Məlumatlı olmaq üçün gününüzə “AnewZ Səhər Xülasəsi” ilə başlayın. İyulun 18- i üçün bilməli olduğunuz əsas xəbərləri təqdim edirik.
ABŞ ordusu ardıcıl yeddinci gecə İrana zərbələr endirib
ABŞ ordusu İrana ardıcıl yeddinci gecə zərbələr endirdiyini açıqlayıb. Hücumlar hərbi logistika infrastrukturunu və digər obyektləri hədəf alıb.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, Yaxın Şərqdə yerləşdirilən 50 mindən çox amerikalı hərbçi bölgədə gərginliyin artdığı bir vaxtda ayıq-sayıq və döyüşə hazırdır.
Kuba prezidenti ABŞ-nin son sanksiyalarını pisləyib
Kuba Prezidenti Migel Dias-Kanel ABŞ-nin ölkəsinə qarşı tətbiq etdiyi son sanksiyaları tənqid edib. O, rəsmi Vaşinqtonu qlobal radikal solçulara qarşı kampaniyada ittiham edib. Onun fikrincə, bununla makkartizmin yəni sübutsuz ittihamlar, “düşmən” elan etməyin yeni və daha təhlükəli formasını təşviq edilir.
Dias-Kanel “X” platformasındakı bildirib ki, transmilli ifrat sağçı ittifaqlar faşizmə xas siyasətləri irəli sürürlər.
Konqo DR Ebolaya yoluxanların sayı 2181-ə, ölənlərin sayı 864-ə çatıb
Son rəsmi məlumatlara görə, Konqo Demokratik Respublikasında (Konqo DR) 2181 təsdiqlənmiş Ebola halı qeydə alınıb, 864 nəfər isə xəstəlikdən həyatını itirib.
Səhiyyə orqanları son 24 saat ərzində 56 yeni yoluxma və 36 ölüm faktı aşkarlayıb.Bu göstəricilər epidemiyanın yayılmaqda davam etdiyinə dəlalət edir.
Almaniya ilə Fransa müdafiə və Çinlə ticarət məsələlərində mövqelərini yaxınlaşdırıb
ABŞ-nin təhlükəsizlik sahəsində gələcək öhdəlikləri ilə bağlı qeyri-müəyyənlik davam edir. Bu fonda Almaniya Kansleri Fridrix Merts və Fransa Prezidenti Emmanuel Makron müdafiə sahəsində əməkdaşlığı dərinləşdirməyə söz veriblər. Onlar, həmçinin Avropanın strateji məsələlərdə söz sahibliyini daha da gücləndirmək barədə razılığa gəliblər.
Tərəflər Çinin ticarət siyasəti ilə bağlı narahatlıqlarını da ifadə ediblər. Onlar sənaye sahəsində izafi istehsal gücünün, Çin şirkətlərinə dövlət dəstəyinin Avropa sənayesinə və iş yerlərinə təzyiq göstərdiyini bildiriblər.
Tramp FIFA-nı DÇ-nı yenidən ABŞ-də keçirməyə çağırıb
Donald Tramp iyulun 19-da ölkəsinin 2026-cı il Dünya Çempionatına (DÇ) ev sahibliyi etməsini yüksək qiymətləndirib. Ağ Ev rəhbəri bu barədə Nyu-Yorkdakı “Trump Tower”dakı qəbulda deyib. O, FIFA-nı turniri yenidən ABŞ-də keçirməyə çağırıb.
“Amerika Birləşmiş Ştatlarını yenidən seçməlisiniz. Bu dəfə Kanada və Meksikanı kənarda saxlayacağıq”, — Tramp bildirib.
Turnirdəki 104 oyunun 78-i, o cümlədən 1/4 final mərhələsindən sonrakı bütün qarşılaşmalar ABŞ-də keçirilib. İştirakçı sayı artırılmış mundialın həmtəşkilatçıları Kanada və Meksika da bir sıra oyunlara ev sahibliyi edib.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın