Hava məkanı məhdudiyyətləri Mərkəzi Asiya ilə Rusiya arasında uçuşlara təsir edib
Mərkəzi Asiya ilə Rusiya arasında aviareyslər Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər fonunda pozulub. Bəzi təyyarələr istiqamətini...
ABŞ-nin İrana qarşı zərbələri ardıcıl 12-ci gecə davam edib. İran rəsmilərinin məlumatına görə Şələmçə sərhəd-keçid məntəqəsinə endirilən zərbə nəticəsində 2 nəfər həlak olub. Yəmən husiləri isə Qırmızı dənizdə Səudiyyə Ərəbistanına məxsus 2 neft tankerinə hücum etdiklərini açıqlayıblar.
İranın dövlət televiziyası cümə axşamı Qeşm adasının cənub sahilində partlayış səsinin eşidildiyini bildirib.
Partlayışın səbəbi, mümkün zərər və ya ölənlərin olub-olmaması barədə hələlik məlumat verilməyib.
İranın dövlət televiziyası cümə axşamı Bəndər Abbas liman şəhərinin qərb hissəsində partlayış səsinin eşidildiyini bildirib.
Partlayışın səbəbi, dəqiq yeri, eləcə də ölən və ya xəsarət alanların olub-olmaması barədə hələlik məlumat verilməyib.
ABŞ ordusu İranla davam edən qarşıdurma fonunda cümə axşamı axşam saatlarında bu ölkəyə qarşı yeni zərbə əməliyyatına başladığını açıqlayıb.
Əməliyyatın hədəfləri və miqyası barədə hələlik məlumat verilməyib.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, gəmilərə, yüklərə və digər mühüm obyektlərə dəyən zərərin ödənilməsi üçün Vaşinqtonun nəzarətində saxlanılan İran vəsaitlərindən istifadə oluna bilər.
Trampın sözlərinə görə bundan sonra bu cür zərərlərin kompensasiyası ABŞ-nin nəzarətində olan İran pulları hesabına həyata keçiriləcək.
O qeyd edib ki, dəymiş zərərin məbləği böyük ola bilər, lakin İran vəsaitlərindən bu məqsədlə istifadə edilməsini ədalətli və məqsədəuyğun addım hesab edir.
Küveyt ordusu ölkənin hava hücumundan müdafiə sistemlərinin İran tərəfindən göndərildiyi bildirilən pilotsuz uçuş aparatlarını (PUA) zərərsizləşdirmək üçün əməliyyat apardığını açıqlayıb.
Ordunun məlumatına görə müdafiə əməliyyatı davam edir və xüsusi bölmələr PUA-lara qarşı tədbirlər görür.
Küveyt hakimiyyəti dronların sayı, hədəfləri və hadisə nəticəsində hər hansı zərərin olub-olmaması barədə əlavə məlumat verməyib.
Britaniya hökuməti İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ABŞ-yə məxsus zərbə təyyarələrinin Britaniyadakı hərbi bazalardan istifadə etməsi ilə bağlı xəbərdarlığından sonra ölkənin istənilən hücuma qarşı müdafiəyə hazır olduğunu bəyan edib.
Hökumət sözçüsü bildirib ki, Britaniya Silahlı Qüvvələri ölkəni həm daxili, həm də xarici təhlükədən qorumağa tam hazırdır.
“Böyük Britaniya özünü müdafiə etmək üçün 24 saat, həftənin 7 günü hazır vəziyyətdədir”, - deyə nümayəndə qeyd edib.
O əlavə edib ki, ölkənin hava və raketdən müdafiə sistemi Kral Donanması, Britaniya Ordusu və Kral Hərbi Hava Qüvvələrinin imkanlarına əsaslanır. Britaniya bu sahədə NATO müttəfiqləri ilə də sıx əməkdaşlıq edir.
Omanın və Britaniyanın Xarici İşlər nazirləri Bədr bin Həməd Əl-Busaidi ilə Ed Milibend Manilada keçirilən ASEAN sammiti çərçivəsində görüşüblər.
Görüşdə ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarının dayandırılması, həmçinin qlobal ticarət üçün strateji əhəmiyyət daşıyan Hörmüz boğazında gəmiçiliyin bərpasına yönəlmiş səylər müzakirə olunub.
Mənbələrin məlumatına görə, OPEC+ alyansının 7 əsas üzvü avqustun 2-də keçiriləcək görüşdə sentyabr ayı üçün neft hasilatı hədəfini gündə təxminən 188 min barel artırmağı müzakirə edəcək.
Bu addım bəzi üzv ölkələrin hasilatına təsir edən ABŞ-İran müharibəsi fonunda müzakirə olunur.
ABŞ Dövlət Departamenti Yaxın Şərqdə yaşayan amerikalıları mümkün uçuş ləğvlərinə və səyahət məhdudiyyətlərinə hazır olmağa çağırıb.
Xəbərdarlıq Prezident Donald Trampın Tehranı kütləvi hücumla hədələməsindən sonra İranla bağlı gərginliyin artdığı bir vaxtda verilib.
“Axios”un məlumatına görə, ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi zərbə endirib-endirməmək barədə qərar verməyə yaxın olduğunu bildirib.
Tramp bildirib ki, əməliyyat indiyədək görülənlərdən daha böyük ola bilər.
Açıqlama Vaşinqton və Tehran arasında gərginliyin artdığı, qarşılıqlı hərbi toqquşmaların davam etdiyi və ABŞ-nin mümkün müdaxiləsi ilə bağlı müzakirələrin gücləndiyi bir vaxtda verilib.
Livanda Milli Xəbər Agentliyinin (NNA) məlumatına görə, İsrailə məxsus pilotsuz uçuş aparatının (PUA) Livanın cənubunda Mülki Müdafiə avtomobilini hədəf alması nəticəsində bir neçə tibb işçisi yaralanıb.
ABŞ Senatı Prezident Donald Trampın Konqresin razılığı olmadan İrana qarşı müharibə aparmaq səlahiyyətini məhdudlaşdırmağı nəzərdə tutan qətnamənin qarşısını alıb.
Səsvermədə 49 senator qətnamənin əleyhinə, 47 senator isə lehinə səs verib. Sənəd demokratların təşəbbüsü ilə irəli sürülmüşdü.
Səudiyyə Ərəbistanı və ABŞ arasında planlaşdırılan mülki nüvə əməkdaşlığı sazişi çərçivəsində yoxlamaların həyata keçirilməsi üçün BMT-nin nüvə agentliyinə müraciət ediləcəyi gözlənilir.
Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) plan barədə məlumatlı olduğunu, lakin hələ rəsmi müraciət almadığını bildirib.
ABŞ Prezidenti Donald Tramp “Axios”a açıqlamasında İrana qarşı hərbi əməliyyatların genişləndirilməsini ciddi şəkildə nəzərdən keçirdiyini bildirib.
Tramp deyib ki, Tehran hələ kifayət qədər zərbə almayıb. Lakin o, bu məsələ ilə bağlı yekun qərarın verilmədiyini vurğulayıb.
ABŞ Nümayəndələr Palatası Prezident Donald Trampın Konqresin icazəsi olmadan İrana qarşı hərbi əməliyyatları dayandırmasını tələb edən simvolik müharibə səlahiyyətləri qətnaməsini qəbul edib.
Respublikaçıların rəhbərlik etdiyi palatada sənəd 214 səs lehinə, 208 səs əleyhinə olmaqla təsdiqlənib. Dörd respublikaçı demokratlarla birlikdə qətnamənin lehinə səs verib.
Qərar Tramp administrasiyasının İrana qarşı zərbələri gücləndirdiyi bir vaxtda qəbul edilib. ABŞ Senatının da eyni gün oxşar qətnamə üzrə səsvermə keçirməsi gözlənilir.
Qətər husilərin Qırmızı dənizdə Səudiyyə Ərəbistanına məxsus neft tankerlərinə hücumlarını beynəlxalq hüququn ciddi pozuntusu adlandırıb.
Doha Səudiyyə Ərəbistanına dəstəyini təsdiqləyib və qlobal neft daşımaları üçün mühüm marşrut olan Bab əl-Məndəb boğazında gəmiçiliyin təhlükəsizliyinin qorunmasının vacibliyini vurğulayıb.
İran Xarici İşlər Nazirliyi ABŞ-nin İrana qarşı zərbələrində Britaniya bazalarından istifadəyə icazə verdiyi üçün Londona etiraz edib.
Nazirlik bildirib ki, bu addım beynəlxalq hüququn pozulmasıdır və belə dəstək İrana qarşı təcavüz aktında iştirak kimi qiymətləndirilə bilər. Tehran əlavə edib ki, hücumlara yardım edən istənilən ölkə bunun nəticələri ilə üzləşəcək.
İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Küveytdə yerləşən Əl-Adiri hərbi bazasını hədəf aldığını açıqlayıb. Məlumat İran dövlət mediasına istinadən yayılıb.
Neft qiymətləri 6 faizdən çox artıb və “Brent” markalı xam neftin bir barelinin qiyməti may ayından bəri ilk dəfə 100 dolları keçib.
Bu artım husilərin Qırmızı dənizdə Səudiyyə Ərəbistanı tankerlərinə hücumlarından sonra neft tədarükündə mümkün fasilələrlə bağlı narahatlıqların artması ilə əlaqələndirilir.
Səudiyyə Ərəbistanının dövlət neft şirkəti “Saudi Aramco” Misirin Sidi Kərir limanından əlavə xam neft yükləri təklif etməyə başlayıb. Bu addım Qırmızı dənizdə husilərin hücum təhdidləri fonunda neft daşımaları üçün alternativ marşrutlardan istifadə imkanlarının artdığını göstərir.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, husilərin gələcək hücumlarına görə İran məsuliyyət daşıyacaq. Onun açıqlaması İranın dəstəklədiyi qrupun Qırmızı dənizdə iki Səudiyyə Ərəbistanı neft tankerini hədəf aldığını açıqlamasından sonra səslənib.
Tramp bildirib ki, belə hücumlar davam edərsə, İran ciddi hərbi cəza ilə üzləşə bilər.
Fransa husilərin Səudiyyə Ərəbistanına məxsus neft tankerlərinə hücumlarını ciddi eskalasiya kimi qiymətləndirib. Paris İranın dəstəklədiyi qrupu qlobal enerji təchizatını poza biləcək hücumları dayandırmağa çağırıb.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai “X” sosial şəbəkəsində etdiyi paylaşımda ABŞ-ni müharibə istəyinə görə beynəlxalq humanitar hüquqa məhəl qoymamaqda ittiham edib.
Bəqai yazıb ki, “ABŞ-nin hakim dairələri müharibə və qətliama doymadıqlarına görə beynəlxalq humanitar hüququn qalan hissəsini, eləcə də insan etikası və sivilizasiyanın əsaslarını qurban vermək niyyətindədirlər”.
O, əlavə edib ki, körpülərin və elektrik stansiyalarının məhv edilməsini nəzərdə tutan siyasət qanunsuz və cinayət xarakterlidir.
İraqın Baş naziri Əli əl-Zeidi İrana səfər edib. “Tehran Times” nəşrinin paylaşdığı videoda İran Prezidenti Məsud Pezeşkianın Tehranda əl-Zeidini qarşıladığı görünür.
Kreml “Reuters” agentliyinin ABŞ kəşfiyyatının İranın Körfəzdəki Mərkəzi Kəşfiyyat İdarəsinə (CIA) məxsus obyektlərə PUA hücumlarında Rusiyanın mümkün dəstəyini araşdırdığı barədə məlumatına münasibət bildirməyib.
ABŞ kəşfiyyatına yaxın dörd mənbə "Reuters"ə bildirib ki, rəsmi şəxslər hələ Rusiyanın bu hücumlarda mümkün iştirakı ilə bağlı yekun nəticəyə gəlməyib.
Lakin mənbələr hücumların effektivliyi və dəqiqliyi, eləcə də Rusiyanın İrana verdiyi daha geniş texniki dəstəyi Moskvanın mümkün roluna dair göstəricilər kimi qeyd edib.
Oman regionda təhlükəsizlik və sabitliyə nail olmağa yönəlmiş siyasi prosesin bərpası üçün səylərini davam etdirdiyini bildirib. Ölkə bu məqsədlə Səudiyyə Ərəbistanı, Yəmən tərəfləri və BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi ilə koordinasiya apardığını açıqlayıb. Bu barədə Oman Xarici İşlər Nazirliyinin açıqlamasına deyilir.
Nazirlik, həmçinin Qırmızı dənizdə vəziyyəti daha da gərginləşdirə biləcək addımlardan çəkinməyin vacibliyini vurğulayıb. Qurum dənizdə sərbəst hərəkətə mane ola biləcək istənilən təhdiddən çəkinməyə çağırıb..
ABŞ Dövlət katibi Marko Rubio Yəməndəki husilərin gərginliyi azaldacağına ümid etdiyini bildirib. O, qrupun İran tərəfindən yanlış istiqamətləndirildiyini iddia edib.
ABŞ Dövlət katibi Marko Rubio İranın razılaşma əldə etməyə hazır görünmədiyini bildirib. O, rəsmi Tehranın bunun nəticələri ilə üzləşəcəyini deyib.
Rubio İranın mövqeyini dəyişməyənədək ona qarşı təzyiqlərin hər gecə artacağını vurğulayıb.
O, bu açıqlamanı nüvə danışıqları və regionda artan hərbi gərginlik fonunda verib.

İranın İordaniyadakı ABŞ hərbi bazalarına endirdiyi zərbələr zamanı raketdən müdafiə radar sistemi məhv edilib. Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) istinadən Press TV məlumat verib.
“ABŞ-nin İrana qarşı davamlı təcavüzünə cavab olaraq, SEPAH ABŞ bazalarına sürətli zərbələr endirib və hədəf alınan ərazidə THAAD raketdən müdafiə radarını məhv edib.”
İraqın Baş naziri Əli əl-Zeydi iyulun 23-də İrana iki günlük səfər edəcək.
Rəsmi mənbələr səfərin İran-İraq ikitərəfli münasibətlərinin möhkəmləndirilməsinə yönəldiyini bildiriblər.
Lakin təsdiqlənməmiş məlumatlara görə, İraq Baş naziri İran və ABŞ arasında vasitəçilik də edə bilər. Əli əl-Zeydi ötən həftə Vaşinqtona səfər edib.
İran ordusu və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin Küveytdəki hərbi bazalarının hücuma məruz qaldığını açıqlayıb.
SEPAH Küveytdə yerləşən Əl-Adiri hərbi düşərgəsi və Əli Əl-Salim aviabazasına zərbə endirdiyini bildirib.
İran ordusu isə Küveytdəki Ərifcan və Doha hərbi düşərgələrinə hücum etdiyini açıqlayıb.
ABŞ-nin İraqla sərhəddə yerləşən İranın Şələmçə sərhəd-keçid məntəqəsinə endirdiyi zərbə nəticəsində iki nəfərin öldüyü bildirilib. İran rəsmiləri hücumun rəsmi Vaşinqtonun İrana qarşı həyata keçirdiyi ardıcıl 12-ci gecə zərbələri çərçivəsində baş verdiyini açıqlayıb.
Digər tərəfdən, İranın Yəməndəki müttəfiqi olan husilər Qırmızı dənizdə Səudiyyə Ərəbistanına məxsus iki neft tankerinə hücum etdiklərini bəyan ediblər.
Krallığa məxsus SPA dövlət xəbər agentliyi gəmilərdən birinin hücum nəticəsində baş verən yanğın zamanı zədələndiyini təsdiqləyib. Lakin agentlik gəmini kimin hədəf aldığını açıqlamayıb.
Husilər yaydıqları açıqlamada isə “Encelia” və “Layla” adlı iki tankerə hücum etdiklərini bildiriblər. Silahlı qrup bu gəmilərin Qırmızı dənizdə Səudiyyə Ərəbistanına qarşı tətbiq etdiyi dəniz blokadasını pozduğunu iddia edib.
İran Səhiyyə Nazirliyi bildirib ki, avqustun 30-dan sentyabrın 2-dək ABŞ-nin həyata keçirdiyi hava zərbələri nəticəsində azı 18 nəfər ölüb, 142 nəfər yaralanıb.
Üç yüksəkvəzifəli iranlı mənbənin sözlərinə görə, ABŞ-nin neft blokadası və sanksiyalar vasitəsilə İran iqtisadiyyatına təzyiq göstərmək səyləri Tehran üçün getdikcə daha çətin vəziyyət yaradır. Vaşinqton gələcək danışıqlarda güzəştlər əldə etmək məqsədilə təzyiqləri artırır.
Rusiyanın TASS xəbər agentliyi anonim mənbəyə istinadən xəbər verir ki, ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşner həftəsonu əvvəlcə Rusiyaya, daha sonra Ukraynaya səfər edəcəklər. Ukrayna Prezidenti Volodimir Zelenski də ABŞ elçilərinin hər iki ölkənin paytaxtına səfər edəcəyini bildirib.
Günə AnewZ-un səhər xülasəsi ilə məlumatlı başlayın. Sentyabrın 4-ü üçün hazırladığımız icmalda gündəmin əsas xəbərləri və diqqətçəkən son hadisələr yer alır.
Günə AnewZ-un səhər xülasəsi ilə məlumatlı başlayın. Sentyabrın 3-ü üçün hazırladığımız icmalda gündəmin əsas xəbərləri və diqqətçəkən son hadisələr yer alır.
Mərkəzi Asiya ilə Rusiya arasında aviareyslər Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər fonunda pozulub. Bəzi təyyarələr istiqamətini dəyişib, geri qayıdıb, bəzi reyslər isə ləğv edilib.
Bakıda keçirilən 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının ikinci və son günü beynəlxalq əməkdaşlıq, yeni texnologiyalar və milli imkanların inkişafına həsr olunub.
İsrailin müdafiə naziri İsrael Katz bildirib ki, ABŞ razılıq verərsə, İsrail Qəzza sakinlərinin köçürülməsinə hazırdır.
İran ABŞ-nin ölkənin cənub və qərb bölgələrinə endirdiyi son hava zərbələri nəticəsində həlak olanların dəfn mərasimlərini keçirib. Rəsmi Tehran hücumları beynəlxalq hüquqa əsasən müharibə cinayəti kimi qiymətləndirərək, BMT Təhlükəsizlik Şurasından onları pisləməyi tələb edib.
ABŞ-İran münaqişəsinin gərginləşməsi fonunda Küveytə yönələn raket və dron hücumları Körfəzin şimalını yeni qarşıdurma zonasına çevirir. Küveyt qüvvələri ABŞ ordusunun istifadə etdiyi obyektlər də daxil olmaqla, ölkədəki bir sıra hədəflərə yönələn İran hücumlarının qarşısının alındığını bildirib.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın