Donald Tramp İlham Əliyevin Şuşa Forumundakı çıxışı ilə bağlı paylaşım edib

Donald Tramp İlham Əliyevin Şuşa Forumundakı çıxışı ilə bağlı paylaşım edib
Ağ ev, Daniel Torok

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlərlə bağlı paylaşım edib.

Tramp “Truth Social” hesabında “Breitbart News”un müxbiri Coşua Kleynin hazırladığı məqaləni yayımlayıb. Yazıda Prezident İlham Əliyevin forum çərçivəsində nəşrin suallarını cavablandırarkən səsləndirdiyi fikirlər yer alıb.

Məqalədə dövlət başçısının Donald Trampı “sülh adamı” adlandırması, Ermənistanla Azərbaycan arasında sülh prosesinə verdiyi töhfəyə görə ona təşəkkür etməsi, eləcə də əvvəlki ABŞ administrasiyalarının uzun illər ərzində münaqişənin həllindən daha çox onun dondurulmuş vəziyyətdə qalmasına üstünlük verməsi ilə bağlı açıqlamaları əks olunub.

 

IV Şuşa Qlobal Media Forumu iyulun 13-14-də “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilib.

Forumda dünyanın 54 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxs iştirak edib. Tədbirdə 30-a yaxın beynəlxalq informasiya agentliyi və 60-dan çox aparıcı media qurumu təmsil olunub.

Teqlər