ÜST: Mərkəzi Asiyada ekstremal istilər sağlamlıq üçün təhlükə yaradır

ÜST: Mərkəzi Asiyada ekstremal istilər sağlamlıq üçün təhlükə yaradır
Süni İntellekt

Mərkəzi Asiyanın bəzi bölgələrində temperaturun 40 dərəcəni keçməsi fonunda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ekstremal istilərin regionda ictimai sağlamlıq üçün getdikcə daha ciddi təhlükəyə çevrildiyi barədə xəbərdarlıq edib.

Temperaturun yüksəlməsi sağlamlıq risklərini artırır

Xəbərdarlıq Mərkəzi Asiyanın bir sıra ərazilərində uzunmüddətli güclü istilərin müşahidə olunduğu bir vaxta təsadüf edir. Sinoptiklər yaxın günlərdə temperaturun daha da yüksələcəyini proqnozlaşdırırlar.

Səhiyyə rəsmiləri yayın ən isti günlərinin hələ qarşıda ola biləcəyini bildirirlər. Bu isə dövlət xidmətlərinin istilərlə bağlı xəstəliklərə operativ reaksiya vermək və risk qrupuna daxil olan şəxsləri qorumaq imkanları ilə bağlı narahatlığını artırır.

ÜST-ün Avropa üzrə regional direktoru Hans Kluge hökumətləri ekstremal istilərə yalnız meteoroloji hadisə kimi deyil, ictimai sağlamlıq və təhlükəsizlik üçün ciddi təhdid kimi yanaşmağa çağırıb.

Onun sözlərinə görə, qızmar hava dalğaları səhiyyə və sosial dəstək sistemlərinə təzyiqi artırır. Bu problem hazırlıq səviyyəsinin qənaətbəxş olmadığı bölgələrdə xüsusilə nəzərə çarpır.

Regionda istilərlə bağlı fəaliyyət planları yetərli deyil

Avropa və Mərkəzi Asiyanın 53 ölkəsini əhatə edən ÜST-ün Avropa regional ofisindən bilririlib ki, üzv dövlətlərin yarısından azında istilərin sağlamlığa təsiri ilə bağlı milli fəaliyyət planlarının mövcuddur.

Bu planlar səhiyyə və sosial xidmətlərin fəaliyyətini əlaqələndirmək, əhaliyə vaxtında xəbərdarlıq etmək və həssas qruplara dəstək göstərilməsini təmin etmək məqsədi daşıyır.

Yaşlılar, xüsusilə tək yaşayan şəxslər, xroniki xəstəlikləri olanlar, evsiz insanlar və uzunmüddətli social qayğı müəssisələrində yaşayanlar davamlı ekstremal istilər zamanı ən yüksək risklə üzləşən qruplar sırasındadır.

Kazhydromet.kz

ÜST həmçinin kondisionerlə təchiz olunmuş ictimai məkanların azlığını, səhiyyə sistemlərinin istilərlə bağlı xəstəliklərə hazırlıq səviyyəsinin məhdud olmasını və uzun müddət yüksək temperatura məruz qalmağın təhlükələri barədə ictimai məlumatlılığın aşağı olmasını əsas problemlər kimi göstərir.

Daha isti hava proqnozlaşdırılır

Xəbərdarlıq regionda temperaturun daha da yüksələcəyi ilə bağlı proqnozlarla eyni vaxta təsadüf edir.

Qazaxıstanın “Kazhidromet” milli meteorologiya xidməti iyulun ortalarında tarixlərində ölkənin bəzi bölgələrində temperaturun 45 dərəcəyədək yüksələcəyini proqnozlaşdırır.

Türküstan və Qızılorda vilayətlərində temperaturun 42 dərəcəyə çatacağı gözlənilir. Qonşu Qırğızıstanda da güclü istilər müşahidə olunur. Paytaxt Bişkekdə gündüz temperaturunun 36 dərəcəyə yüksələcəyi ehtimal edilir.

Teqlər