Amerikalı aktrisa Hayden Panettier 36 yaşında vəfat edib

Amerikalı aktrisa Hayden Panettier 36 yaşında vəfat edib
Hayden Panettier "Scream VI” filminin premyerasında iştirak edir. Nyu- York, ABŞ, 6 mart 2023-cü il.
Reuters

“Nashville” və “Heroes” seriallarındakı rolları ilə  tanınan amerikalı aktrisa Hayden Panettier 36 yaşında vəfat edib. “ABC News” bu barədə aktrisanın nümayəndəsinə istinadən məlumat yayıb.

Panettierin mətbuat katibi Keysi Kitçen onun ölümü ilə bağlı araşdırma aparıldığını bildirib. Ölümün səbəbi və şəraiti hələ açıqlanmayıb.

Karyerası

Panettier karyerasına uşaq yaşlarında başlayıb. O, “Heroes” serialında Kler Bennet, “Nashville”də isə Cülyetta Barns rolu ilə tanınıb.

Aktrisa “Remember the Titans”, “Raising Helen”, “Ice Princess” və “Scream 4” filmlərində də çəkilib.

Şəxsi həyatı

Panettier sağlığında doğuşdansonrakı depressiya və asılılıqla mübarizə apardığını açıq şəkildə bildirmişdi. Onun sözlərinə görə, bu problemlər 2018-ci ildə qızı Kayanın qəyyumluğundan imtina etməsinə səbəb olmuşdu.

Aktrisanın Kaya adlı qızı 2014-cü ildə keçmiş nişanlısı, ukraynalı sabiq ağır çəkili boks çempionu Vladimir Kliçko ilə münasibətindən dünyaya gəlib.

Bu ilin əvvəlində Panettier “This Is Me: A Reckoning” adlı xatirə kitabını nəşr etdirib. Kitabda onun karyerası, şəxsi həyatı və keçmiş münasibətlərindən bəhs olunur.

Hayden Panettier “Blonde” filminin premyerasında iştirak edir. Kaliforniya, ABŞ, 13 sentyabr 2022-ci il.
Reuters
Ailə faciəsi

Panettierin kiçik qardaşı, aktyor Jansen Panettier 2023-cü ilin fevralında 28 yaşında qəfil vəfat edib. Ailəsinin açıqlamasına görə, onun ölümünə ürəyin böyüməsi və aorta qapağı ilə bağlı ağırlaşmalar səbəb olub.

Teqlər