canlı Tramp APEC sammitində Putinlə üçtərəfli danışıqlardan öncə Si Cinpinlə görüşəcək
ABŞ Prezidenti Donald Tramp Çinin Şencen şəhərində keçirilən APEC sammitində iştirak edir. Onun əvvəlcə Çin Xalq Respublikasının Sədri Si Cinpinlə...
AnewZ “Günün icmalı” rubrikasında əsas yenilikləri təqdim edir. Oktyabrın 14-də mədəniyyət və əyləncə sahəsində dünyada baş verən beş əsas hadisəyə nəzər salırıq.
1996-cı ildə Las-Veqasda məşhur reper Tupak Şakurun avtomobildən açılan atəşlə öldürülməsini təşkil etməkdə təqsirli bilinən keçmiş cinayətkar dəstə başçısı oktyabrın 13-də ömürlük həbs cəzasına məhkum edilib.
63 yaşlı Dueyn “Keffe Di” Devis avqustda andlılar məhkəməsi tərəfindən birinci dərəcəli qətldə təqsirli bilinib. Məhkəmə onu qətl və ölümcül silahdan istifadəyə görə hər biri 20 ildən ömürlük həbsədək olan və ardıcıl çəkilməli iki cəzaya məhkum edib.
Beləliklə, Devis ən azı 40 il həbsdə qalmalıdır. O, hökm oxunarkən heç bir emosiya göstərməyib. Qərarla rep musiqisi tarixində böyük əks-səda doğuran və uzun illər açılmamış qətl işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Honkonqda yüzlərlə sənətsevər 60 ildən artıq ictimaiyyətə nümayiş etdirilməyən Vinsent Van Qoqun əsərini görmək üçün növbəyə düzülüb.
“Çiçəklənən şabalıd ağacları” adlı tablo 1890-cı ilin mayında, niderlandlı rəssamın həyatının son aylarında çəkilib.
Əsərin Nyu-Yorkda keçiriləcək “Sotheby’s” hərracında təxminən 180 milyon dollara satılacağı gözlənilir. Bu baş verərsə, Van Qoqun əsərləri arasında yeni hərrac rekordu müəyyən oluna bilər.
Rəssamın Fransanın Over-sür-Uaz kəndində yaşadığı dövrdə çəkdiyi tabloda çiçəklərlə örtülmüş iri şabalıd ağacı təsvir edilib.
“Breaking Bad” serialında Uolter Uayt Junior obrazını canlandıran aktyor və əlilliyi olan şəxslərin hüquqlarını müdafiə edən Ar Cey Mitt 34 yaşında vəfat edib.
Uşaqlıqdan serebral ifliclə yaşayan aktyorun şəxsi təcrübəsi fiziki məhdudiyyətləri olan Volter Vayt Cunior obrazını canlandırmasına kömək edib.
Mittin ABŞ-nin Texas ştatının Braunsvill şəhərində vəfat etdiyi barədə məlumat onun menecment agentliyi vasitəsilə açıqlanıb.
Aktyorun mətbuat katibi daha sonra Mittin intihar nəticəsində həyatını itirdiyi barədə xəbərləri təsdiqləyib.
Haiti əsilli kanadalı yazıçı Telison Orelyen ilk romanı olan və bestsellerə çevrilən “Ya bu, ya ölüm” əsərini süni intellektin köməyi ilə yazdığı barədə iddiaları rədd edib. Bununla belə, o, keçmişdə plagiata yol verdiyini etiraf edib.
Orelyen əvvəllər digər müəlliflərin əsərlərindən mətn parçaları köçürdüyünü etiraf edib və bu hərəkətini qəbuledilməz səhv adlandırıb.
Yazıçı ona qarşı təhdidləri, mediada hücumları və irqçi təhqirləri pisləyib. O, romanı özünün yazdığını vurğulayıb.
“Disney” studiyası qarşıdan gələn “Hexed” fantastik animasiya filmindəki cadugərlər dünyasını təqdim edib.
Filmin rejissoru Fon Virasunthorn “Reuters”ə bildirib ki, əsərinin əsas mövzusu ana ilə qız arasındakı münasibətlərdir.
Onun sözlərinə görə, film uzun illər davam edən gərginlikdən sonra ana ilə qızın münasibətlərini bərpa etmək səylərindən və bu yolda qarşılaşdıqları çətinliklərdən bəhs edir.
ABŞ Prezidenti Donald Tramp noyabrın 18-də Manilada Filippin Prezidenti Ferdinand Markosla görüşür. Onun daha sonra Çində Si Cinpin və Vladimir Putinlə danışıqlar aparması planlaşdırılır.
Asiya-Sakit okean regionunun liderləri Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) 33-cü sammiti üçün Çinin cənubundakı Şencen şəhərində toplaşırlar. Sammitdə əsas diqqət ticarət, iqtisadi əməkdaşlıq və süni intellekt məsələlərinə yönəlib.
AnewZ-un 17 noyabr tarixli gündəlik icmalında beynəlxalq görüşlərin əsas məqamlarına nəzər salırıq. İslamabadda ticarət, Manilada dəniz təhlükəsizliyi, Çində böyük dövlətlərin münasibətləri, Türkiyədə iqlim maliyyəsi, Brüsseldə isə Ukraynanın təhlükəsizliyi müzakirə olunur.
ABŞ ilə Rusiyanın mümkün sövdələşmə üçün şərtlər formalaşdırması Ukraynanın başı üzərində kəskin bir qılınc kimi asılıb.
ABŞ Prezidenti Donald Tramp Filippinin paytaxtı Manilada keçirilən ASEAN-ın 49-cu sammitində iştirak etmək üçün ölkəyə gedib. Dünya liderlərinin görüşündə ticarət, regional təhlükəsizlik və Çinlə münasibətlərdə yaranan gərginlik əsas müzakirə mövzularıdır.
Rozaliyanın “Latin Grammy” mükafatlarında uğuru, Azərbaycan filminin beynəlxalq festivalda qalib gəlməsi və Conni Deppin səkkiz ildən sonra yenidən kassa gəlirlərinə görə lider olması – bu və digər mədəniyyət xəbərləri AnewZ-un 16 noyabr 2026-cı il tarixli “Günün icmalı” buraxılışında.
Tehranda İranın tarixi və mədəni irsinə həsr olunmuş fotosərgi keçirilir. Erməni əsilli iranlı fotoqraf Herbert Kərim-Məsihi sərgidə “İranın minillik tarixi” adlı fotokitabından seçilmiş şəkilləri nümayiş etdirir.
25 yaşlı azərbaycanlı aktyor Eldar İsgəndərov beynəlxalq kino aləmində tanınmağa başlayıb. O, “A24” kinostudiyası ilə əlaqəli üç layihədə rol alıb və nüfuzlu kinofestivallarda iştirak edib. Gənc aktyorun uğurları onun Azərbaycanla bağlılığına da marağı artırıb.
Türkmənistanın arxiv kolleksiyası ilk dəfə YUNESKO-nun “Dünya yaddaşı” proqramının Asiya və Sakit okean üzrə regional reyestrinə daxil edilib.
Nyu-Yorkdakı Metropoliten İncəsənət Muzeyi 2027-ci ildə keçiriləcək Kostyum İnstitutunun sərgisi və “Met Gala” tədbirinin mövzusunu açıqlayıb. Tədbirlər dizaynerlərin gündəlik geyimləri və adi materialları sənət əsərlərinə çevirməsinə həsr olunacaq.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın