Hava məkanı məhdudiyyətləri Mərkəzi Asiya ilə Rusiya arasında uçuşlara təsir edib
Mərkəzi Asiya ilə Rusiya arasında aviareyslər Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər fonunda pozulub. Bəzi təyyarələr istiqamətini...
Konqo Demokratik Respublikası (KDR) yenidən Ebola virusunun yayılması təhlükəsi ilə üz-üzədir. Virus ilk dəfə 1976-cı ildə Ebola çayının yaxınlığında aşkarlanıb.
Aradan təxminən yarım əsr keçməsinə baxmayaraq, xəstəlik yenidən ictimai sağlamlıq üçün ciddi riskə çevrilib.
Son fövqəladə vəziyyət Ebolanın yayılması ilə yenidən eyni sualı gündəmə gətirir: onilliklərdir Ebola ilə mübarizə təcrübəsinə malik olan dünya niyə virusun hər dönüşünə hələ də hazırlıqsızdır?
Hazırkı yayılmaya Bundibugyo virusu səbəb olub. Konqoda 100-dən çox ölüm və 500-dən artıq təsdiqlənmiş yoluxma halı qeydə alınıb. Əlavə şübhəli hallar hələ də araşdırılır. Yoluxmaların Uqandada da təsdiqlənməsi sərhəd keçidləri ilə bağlı narahatlıqları artırıb. Şimali-şərqi Konqoda, Uqanda ilə sərhəddə yerləşən və milyonlarla insanın yaşadığı İturi vilayəti yoluxma sayına görə ön sıradadır.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib ki, yoluxmuş şəxslərlə təmasda olan şəxslərin müəyyən edilməsində irəliləyişlər əldə olunsa da, hələ də gözlənilən səviyyəyə çatmayıb. Səhiyyə işçiləri təhlükəsizlik problemlərinin, məcburi köçün və dərin ictimai etimadsızlığın hökm sürdüyü bölgədə fəaliyyət göstərirlər. Virusla mübarizə aparan qruplara və müalicə mərkəzlərinə hücumlar təmasların izlənməsini və yoluxma hallarının təcridini çətinləşdirib. Bəzi xəstələrin müalicə mərkəzlərini tərk etməsi isə nəzarəti daha da mürəkkəbləşdirib.
Konqo Demokratik Respublikası əvvəllər də Ebola epidemiyalarını nəzarət altına almağa nail olub. Bu, bir çox səhiyyə sistemi üçün son dərəcə mürəkkəb şəraitdə baş verib. Lakin keçmişdə qazanılan təcrübə gələcək təhlükələrə hazırlıqlı olmaq demək deyil. Problemin mahiyyəti də məhz bu iki anlayış arasındakı fərqdən qaynaqlanır.
2014–2016-cı illərdə Qərbi Afrikada baş verən Ebola epidemiyası təcrübə ilə hazırlıq arasındakı fərqin ağır nəticələrini açıq şəkildə ortaya qoydu. Qvineyanın ucqar bölgəsində başlayan yoluxma qısa müddətdə ölümcül epidemiyaya çevrildi və Qvineya, Liberiya, eləcə də Syerra-Leonedə 11 mindən çox insanın həyatına son qoydu.
Virus zəif səhiyyə sistemlərinə, məhdud epidemioloji nəzarət imkanlarına və kifayət qədər müalicə mərkəzi olmayan ölkələrə sürətlə yayıldı. Beynəlxalq yardım isə yalnız yerli səhiyyə sistemləri iflic olduqdan sonra geniş miqyasda səfərbər edildi.
Şərqi Konqonun bəzi bölgələri təhlükəsizlik problemləri və zəif səhiyyə infrastrukturu ilə xarakterizə olunur. Bu isə son epidemiyanın nəzarətdən çıxma riski ilə bağlı ciddi narahatlıqlar yaradır.
Qərbi Afrika epidemiyasının bu qədər ölümcül olmasının əsas səbəblərindən biri virusun zəif səhiyyə sistemləri şəraitində sürətlə yayılması idi. Epidemioloji nəzarət zəif, müalicə imkanları məhdud, erkən xəbərdarlıq mexanizmləri isə yetərincə operativ deyildi. Böhranın miqyası xeyli genişləndikcə onun qarşısını almaq cəhdi də çətinləşdi, cavab tədbirləri isə daha yüksək humanitar və maliyyə xərcləri hesabına həyata keçirildi.
Nəticə aydın idi. Laboratoriyalara, epidemioloji monitorinq sistemlərinə və ilkin səhiyyə xidmətlərinə epidemiya başlamazdan əvvəl investisiya qoymaq həm daha səmərəli, həm də daha az xərc tələb edir. Böhran baş verdikdən sonra onun nəticələrini aradan qaldırmaq isə daha çətin və bahalı olur. Lakin epidemiya təhlükəsi aradan qalxdıqdan sonra büdcə qərarları verilərkən bu reallıq çox vaxt unudulur.
Epidemiyanın kritik mərhələsində maliyyə problemi
Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri ilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) epidemiyalara qarşı cavab tədbirlərini gücləndirmək məqsədilə birgə fəaliyyət planı açıqlayıb.
Dəyəri 2026-cı ilin noyabrınadək təxminən 518 milyon dollar olan plan epidemioloji monitorinqin, laboratoriya testlərinin, tibbi yardımın, koordinasiya mexanizmlərinin və icmalarla əlaqələrin gücləndirilməsini nəzərdə tutur. Belə miqyaslı ehtiyac vacib bir mesaj verir: Ebola virusuna hazırlıq hələ də davamlı ictimai səhiyyə infrastrukturunun tərkib hissəsi kimi deyil, fövqəladə vəziyyət xərci kimi qiymətləndirilir. Maliyyə vəsaiti adətən virus yayılmağa başladıqdan sonra ayrılır. Yoluxma göstəriciləri kritik həddə çatdıqda isə mübarizə tədbirləri gücləndirilir. Epidemiya nəzarət altına alındıqdan sonra isə diqqət və maliyyə dəstəyi tədricən azalır.
Bu, xüsusilə epidemiyanın aktiv mərhələsində böyük əhəmiyyət daşıyır. Konqo Demokratik Respublikası hazırda Ebola virusunun yeni növü ilə mübarizə aparır. Bu növ üçün təsdiqlənmiş vaksin və ya spesifik müalicə mövcud deyil. Təhlükəsizlik problemləri, məcburi köç və intensiv transsərhəd hərəkətlər İturi və ətraf bölgələrdə epidemioloji vəziyyəti daha da mürəkkəbləşdirir. Uqandada da yoluxma halları artıq təsdiqlənib. Bu isə qonşu ölkələrdə narahatlığı daha da artırır. Afrikanın bir çox regionunda səhiyyə sistemlərinə kifayət qədər maliyyə ayrılmır. Epidemiyalar onları tez-tez çökmə həddinə çatdırırlar. Bu baxımdan beynəlxalq yardım adətən erkən investisiyadan daha baha başa gəlir. Əvvəlki böhranlardan sonra oxşar vədlər dəfələrlə səsləndirilsə də, sistemli dəyişikliklər hələ də məhdud olaraq qalır.
Şərqi Konqoda Ebola ilə mübarizə aparan mütəxəssislər təcrübəsiz deyillər. Konqolu həkimlər, tibb bacıları və epidemiya ilə mübarizə qrupları illər ərzində bu virusla mübarizədə mühüm təcrübə qazanıb, ən çətin şəraitdə belə fəaliyyət göstəriblər. Lakin hər yeni epidemiya yenə də məhdud resurslara malik və hazırlıq səviyyəsi qeyri-bərabər olan səhiyyə sistemi ilə üz-üzə qalır. Əslində, epidemiyanın gedişatı çox vaxt ilk yoluxma halı təsdiqlənməzdən əvvəl müəyyənləşməyə başlayır. Analiz nümunələri daxil olan anda laboratoriyalar tam hazır vəziyyətdə olmalı, ilk şübhəli yoluxmalar qeydə alınan kimi isə epidemioloji monitorinq sistemləri dərhal işə salınmalıdır. Ölkələrarası koordinasiya böhran şəraitində aparılan təcili danışıqlara deyil, əvvəlcədən razılaşdırılmış və sınaqdan keçirilmiş əməkdaşlıq mexanizmlərinə əsaslanmalıdır. Konqo bu epidemiyanı da yenidən nəzarət altına ala bilər. Ölkə bunu əvvəllər də bacarıb və Ebola ilə mübarizədə əhəmiyyətli təcrübə toplayıb. Lakin hər uğurlu nəticə dünya üçün arxayınlıq yaratmamalıdır. Əksinə, ona bir xəbərdarlıqdır. Hər bir epidemiyadan vəziyyətə uyğun operativ qərarlar hesabına çıxan sistem hazırlıqlı deyil, sadəcə şanslıdır. O vaxta qədər ki, şans da ondan üz döndərər.
Rusiyanın TASS xəbər agentliyi anonim mənbəyə istinadən xəbər verir ki, ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşner həftəsonu əvvəlcə Rusiyaya, daha sonra Ukraynaya səfər edəcəklər. Ukrayna Prezidenti Volodimir Zelenski də ABŞ elçilərinin hər iki ölkənin paytaxtına səfər edəcəyini bildirib.
Üç yüksəkvəzifəli iranlı mənbənin sözlərinə görə, ABŞ-nin neft blokadası və sanksiyalar vasitəsilə İran iqtisadiyyatına təzyiq göstərmək səyləri Tehran üçün getdikcə daha çətin vəziyyət yaradır. Vaşinqton gələcək danışıqlarda güzəştlər əldə etmək məqsədilə təzyiqləri artırır.
Günə AnewZ-un səhər xülasəsi ilə məlumatlı başlayın. Sentyabrın 4-ü üçün hazırladığımız icmalda gündəmin əsas xəbərləri və diqqətçəkən son hadisələr yer alır.
Günə AnewZ-un səhər xülasəsi ilə məlumatlı başlayın. Sentyabrın 3-ü üçün hazırladığımız icmalda gündəmin əsas xəbərləri və diqqətçəkən son hadisələr yer alır.
Rusiya şirkəti “Rosatom” və “Qazaxıstan Atom Elektrik Stansiyaları” şirkəti Balxaş Atom Elektrik Stansiyasında iki enerji blokunun tikintisi ilə bağlı müqavilə imzalayıb. Stansiyanın ümumi gücü 2,4 giqavat olacaq.
“Bir vaxtlar Yaxın Şərqdə” filmi Çin kinoteatrlarında böyük tamaşaçı auditoriyası toplayıb və bunun səbəbi var.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliffin avqustun 25-də Moskvaya qəfil səfəri rutin protokol hadisəsi deyildi. MKİ rəhbərləri Rusiyaya nadir hallarda gedirlər; belə səfərlər adətən böhran, həyati əhəmiyyətli məlumat və ya birbaşa ötürülməli siyasi mesaj olduqda baş tutur.
Coğrafiyası, siyasi mədəniyyəti, iqtisadi inkişaf səviyyəsi və tarixi təcrübəsi baxımından bir-birindən fərqlənən cəmiyyətlərdə qeyri-adi bir proses baş verir.
Aprelin sonlarında Mali son illərin ən genişmiqyaslı hücumlarından birinə məruz qaldı. Ayın 25-də "Əl-Qaidə"yə bağlı "Camaat Nüsrət əl-İslam vəl-Müslimin" (JNIM) qruplaşması və tuareqlərin "Azavad Azadlıq Cəbhəsi" (FLA) ölkədə altıdan çox hərbi hədəfə zərbə endirdi.
ŞƏT böyük demoqrafik və iqtisadi potensiala malikdir. Təşkilatın əsas vəzifəsi isə ona geniş təsir imkanları qazandıran müxtəlifliyi qoruyaraq bu potensialı vahid və səmərəli fəaliyyətə yönəltməkdir.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın