“Qarabağ” və “Zirə” avrokuboklarda növbəti mərhələyə yüksəlib

“Qarabağ” və “Zirə” avrokuboklarda növbəti mərhələyə yüksəlib
Qarabağ FK

“Qarabağ” Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyununda İslandiyanın “Vestri” klubunu 3:0 hesabı ilə məğlub edib.

İlk görüşdə də eyni hesabla qalib gələn Ağdam təmsilçisi növbəti mərhələdə Bolqarıstanın SSKA (Sofiya) komandası ilə qarşılaşacaq.

“Zirə” isə Konfrans Liqasının birinci təsnifat mərhələsində Gürcüstanın “Torpedo” klubuna 3:0 hesabı ilə qalib gəlib. İlk oyunda da üç cavabsız qolla qələbə qazanan Bakı təmsilçisi növbəti mərhələdə Estoniyanın “Payde” komandası ilə üz-üzə gələcək.

Teqlər