 17 nəfərin öldüyü bildirilir. Texniki xidmət zamanı kran aşıb, ardınca partlayış olub. Hadisə ilə bağlı istintaq başlanıb.
AnewZ-un Günün İcmalını təqdim edirik. “Nvidia” ilə bağlı casusluq iddialarından ABŞ–İran gərginliyinə qədər dünyada baş verən beş əsas xəbəri diqqətinizə çatdırırıq.
Türkmənistanın arxiv kolleksiyası ilk dəfə YUNESKO-nun “Dünya yaddaşı” proqramının Asiya və Sakit okean üzrə regional reyestrinə daxil edilib.
Nyu-Yorkdakı Metropoliten İncəsənət Muzeyi 2027-ci ildə keçiriləcək Kostyum İnstitutunun sərgisi və “Met Gala” tədbirinin mövzusunu açıqlayıb. Tədbirlər dizaynerlərin gündəlik geyimləri və adi materialları sənət əsərlərinə çevirməsinə həsr olunacaq.
AnewZ-un Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə tərəfdaşlıq çərçivəsində hazırladığı yeni sənədli film bir əsrlik açıqca kolleksiyası vasitəsilə Azərbaycanın neft yüksəlişinin arxasındakı insan hekayələrini canlandırır.
Avstraliya iki qədim daş heykəlin baş hissələrini Çinə qaytarıb. Onlar 30 ildən çox əvvəl ölkənin mərkəzi hissəsindəki imperator məzarlarından oğurlanıb.
Özbəkistanda yerli geyim istehsalçılarının öz brendlərini yaratmasına və beynəlxalq bazarlara çıxmasına kömək etmək üçün yeni moda akademiyası açılır. Akademiya dizayn sahəsində mütəxəssislər də hazırlayacaq.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın