"AnewZ" artıq Azərbaycan dilində

"AnewZ" artıq Azərbaycan dilində
Anewz

“AnewZ” fəaliyyətini genişləndirərək Azərbaycan dilində xüsusi rəqəmsal xəbər platformalarını istifadəyə verib. Bununla da kanal beynəlxalq jurnalistikasını azərbaycandilli auditoriyaya daha yaxın, daha əlçatan və daha rahat formatda təqdim edir.

Yeni ekosistemə “AnewZ”un Azərbaycan dilində fəaliyyət göstərəcək ayrıca xəbər saytı, eləcə də “Instagram”, “Facebook”, “YouTube”, “TikTok”, “Telegram” və “X” platformalarındakı rəsmi səhifələri daxildir. Beləliklə, oxucu və izləyicilər “AnewZ”un qlobal gündəmini artıq gündəlik istifadə etdikləri rəqəmsal platformalarda öz ana dilində izləyə biləcəklər.

“AnewZ”un azərbaycandilli redaksiyası ingilisdilli xəbər mərkəzində hazırlanan xəbərləri, analitik məqalələri, eksklüziv müsahibələri, izahlı materialları, sənədli filmləri və digər multimedia məzmununu Azərbaycan auditoriyası üçün peşəkar jurnalistika standartlarına uyğun şəkildə təqdim edəcək. Məzmun sadəcə tərcümə olunmayacaq, hər bir material dil, kontekst və auditoriyanın informasiya tələbatı nəzərə alınmaqla yenidən işlənəcək, eyni zamanda “AnewZ”un redaksiya prinsipləri və beynəlxalq jurnalistika standartları tam qorunacaq.

“AnewZ” üçün yeni dil versiyasının istifadəyə verilməsi yalnız texniki yenilik deyil. Bu, qlobal hadisələri Azərbaycan dilində etibarlı, dəqiq və peşəkar şəkildə çatdırmaq üçün yaradılmış yeni informasiya məkanıdır.

Çünki məqsədimiz təkcə xəbərləri tərcümə etmək deyil, onların mənasını, kontekstini və əhəmiyyətini Azərbaycan auditoriyasına ən doğru formada çatdırmaqdır.

Teqlər