Zəfər Günündə Qarabağda Azərbaycan–Türkiyə həmrəyliyi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Zəfər Günü münasibətilə Azərbaycana səfər edib. Səfər çərçivəsində iki ölkə liderinin görüşləri...
Avstraliya iki qədim daş heykəlin baş hissələrini Çinə qaytarıb. Onlar 30 ildən çox əvvəl ölkənin mərkəzi hissəsindəki imperator məzarlarından oğurlanıb.
Şimali Sun sülaləsi dövrünə (960–1127) aid heykəl başları oktyabrın 28-də Avstraliya Milli Qalereyasında keçirilən mərasimdə Çin tərəfinə rəsmən təhvil verilib. Kanberrada təşkil olunan tədbirdə əsərləri Çinin Milli Mədəni İrs İdarəsinin nümayəndələri qəbul ediblər.
Heykəl başlarından biri Yunçan məqbərəsindəki mülki məmur heykəlinə, digəri isə Yunyu məqbərəsindəki hərbi məmur heykəlinə aiddir.
Hər iki məqbərə Henan əyalətinin Qunyi şəhərində yerləşir. Şimali Sun imperatorlarının məzar komplekslərinə aid daş heykəllərin ölkədə ən böyük və ən yaxşı qorunub saxlanmış toplusu buradadır.
İncə oyma işləmələri ilə seçilən heykəllər Sun sülaləsi dövrünün daş üzərində oyma sənətinin mühüm nümunələri hesab olunur.
Heykəl başlarının 1990-cı illərdə məqbərələrdən oğurlandığı, daha sonra isə fərdi kolleksiyaçı tərəfindən Avstraliya Milli Qalereyasına bağışlandığı güman edilir.
1980–1990-cı illərdə Çində qədim əşyaların qanunsuz dövriyyəsi geniş yayılmışdı. İmperator məzarları oğruların xüsusilə çox hədəfə aldığı yerlər arasında idi.
Qunyidəki məzar kompleksləri 189 kvadratkilometr ərazini əhatə edir. Həmin dövrdə mühafizə imkanları məhdud olduğundan oğrular hər birinin çəkisi bir neçə ton olan daş heykəlləri bütövlükdə aparmaq əvəzinə onların başlarını oğurlayırdılar.
Əsərlərin qaytarılması prosesi 2025-ci ildə başlayıb. Çinin aidiyyəti qurumları araşdırmaların nəticələrinə əsasən heykəl başlarının geri verilməsi üçün müraciət ediblər.
Oktyabrın 28-də keçirilən mərasimdə Çinin Milli Mədəni İrs İdarəsinin rəhbərinin müavini Tan Vey Avstraliya Milli Qalereyasının direktoru Nik Mitzeviçə təşəkkürnamə təqdim edib.
Çinin Avstraliyadakı səfiri Liu Cinsun bildirib ki, heykəllər əsrlər boyu qədim imperator məzarlarının keşiyində dayanıb.
Səfir iki ölkənin dövlət qurumları, muzeyləri və mədəni irs sahəsində fəaliyyət göstərən müəssisələri arasında əməkdaşlığı da vurğulayıb. Onun sözlərinə görə, tərəflər son illərdə mədəni irsin qorunması üzrə beynəlxalq öhdəliklərini yerinə yetirmək üçün sıx əməkdaşlıq ediblər.
Avstraliya bundan əvvəl də Çinə mədəni sərvətlər qaytarıb. Ölkə 2005-ci ildə Çindən qanunsuz çıxarılmış 10 min fosili geri verib.
Heykəl başlarının qaytarılması Pekin və Kanberra arasında mədəni irs sahəsində əməkdaşlıqda növbəti addım olub. Bununla da Çinin imperatorluq tarixinə aid iki sənət nümunəsi 30 ildən çox müddətdən sonra ölkəyə qaytarılıb.
Polşanın Krakov şəhərinin mərkəzi meydanında silahlı hücum nəticəsində azı 6 nəfər həlak olub, 15 nəfər yaralanıb. Bu barədə Polşa rəsmiləri məlumat veriblər.
Azərbaycan, ABŞ və Ermənistan Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) layihəsini sürətləndirmək üçün üçtərəfli texniki işçi qruplarının fəaliyyətinə başlayıblar. Bu, 2025-ci ilin avqustunda Vaşinqtonda əldə olunan razılaşmaların icrasında növbəti addımdır.
Azərbaycan Prezidenti İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Dövlət başçısı Xankəndidə Zəfər tağını ziyarət edərək önünə əklil qoyub.
Yeni Zelandiyada keçirilən parlament seçkilərində hakim sağ-mərkəzçi Milli Partiya müxalifətdəki Leyboristlər Partiyasını cüzi fərqlə qabaqlayır. İlkin proqnozlara görə, hazırkı üçpartiyalı hakim koalisiya iqtidarda qala bilər.
Azərbaycanda noyabrın 8-də Zəfər Gününün altıncı ildönümü qeyd olunur. Bu əlamətdar tarix 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Şuşanın işğaldan azad edilməsi ilə bağlıdır.
Nyu-Yorkdakı Metropoliten İncəsənət Muzeyi 2027-ci ildə keçiriləcək Kostyum İnstitutunun sərgisi və “Met Gala” tədbirinin mövzusunu açıqlayıb. Tədbirlər dizaynerlərin gündəlik geyimləri və adi materialları sənət əsərlərinə çevirməsinə həsr olunacaq.
AnewZ-un Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə tərəfdaşlıq çərçivəsində hazırladığı yeni sənədli film bir əsrlik açıqca kolleksiyası vasitəsilə Azərbaycanın neft yüksəlişinin arxasındakı insan hekayələrini canlandırır.
Özbəkistanda yerli geyim istehsalçılarının öz brendlərini yaratmasına və beynəlxalq bazarlara çıxmasına kömək etmək üçün yeni moda akademiyası açılır. Akademiya dizayn sahəsində mütəxəssislər də hazırlayacaq.
Bakı oktyabrın 30-dan noyabrın 1-dək ikinci “Fly to Baku” incəsənət həftəsonuna ev sahibliyi edəcək. Azərbaycanlı və xarici rəssamları bir araya gətirən tədbir Qafqazın vəhşi təbiətinə, mədəni irsinə və onların qorunmasına diqqət çəkəcək.
İran Xəzər dənizi sahilindəki Gilan vilayətində keçirilən II Çay Festivalı vasitəsilə ölkənin çoxəsrlik çay mədəniyyətindən ticarətin, sənayenin və turizmin inkişafı üçün yararlanmağı hədəfləyir.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın