Ermənistan sülh bəyanatları fonunda Hindistanla hərbi əməkdaşlığını genişləndirir

Ermənistan sülh bəyanatları fonunda Hindistanla hərbi əməkdaşlığını genişləndirir
İrəvanda Respublika Günü ilə bağlı keçirilən hərbi paradda pilotsuz döyüş aparatı hərbi yük maşını ilə nümayiş etdirilir. 28 may 2026.
Reuters

“Minval Politika”nın məlumatına görə, rəsmi İrəvan beynəlxalq müstəvidə sülh gündəliyini vurğulasa da, hərbi fəaliyyətini davam etdirir və təchizatını artırır. 

Sayt iddia edir ki, Bakının sülh prosesini irəlilətmək səylərinə baxmayaraq, Ermənistan İkinci Qarabağ müharibəsindən əvvəlki dövrə bənzər şəkildə hərbi potensialını gücləndirir.

Hərbi yük reyslərinin artdığı bildirilir

Materialda bildirilir ki, Ermənistan 2026-cı ilin ilk yarısında hərbi yük reyslərinin sayını kəskin şəkildə artırıb. İddiaya görə, İrəvan bir tərəfdən Azərbaycanla sülh prosesini dəstəklədiyini bəyan edir, digər tərəfdən isə silah tədarükünü sürətləndirir.

Məqalədə Ermənistan hökumətinin revanş və ya başqa məqsəd güdüb-güdmədiyinin məlum olmadığı, lakin bu fəaliyyətin ciddi suallar doğurduğu vurğulanır. Sayt bu məlumatları etibarlı mənbələrdən əldə etdiyini bildirir.

Məlumata əsasən, 2026-cı ilin aprel–iyun aylarında Hindistandan Ermənistana hərbi yük reyslərinin sayı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 10 dəfə artaraq 10-a çatıb. Bu daşımaların İranın hava məkanından keçməklə Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus İl-76TD hərbi-nəqliyyat təyyarəsi ilə həyata keçirildiyi iddia olunur.

Həmçinin qeyd edilir ki, həmin üç ay ərzində Ermənistana hərbi təyyarələrlə və ya hərbi yük daşımaq imkanına malik mülki hava gəmiləri ilə ümumilikdə 18 reys gerçəkləşdirilib ki, bunlardan da dördü Rusiyanın payına düşür.

Reyslərin ümumi mənzərəsi

2026-cı ilin yanvarından iyunun sonunadək Ermənistana hərbi təyinatlı yük daşıyan təyyarələrlə 39 reys (ən azı 37-si təsdiqlənmiş) həyata keçirilib:

15 reys: Hindistandan

13 reys: Rusiyadan

4 reys: İrandan

2 reys: Belçikadan

Hər birindən 1 reys: Almaniya, BƏƏ və Niderlanddan

Sayt əlavə edir ki, ümumi reyslərin 23-ü İranın hava məkanından keçib.

“Minval Politika” iddia edilən tədarükləri “Hindistanın hərbi tullantıları” kimi xarakterizə edib. Sayt 2025-ci ildə Hindistan–Pakistan gərginliyi zamanı Hindistan istehsalı olan müdafiə sistemlərinin zəif nəticə göstərdiyini də iddia edib.

Materialın sonunda vurğulanır ki, Ermənistan rəhbərliyi açıq şəkildə sülhdən konuşsa da, pərdəarxasında yenidən silahlanır və bu vəziyyət İkinci Qarabağ müharibəsindən əvvəlki dövrlə müqayisə olunur.

Qeyd: AnewZ “Minval Politika”nın materialında göstərilən reyslərə dair məlumatları və daşınan yüklərin xarakteri ilə bağlı iddiaları müstəqil şəkildə təsdiqləməyib.

Teqlər