Hərbi süni intellekt: “Helsing” “Palantir”ə rəqib sistem təqdim edir
Almaniyanın müdafiə texnologiyaları şirkəti “Helsing” Avropada ABŞ texnologiyalarından asılılıqla bağlı narahatlıqların artdığı bir vaxtda hədəflərin...
İspaniyanın Araqon bölgəsində baş verən güclü meşə yanğını 15 min hektardan çox ərazini külə çevirib.
İspaniyanın Araqon bölgəsində baş verən güclü meşə yanğını 15 min hektardan çox ərazini külə çevirib. Yanğın səbəbindən sakinlər təxliyə olunub, hakimiyyət orqanları ikinci səviyyəli fövqəladə vəziyyət elan edib.
İspaniyanın şimalındakı Araqon bölgəsinin Ores bələdiyyəsində baş verən meşə yanğını 15 min 400 hektardan çox ərazini əhatə edib. Bu barədə hakimiyyət orqanları iyulun 18-də məlumat yayıb.
Yanğın Saraqosa əyalətində beş, qonşu Navarra bölgəsində isə bir yaşayış məntəqəsinin təxliyəsinə səbəb olub. Bir neçə yol hələ də bağlıdır. Bununla belə, zərər çəkmiş bütün yaşayış məntəqələrində elektrik enerjisinin verilişi bərpa edilib.
Araqon regional hökuməti ikinci səviyyəli fövqəladə vəziyyət elan edib. Buna səbəb yanğının yaşayış məntəqələri və mühüm infrastruktur obyektləri üçün təhlükə yaratmasıdır.
Hakimiyyət orqanları bildiriblər ki, iyulun 15-də Sinko-Vilyas ərazisində başlayan yanğın gecə saatlarında xeyli genişlənib və hələ də yüksək fəallıq göstərir.
İspaniyanın Hərbi Fövqəladə Hallar İdarəsi yanğının qarşısının alınması əməliyyatlarına yüzlərlə yanğınsöndürən cəlb edib.

Digər meşə yanğınları da davam edir
Araqondakı yanğın İspaniyada kəskin istilər və quraq hava şəraitində davam edən bir neçə meşə yanğınından biridir.
Ölkənin şimalındakı Qvadalaxara əyalətində baş verən digər yanğın təxminən 900 hektar ərazini əhatə edib. Hadisə səbəbindən sakinlər təxliyə olunub, bəzi ərazilərdə isə evdən çıxışa qadağa qoyulub.
Madrid yaxınlığında baş verən üçüncü meşə yanğını isə təxminən 70 hektar ərazini yandırıb. Fövqəladə xidmətlər yanğının yayılmasının daha əlverişli istiqamətdə davam etdiyini bildiriblər.
Hava şəraiti və iqlim yanğın riskini artırır
Rəsmilər və mütəxəssislər bildirirlər ki, yüksək temperatur, güclü külək, aşağı rütubət və yağışlı yazdan sonra bitki örtüyünün sıxlaşması yanğınların sürətlə yayılmasına səbəb olub.
Onların sözlərinə görə, iqlim dəyişikliyi və kənd ərazilərinin tərk edilməsi də İspaniyada meşə yanğınları riskini artıran amillər sırasındadır.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə COP31-in Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Antalyaya gəlib.
Polşanın Krakov şəhərində noyabrın 7-də altı nəfərin öldürüldüyü silahlı hücumda şübhəli bilinən 24 yaşlı şəxs xəstəxanada ölüb. Polis bu barədə noyabrın 9-da məlumat yayıb.
“Nvidia” şirkəti baş icraçı direktoru Censen Huanqın xarici kəşfiyyat əməliyyatının hədəfi olması ehtimalını araşdırır. Müstəqil araşdırmaya Huanqın şəxsi münasibətdə olduğu iş qadınının Çinə məlumat ötürdüyü barədə iddialardan sonra başlanılıb.
Türkiyənin İzmir vilayətində polad zavodunda baş verən partlayışda azı 17 nəfərin öldüyü bildirilir. Texniki xidmət zamanı kran aşıb, ardınca partlayış olub. Hadisə ilə bağlı istintaq başlanıb.
AnewZ-un Günün İcmalını təqdim edirik. “Nvidia” ilə bağlı casusluq iddialarından ABŞ–İran gərginliyinə qədər dünyada baş verən beş əsas xəbəri diqqətinizə çatdırırıq.
Çinlə Avropa arasında nəqliyyat əlaqələrinin genişlənməsi Orta Dəhliz üzrə yükdaşımaların artmasına təkan verir. Bu isə Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri üçün yeni imkanlar yaradır.
ABŞ-nin quru əməliyyatlarına başlamaq təhdidləri fonunda İran könüllü mülki şəxslərin hərbi hazırlığını gücləndirir. SEPAH bu məqsədlə Tehranda qadınlar üçün yeni təlim düşərgəsi açıb.
İsraildə yeni seçilmiş parlamentin deputatları noyabrın 10-da and içiblər. Lakin ölkədə hökumətin formalaşdırılması ilə bağlı qeyri-müəyyənlik davam edir. Prezident İsxak Hersoq Qadi Ayzenkotun hökumət qurmaqda çətinlik çəkdiyi bir vaxtda deputatları yeni seçkilərin qarşısını almağa çağırıb.
Qazaxıstanın məlumatına görə, 2022-ci ildən bəri Şimali Aral dənizində suyun həcmi 24 faiz artaraq 23,4 milyard kubmetrə çatıb. Bu göstəricilər Türkiyənin Antalya şəhərində keçirilən COP31 iqlim konfransında açıqlanıb.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ermənistan iki ildən artıqdır üzvlük haqqını ödəmədiyinə görə noyabrın 11-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) səsvermə hüququndan məhrum edilə bilər.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın