Günün icmalı: Mədəniyyət dünyasının gündəmdə olan 5 əsas xəbəri

Günün icmalı: Mədəniyyət dünyasının gündəmdə olan 5 əsas xəbəri
Reuters

AnewZ “Günün icmalı” rubrikasında sentyabrın 15-də mədəniyyət sahəsində baş verən əsas hadisələri təqdim edir.

“Emmi” mükafatlarının qalibləri açıqlanıb

Los-Ancelesdə 78-ci “Primetime Emmy” mükafatlandırma mərasimi keçirilib. Tədbirdə televiziya sahəsinin tanınmış simaları iştirak ediblər. “Widow’s Bay”, “The Pitt” və “DTF St. Louis” builki mərasimin əsas qalibləri arasında yer alıb.

Britaniyanın “Oasis” rok qrupu 38 konsertlik turne elan edib

Britaniyanın “Oasis” rok qrupu 2027-ci ildə 38 konsertdən ibarət “Oasis Live ’27” turnesinə çıxacağını açıqlayıb. Turne Böyük Britaniya, İrlandiya, Avropanın digər ölkələri və ABŞ-ni əhatə edəcək.

Bilet növbələrini azaltmaq və bilet alverinin qarşısını almaq üçün əvvəlcədən qeydiyyat sistemi tətbiq olunacaq. Qeydiyyatdan keçənlər arasından seçilən pərəstişkarlara bilet satışına giriş kodu veriləcək. Qeydiyyat bilet almağa zəmanət vermir.

“Carolina Herrera” moda evi 45 illiyini qeyd edib

“Carolina Herrera” moda evi 45 illiyini Nyu-York Moda Həftəsində yeni kolleksiya ilə qeyd edib. Kolleksiyada Endi Uorholun dizayner Karolina Herreranın portretini əks etdirən çanta və geyimlər təqdim olunub.

Kreativ direktor Ues Qordon qara və ağ rəngli geyimləri parlaq sarı, qırmızı və püstə çalarları ilə tamamlayıb.

Məşhur kostyum dizayneri Bob Maki vəfat edib

Şer, Tina Törner, Dolli Parton və Elton Con kimi ulduzlar üçün hazırladığı səhnə geyimləri ilə tanınan Bob Maki 87 yaşında vəfat edib.

Parlaq səhnə geyimlərinin ustası kimi tanınan dizayner karyerası ərzində bir “Toni” və doqquz “Emmi” mükafatı qazanıb. O, üç dəfə “Oskar” mükafatına namizəd göstərilib.

Netanyahu Qəzza ilə bağlı “NAZA” sənədli filmini pisləyib

İsrailin Baş naziri Benyamin Netanyahu israilli rejissorlar Yuval Abraham və Reyçel Szorun “NAZA” sənədli filmini pisləyib.

İsrail ordusunun Qəzzadakı əməliyyatlarında mülki şəxslərin öldürülməsi ilə bağlı israilli hərbçilərin və kəşfiyyat əməkdaşlarının ifadələrinə əsaslanan film sentyabrın 12-də Venesiya Film Festivalında Münsiflər Heyətinin Xüsusi Mükafatını qazanıb.

Teqlər