"AnewZ" | "Destination: Şuşa, Azərbaycan"

Türk və İslam dünyasının mədəniyyət paytaxtı Şuşaya həsr edilən və ötən il "AnewZ"un efirində yayımlanan "Destination: Şuşa, Azərbaycan" xüsusi layihəsi artıq rəqəmsal platformamızda istifadəçilərə təqdim olunur.

"AnewZ"un "Destination: Şuşa, Azərbaycan" xüsusi layihəsinin budəfəki buraxılışında dünyanın mədəniyyət mərkəzlərindən birinin canlı irsi ilə tanış olun. "Azərbaycan musiqisinin beşiyi" və "Qafqazın incəsənət məbədi" kimi tanınan Şuşa, Azərbaycanın mədəniyyət paytaxtı titulu ilə yanaşı, 2023-cü ildə Türk dünyasının, 2024-cü ildə isə İslam dünyasının mədəniyyət paytaxtı elan edilib.

Bu buraxılışda 2025-ci il "Xarıbülbül" Musiqi Festivalından xüsusi görüntülər, Bülbülün ev-muzeyindən və yenidən qapılarını açan Üzeyir Hacıbəylinin ev-muzeyindən eksklüziv kadrlar yer alır. Həmçinin xalq artistləri Polad Bülbüloğlu, maestro Fərhad Bədəlbəyli və dramatik tenor Yusif Eyvazovla müsahibələr, eləcə də unudulmaz musiqi ifaları təqdim olunur.

Teqlər