“Super” El-Nino Afrikaya milyardlarla dollar zərər vura bilər

“Super” El-Nino Afrikaya milyardlarla dollar zərər vura bilər
Sudanın Omdurman şəhərinin cənubunda, 16 may 2026. Sudanlı fermerlər məhsul yığımı mövsümündə soğan toplayırlar.
Reuters

Afrika İnkişaf Bankının (AfİB) iqlim üzrə baş eksperti Entoni Nyonq bildirib ki, yaxınlaşan “super” El-Nino hadisəsi Afrika ölkələrinə 10-20 milyard dollar həcmində ziyan vura bilər.

O, həmçinin ən çox təsirlənən bölgələrdən kütləvi miqrasiyanın mümkün olduğunu deyib.

Meteoroloqlar xəbərdarlıq edirlər ki, Sakit okeandakı istiləşmə davam edərsə, El-Nino son illərin ən güclü qasırğalarından birinə çevrilə bilər. Bu hadisəsi Afrikada güclü quraqlıq, daşqın və fırtınalara səbəb ola bilər,

El-Nino ərzaq və su təhlükəsizliyini təhdid etməklə yanaşı, ölkələrin maliyyə vəziyyətinə də mənfi təsir göstərə bilər. Təbii fəlakətlər infrastruktura zərər vura və bəzi ölkələrin borclarını ödəməsini çətinləşdirə bilər.

Son illərdə quraqlıqdan əziyyət çəkən Sahel bölgəsində vəziyyətin davam edəcəyi gözlənilir. Mozambikin 2019-cu ildə “İdai” siklonundan sonra bərpası isə göstərir ki, böyük fırtınaların nəticələrinin aradan qaldırılması illər çəkə bilər.

Mozambikin Beyra şəhəri yaxınlığında, “İdai” siklonundan sonra su altında qalan əkin sahələri havadan görüntülənir, 23 mart 2019.  

Reuters

AfİB-in hesablamalarına görə, fermerlər bu il təxminən 330 milyon dollar gəlir itkisi ilə üzləşə bilər. Dəniz temperaturunun artması və fırtınalar balıqçılıq sektoruna da ciddi təsir göstərə bilər.

“Belə şoklar baş verəndə ölkələr iki addım geri gedir. Biz ölkələrimizin yenidən yoxsulluğa sürüklənməsini istəmirik”, — deyə Nyonq bildirib.

AfİB tədbirləri gücləndirir

AfİB sentyabr ayında El-Nino -nun təsirlərini qiymətləndirmək üçün xüsusi seminar keçirəcək. Bank ölkələrə dəstək məqsədilə mövcud layihələri dəyişdirməyə və əlavə beynəlxalq maliyyə imkanlarından istifadə etməyə hazır olduğunu bildirib.

BMT-nin hesabatına görə, inkişaf etməkdə olan ölkələr 2035-ci ilə qədər iqlim dəyişikliyi ilə mübarizə üçün ildə təxminən 365 milyard dollara ehtiyac duyacaq. Lakin 2023-cü ildə beynəlxalq uyğunlaşma maliyyəsi yalnız 26 milyard dollar olub.

Zimbabvenin Mudzi rayonunun Kotva bölgəsində, 2 iyul 2024. El Niño səbəbli quraqlıq fonunda qadın kənd evində ənənəvi sıyıq təqdim edir.
Reuters

Nyonqun sözlərinə görə, resurs çatışmazlığı, su və otlaq sahələri uğrunda rəqabət həssas bölgələrdə vəziyyəti daha da ağırlaşdıra bilər. Kənd təsərrüfatında itkilərin təxminən 327 milyon dollar, balıqçılıq məhsuldarlığının azalmasının isə 1-4 faiz olacağı gözlənilir.

Dəniz səthinin temperaturunun rekord həddə yüksəlməsi fonunda El Niño hadisəsinin 2026-cı ildə baş verəcəyi proqnozlaşdırılır. 

Teqlər