İran nüvə obyektinə silahlı hücuma görə BMT Təhlükəsizlik Şurasına müraciət etdi

İran nüvə obyektinə silahlı hücuma görə BMT Təhlükəsizlik Şurasına müraciət etdi
Reuters

İran ABŞ-nin Xuzistan əyalətində tikilməkdə olan "Karun" Nüvə Elektrik Stansiyasına endirdiyi raket zərbəsini kəskin pisləyərək BMT Təhlükəsizlik Şurasını məsələyə təcili reaksiya verməyə çağırıb.

İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani ünvanladığı məktubda mülki nüvə obyektlərinə hücumlara qarşı "sıfır dözümlülük" siyasətinin tətbiq olunmasını və Vaşinqtonun bu addımının birmənalı pislənilməsini tələb edib.

Eyni zamanda, Tehran rəsmiləri Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Qrossini hücuma qarşı sükut saxlamaqda ittiham ediblər. Xatırladaq ki, İsrail və ABŞ-nin 2026-cı ilin iyun zərbələrindən sonra BAEA ilə əlaqələrini dayandıran İran agentliyin müfəttişlərinin ölkəyə girişinə də qadağa qoyub.

İran Atom Enerjisi Təşkilatı vurulan Dərxovin obyektinin Agentliyin nəzarəti altında olduğunu və tamamilə dinc məqsədlər daşıdığını vurğulayıb.

Rusiya ilə birgə inşa edilən 300 meqavatlıq bu stansiya Tehran və Moskva arasındakı geniş nüvə tərəfdaşlığının bir hissəsidir. Hazırda iki ölkə kiçik modullu reaktorlar da daxil olmaqla, ümumi dəyəri 25 milyard dollardan çox olan energetika layihələrini həyata keçirməyə davam edir.

Teqlər