İndoneziyada vulkan püskürməsi səbəbindən uçuşlar dayandırılıb
İndoneziyada Anak Krakatau vulkanının püskürməsi hava nəqliyyatına, məktəblərin fəaliyyətinə və balıqçılıq işlərinə təsir göstərib. Sentyabrın 6-da...
Dmitri Qordon: “Azərbaycanın təcrübəsi Ukrayna üçün dəyərli nümunədir”
Ukraynalı jurnalist Dmitri Qordon Azərbaycan Prezidenti İlham Əliyevin siyasətini, Azərbaycanın inkişaf modelini və Qarabağda həyata keçirilən bərpa işlərini yüksək qiymətləndirib.
Qordon ukraynalı jurnalist Dmitri Vasilinin müsahibəsində Prezident İlham Əliyevə və Azərbaycan dövlətinə təşəkkürünü ifadə edib. O, Şuşada keçirilən media forumunda iştirakından sonra Azərbaycanda gördüklərinin onda böyük təəssürat yaratdığını bildirib.
Qordon qeyd edib ki, Prezident İlham Əliyevin Ukrayna ilə bağlı mövqeyi və açıqlamaları beynəlxalq auditoriyanın diqqətini çəkib.
Dmitri Qordon bildirib ki, ötən il Prezident İlham Əliyevdən Ukraynaya hansı məsləhəti verəcəyini soruşub. Onun sözlərinə görə, Azərbaycan lideri həmin vaxt mühüm mesaj verib:
“İşğalı heç vaxt qəbul etmək olmaz”.
Qordon qeyd edib ki, bir il ərzində Ukraynada müharibə davam edib, cəbhədə vəziyyət dəyişməyib və ölkə ağır sınaqlarla üzləşib.
Onun sözlərinə görə, bu gün əsas suallardan biri Ukraynanın mövcud vəziyyətdə hansı yolu seçməli olmasıdır.
Ukraynalı jurnalist Prezident İlham Əliyevin liderlik keyfiyyətlərini xüsusi vurğulayıb.
“Azərbaycan Prezident məsələsində şanslı ölkədir. Əvvəl Heydər Əliyev, daha sonra İlham Əliyev ölkəyə rəhbərlik edib”, – deyə Qordon bildirib.
O qeyd edib ki, İlham Əliyev yalnız cari məsələlərə deyil, uzunmüddətli strategiyaya fokuslanan liderdir.
“İlham Əliyev uzaqgörən insandır. O, sabahı deyil, daha uzaq gələcəyi düşünür. Geosiyasəti, siyasi prosesləri və Azərbaycanın dünya xəritəsindəki rolunu yaxşı anlayır”, – deyə jurnalist bildirib.
Dmitri Qordon Azərbaycanın uzun illər davam edən münaqişədən sonra ərazi bütövlüyünü bərpa etməsini Ukrayna üçün mühüm nümunə adlandırıb.
“Azərbaycan uzun illərdən sonra öz ərazilərini geri qaytardı. Bu, bizim üçün heyrətamiz nümunədir”, – deyə o bildirib.
Qordon Prezident İlham Əliyevə Ukraynaya və ukraynalılara göstərilən münasibətə, həmçinin verilən dəstəyə görə təşəkkür edib.
Şuşaya səfərindən danışan Qordon Azərbaycanda həyata keçirilən quruculuq layihələrinə diqqət çəkib.
O bildirib ki, Qarabağda qısa müddət ərzində görülən işlər böyük miqyaslıdır.
“Azərbaycanda gördüklərim məni heyrətləndirdi. Bakı şəhəri, Qarabağda həyata keçirilən layihələr, yeni yollar, hava limanları, kəndlər və digər infrastruktur layihələri böyük təcrübədir”, – deyə Qordon qeyd edib.
Jurnalist xüsusilə keçmiş məcburi köçkünlərin geri qayıtması üçün yaradılan şəraiti yüksək qiymətləndirib.
Dmitri Qordon bildirib ki, Azərbaycanın əldə etdiyi nəticələr Ukrayna üçün də öyrəniləcək mühüm təcrübədir.
“Bu, bizim üçün çox qiymətli təcrübədir. Biz Azərbaycanın bu ağır müharibə şəraitində əldə etdiyi nəticələrdən və qələbə yolundan öyrənəcəyik”, – deyə o vurğulayıb.
Qordonun sözlərinə görə, Azərbaycanın siyasi iradəsi, strateji baxışı və bərpa modeli region üçün mühüm nümunə təşkil edir.
İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf bildirib ki, ABŞ “gec olmadan” İranla müharibədə “oyun qaydalarının” dəyişdiyini qəbul etməlidir. Onun açıqlaması Vaşinqtonun Körfəzdə bir neçə İran tankerinə zərbə endirməsindən bir gün sonraya təsadüf edib.
Rusiya Prezidenti Vladimir Putin ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə Rusiya-Ukrayna müharibəsinə son qoymaq səyləri ilə bağlı Moskvada üç saatdan çox davam edən danışıqlar aparıb.
Məsələ ilə tanış iki mənbənin məlumatına görə, ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Rusiya-Ukrayna münaqişəsi ilə bağlı sülh danışıqları aparmaq üçün Moskvaya səfər ediblər. Onları Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev qarşılayıb.
İndoneziyada Anak Krakatau vulkanının püskürməsi hava nəqliyyatına, məktəblərin fəaliyyətinə və balıqçılıq işlərinə təsir göstərib. Sentyabrın 6-da Cakartanın əsas hava limanında yüzlərlə sərnişin uçuşların bərpa olunmasını gözləməli olub.
Sentyabrın 5-də Afinanın şimalındakı Tanagra aviabazasında keçirilən aviaşou zamanı “F-4 Phantom” qırıcı təyyarəsinin qəzaya uğraması nəticəsində iki yunan hərbi pilot həlak olub.
Cənubi Koreya Prezidenti Li Cae Myon dörd günlük səfər üçün Fransaya yola düşüb.
İsrail səhər saatlarında Livanın cənubuna yeni zərbələr endirib. Bildirilib ki, hücumlar “Hizbullah”ın İsrail qüvvələrinə qarşı həyata keçirdiyi iki dron hücumuna cavab olaraq həyata keçirilib.
İspaniya hakimiyyəti Seutaya gələn və hazırda küçələrdə qalan yüzlərlə miqrant üçün yeni yerləşdirmə məntəqəsi hazırlayır. Bu barədə yerli media məlumat yayıb.
Yaponiya və BMT Əfqanıstanın beş vilayətində 9,4 milyon dollarlıq ikiillik layihəyə başlayıb. Layihə əvvəllər xaşxaş becərən ailələrə yardım göstərilməsini, narkotik asılılığının qarşısının alınması və müalicəsi xidmətlərinin genişləndirilməsini nəzərdə tutur.
Mərkəzi Asiya ilə Rusiya arasında aviareyslər Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər fonunda pozulub. Bəzi təyyarələr istiqamətini dəyişib, geri qayıdıb, bəzi reyslər isə ləğv edilib.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın