Yəməndən xəbərdarlıq: Husilər İranın Hörmüz strategiyasını Qırmızı dənizdə tətbiq etməyə çalışır

Yəmən bildirib ki, husilər İranın Hörmüz boğazında tətbiq etdiyi taktikanı Qırmızı dənizdə də həyata keçirməyə çalışırlar. Tramp isə İranla razılaşmanın mümkün olduğunu deyib. O qeyd edib ki, danışıqlar nəticəsiz qalacağı təqdirdə, hərbi əməliyyatlar bərpa oluna bilər.

⦿ 03:37 | YENİLƏNİB

 İran Hörmüz boğazında nəzarəti artırmaq istəyir

IRIB

İranın xarici işlər nazirinin müavini Kazem Qəribabadi bildirib ki, Tehran Omana Hörmüz boğazının idarə olunması ilə bağlı müvəqqəti plan təklif edib. Plan İranın bu strateji su yolundakı gəmiçilik marşrutları üzərində nəzarətini gücləndirməyi nəzərdə tutur.

Təklifə əsasən, gəmiçilik marşrutlarından biri tamamilə İranın ərazi sularından keçəcək. Digər marşrutun isə bir hissəsinin İranın ərazi sularına keçirilməsi planlaşdırılır.

Hazırda tərəflər Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı danışıqları davam etdirirlər.

⦿ 03:26  | YENİLƏNİB

 Netanyahu Tramp ilə görüşünü yüksək qiymətləndirib

Benyamin Netanyahu, Instagram

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla görüşünü yüksək qiymətləndirib və bunu iki lider arasında keçirilən ən uğurlu görüşlərdən biri adlandırıb.

Netanyahu görüşdən sonra yaydığı videoda bildirib ki, danışıqlarda İranın nüvə silahı əldə etməsinin qarşısının alınması da daxil olmaqla, tərəflərin ortaq məqsədləri, qarşılıqlı dəstək və əməkdaşlıq məsələləri müzakirə olunub.

 

 

⦿ 03:24  | YENİLƏNİB

İran Səudiyyə Ərəbistanına atılan raketlərlə əlaqəsinin olmadığını bildirib

Agentliklər

İran dövlət televiziyası adı açıqlanmayan hərbi mənbəyə istinadən bildirib ki, Tehranın Səudiyyə Ərəbistanındakı hədəflərə atılan raketlərlə heç bir əlaqəsi yoxdur.

Açıqlama Səudiyyə Ərəbistanının yeni hücumlar barədə məlumat verməsindən sonra yayılıb. Səudiyyə Ərəbistanı hücumların İraqda fəaliyyət göstərən, İranın dəstəklədiyi qruplar tərəfindən həyata keçirildiyini iddia edib.

 

⦿ 03:21  | YENİLƏNİB

Vaşinqtonda Netanyahunun səfərinə qarşı etiraz aksiyası keçirilib

Reuters

Yəhudi, xristian və müsəlman icmalarının nümayəndələri, eləcə də “Neturei Karta” qrupunun üzvləri Vaşinqtonda İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ-yə səfərinə etiraz ediblər.

Etirazçılar Qəzzada davam edən müharibəni pisləyib, ABŞ Prezidenti Donald Trampın İsrailə dəstəyini tənqid ediblər.

⦿ 03:15  | YENİLƏNİB

CENTCOM: İranın bütün ballistik raketləri məhv edilib

Anadolu

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Yaxın Şərqdə yerləşən ABŞ qüvvələrinə qarşı bir neçə ballistik raket buraxıb. Komandanlığın məlumatına görə, bütün raketlər məhv edilib.

CENTCOM açıqlamasında bildirib ki, hücum çərşənbə axşamı ABŞ vaxtı ilə saat 17:45-də həyata keçirilib.

Açıqlama İranın İordaniyadakı ABŞ bazalarına raket zərbələri endirdiyi barədə xəbərlərdən sonra verilib.

CENTCOM ABŞ qüvvələrinin yüksək hazırlıq vəziyyətində olduğunu bildirib.

Bu, Trampın hərbi əməliyyatları dayandırmasından sonra İranın ABŞ bazasına ilk ballistik raket hücumu olub.

 

⦿ 03:04  | YENİLƏNİB

ABŞ ordusu: İslam İnqilabı Keşikçiləri Korpusu Yaxın Şərqdəki ABŞ qüvvələrinə ballistik raketlər atıb

Reuters

ABŞ ordusu bildirib ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Yaxın Şərqdə yerləşən ABŞ qüvvələrini hədəf alaraq İran ərazisindən bir neçə ballistik raket buraxıb.

ABŞ bu hücumu bölgədə gərginliyin ciddi şəkildə artması kimi qiymətləndirib. Hücumun vurduğu zərər və mümkün itkilərlə bağlı hələlik əlavə məlumat açıqlanmayıb.

 

 

 

⦿ 02:22  | YENİLƏNİB

Açıqlama: İran ballistik raketlərlə İordaniyadakı ABŞ bazasını hədəf alıb

Source

İran çərşənbə axşamı İordaniyada yerləşən ABŞ hərbi bazasına doğru ballistik raketlər atıb. Bu barədə “Axios” xəbər saytı  ABŞ rəsmisinə istinadən məlumat yayıb.

 

 

⦿ 01:40  | YENİLƏNİB

Oman İrana Hörmüz boğazı ilə bağlı təklif təqdim edib

Reuters

Oman Hörmüz boğazında gəmilərin hərəkətinin tənzimlənməsi ilə bağlı təklifi İrana təqdim edib. Bu barədə Körfəz mənbəsi və Qərb diplomatı "Reuters"ə məlumat verib.

Təklif ABŞ-İsrail müharibəsindən sonra bölgədə pozulan ticarətin bərpasını və strateji su yolunda keçidlərin idarə olunması üçün mexanizm yaradılmasını nəzərdə tutur. Sənəddə gəmilər üçün könüllü ödəniş sistemi də yer alır.

 

 

⦿ 00:26  | YENİLƏNİB

ABŞ Hörmüz boğazından keçən gəmilər üçün ödəniş tələbini rədd edib

Reuters

ABŞ rəsmisi çərşənbə axşamı bildirib ki, Hörmüz boğazı ilə bağlı koordinasiya mexanizmi üzrə aparılan müzakirələrdə strateji su yolundan keçən gəmilər üçün hər hansı rüsum və ya ödəniş nəzərdə tutulmur.

O, "Reuters"ə bildirib ki, İranın irəli sürdüyü bəzi tələblər Vaşinqton tərəfindən əsassız hesab edilib. Bu tələblər həm ABŞ, həm də Oman tərəfindən rədd olunub.

 

 

⦿ 23:50  | YENİLƏNİB

Səudiyyə Ərəbistanı neft obyektlərini hədəf alan dronların məhv edildiyini bildirib

Reuters

Səudiyyə Ərəbistanı iyulun 28-də ölkənin Şərq vilayətində neft obyektlərini hədəf alan bir neçə dronun hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini bildirib.

Müdafiə Nazirliyinin sözçüsü Turki əl-Maliki bildirib ki, dronlar İraq ərazisindən İranın dəstəklədiyi silahlı qruplar tərəfindən buraxılıb.

O əlavə edib ki, Səudiyyə Ərəbistanı özünü və strateji infrastrukturlarını müdafiə etmək hüququnu saxlayır və uyğun vaxtda və yerdə cavab verəcək.

 

 

⦿ 22:15 | YENİLƏNİB

Husilər Qırmızı dənizdə Səudiyyə Ərəbistanına məxsus neft tankerinə raket atdıqlarını bildiriblər

Reuters

Husilər Qırmızı dənizdə Səudiyyə Ərəbistanına məxsus neft tankerinə ballistik raket atdığını açıqlayıblar. Onlar gəminin Səudiyyə Ərəbistanına qarşı tətbiq etdikləri dəniz blokadasını pozduğunu iddia ediblər.

Husilərin sözçüsü Yəhya Səri bildirib ki, tanker xəbərdarlıqlara məhəl qoymayıb və hücumdan sonra geri dönməyə məcbur olub. İddianı müstəqil şəkildə təsdiqləmək mümkün olmayıb. Səudiyyə Ərəbistanı rəsmiləri hadisə ilə bağlı açıqlama verməyib.

Hadisə Qırmızı dənizdə gərginliyin artdığı bir vaxtda baş verib. Husilər Səudiyyə Ərəbistanı ilə əlaqəli gəmiləri hədəf alacaqları barədə xəbərdarlıq veriblər.

⦿ 20:08 | YENİLƏNİB

Netanyahu Tramp ilə görüş üçün Ağ Evə gəlib

Reuters

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla görüşmək üçün Ağ Evə gəlib.

⦿ 19:08 | YENİLƏNİB

İran Xəzər dənizində gəmi hücumuna görə Ukraynaya qarşı hüquqi proses başladıb

IRNA

İran Xəzər dənizində 25 iyulda İran gəmisinə dron hücumuna görə Ukraynaya qarşı hüquqi proses başladıb. Bu barədə İranın Rusiyanın Həştərxan şəhərindəki baş konsulu məlumat verib. İranın dövlət xəbər agentliyi IRNA xəbər yayıb.

Əhməd Heydəri bildirib ki, hücumda həlak olan dənizçinin cənazəsinin İrana göndərilməsi üçün hazırlıq işləri görülüb. Onun sözlərinə görə, ekipajın digər üzvləri hüquqi proses üçün tələb olunan prosedurlar tamamlandıqdan sonra ölkəyə qayıdacaqlar.

⦿ 18:49 | YENİLƏNİB

İran: Kompensasiya alan gəmilər Hörmüzdən keçə bilməz

Reuters

İranın birgə hərbi komandanlığı bildirib ki, Körfəzdə zədələnmiş gəmilərə görə kompensasiya almaq üçün İranın dondurulmuş vəsaitlərindən istifadə edən ölkə və ya şirkətlərin gəmilərinin Hörmüz boğazından keçməsinə icazə verilməyəcək. Bu barədə İran dövlət mediası məlumat yayıb.

Hərbi sözçü İbrahim Zülfüqari ABŞ Prezidenti Donald Trampın zərər görmüş gəmilərin sahiblərinə kompensasiya ödəmək üçün ABŞ-də saxlanılan İran vəsaitlərindən istifadə təklifini rədd edib.

Tehran bu açıqlama ilə Trampın təklifinə növbəti dəfə reaksiya verib. Xəbərdarlıq qlobal neft və qaz daşımaları üçün mühüm əhəmiyyət daşıyan Hörmüz boğazında gəmiçiliklə bağlı artan gərginliyi göstərir.

⦿ 16:58 | YENİLƏNİB

Tramp İran infrastrukturuna zərbələr endirməkdən yayınmaq istədiyini bildirib

Reuters

ABŞ Prezidenti Donald Tramp İranın elektrik stansiyaları və körpülər kimi infrastruktur obyektlərinə hücumların qarşısını almaq istədiyini bildirib. Bununla yanaşı, Vaşinqtonun Tehranla qarşıdurmada güclü mövqedə olduğunu vurğulayıb.

Tramp “Fox News” telekanalına müsahibəsində “Pickaxe Mountain”ın böyük problem olmadığını deyib və ABŞ-nin hazırda İran qarşısında çox güclü mövqeyə malik olduğunu bildirib.

İnfrastruktur obyektlərinə mümkün zərbələrlə bağlı sualı cavablandıran Tramp elektrik stansiyaları və körpüləri hədəf almaq istəmədiyini qeyd edib: “Mən bunu etmək niyyətində deyiləm”.

Onun açıqlamaları ABŞ və İranın regionda davam edən gərginlik və hərbi fəallıq fonunda diplomatik təmaslarını davam etdirdiyi vaxta təsadüf edir.

⦿ 15:50 | YENİLƏNİB

Reuters: Oman tərəfindən təklif olunan Hörmüz boğazı ödəniş planı Körfəz ölkələrindən dəstək alıb

Reuters

Oman Hörmüz boğazından istifadə edən gəmilərdən İranın könüllü ödənişlər almasına imkan verən təklifə Körfəz ölkələrinin dəstəyini əldə edib. Bu barədə "Reuters"in istinad etdiyi Körfəz mənbəyi məlumat verib.

Təklif İran, ABŞ və İsrail arasında gərginliyin mərkəzində olan strateji su yolundan neft və qaz daşımalarında yaranan problemləri azaltmaq üçün mümkün həll yolu kimi müzakirə olunur.

Oman planına əsasən, İran boğaz üzərində müstəsna nəzarətə malik olmayacaq və gəmilərdən alınacaq ödənişlər könüllü xarakter daşıyacaq. Bildirilir ki, bu mexanizm gəmilərin naviqasiya və təhlükəsizlik xidmətlərini dəstəkləmək üçün könüllü töhfələr verə bildiyi Malakka boğazındakı sistemə bənzəyəcək.

İran Xarici İşlər Nazirliyinin məlumatına görə İranın xarici işlər naziri Abbas Əraqçi 27 iyulda Oman və Səudiyyə Ərəbistanından olan həmkarları ilə məsələni müzakirə edib. O, Hörmüz boğazı ilə bağlı regional əməkdaşlığın vacibliyini vurğulayıb.

⦿ 14:43 | YENİLƏNİB

Ukraynanın İran gəmisinə hücumu İrana qarşı hücumdur

Reuters

Kreml bildirib ki, iyulun 25-də Xəzər dənizində İran gəmisinə Ukrayna tərəfindən həyata keçirilən hücum İrana qarşı hücum hesab olunur.

Rəsmi Moskva hesab edir ki, Ukraynaya qarşı apardığı “xüsusi hərbi əməliyyat”ın uğurla başa çatması Rusiya üçün əsas məqsəddir.

⦿ 13:50 | YENİLƏNİB

İran mediası: Gəmilər xəbərdarlıqlardan sonra Hörmüz boğazını keçmək cəhdindən imtina edib

Fars News Ageny

İranın "Fars" xəbər agentliyinin ölkənin İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) istinadən verdiyi məlumata görə, son 24 saat ərzində ümumilikdə 6 ticarət gəmisi Hörmüz boğazını keçmək cəhdini yarımçıq saxlayıb. "Fars" agentliyinin xəbərində SEPAH-a əsasən bildirilir ki, gəmilər xəbərdarlıq mesajları aldıqdan sonra marşrutlarını dəyişiblər.

⦿ 12:09 | YENİLƏNİB

İran müharibə səbəbindən qaz hasilatı gücünün 230 milyon kubmetrini itirib

Reuters

İran ABŞ və İsrail ilə müharibə nəticəsində təxminən 230 milyon kubmetr qaz hasilatı gücünü itirib.

Bu barədə İran hökumətinin mətbuat katibi Fatimə Mohacerani televiziya vasitəsilə keçirilən mətbuat konfransında məlumat verib.

⦿ 11:30 | YENİLƏNİB

Oman Hörmüz boğazının birgə idarə olunması üçün İrana təklif təqdim edib

Reuters

Oman İrana Hörmüz boğazının idarə olunması üzrə könüllü rüsumlara əsaslanan birgə regional mexanizmin yaratmasını təklif edib.

Fars körfəzi ölkələrindəki mənbənin "Reuters" agentliyinə verdiyi məlumata görə, Omanın bu təşəbbüsü region dövlətləri tərəfindən dəstəklənir.

⦿ 10:26 | YENİLƏNİB

ABŞ və İran arasında atəşkəs neft qiymətlərini aşağı salıb

Reuters

ABŞ və İranın hərbi əməliyyatları dayandırmasından sonra təchizatla bağlı narahatlıqların səngiməsi nəticəsində neft qiymətlərində eniş davam edib.

"Reuters"in məlumatına görə, erkən ticarət əməliyyatlarında "Brent" markalı xam neftin bir barreli 1,66% ucuzlaşaraq 86,89 dollara, ABŞ-nin "West Texas Intermediate" (WTI) markalı nefti isə 1,76% dəyər itirərək 81,16 dollara düşüb.

⦿ 10:11 | YENİLƏNİB

İran Səudiyyə Ərəbistanı və Omanla Hörmüz boğazının təhlükəsizliyini müzakirə edib 

Reuters

İranın xarici işlər naziri Abbas Əraqçi səudiyyəli və omanlı həmkarları ilə ayrı-ayrılıqda telefon danışıqları aparıb. İran Xarici İşlər Nazirliyinin bəyanatına əsasən, müzakirələr zamanı Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsi məsələləri nəzərdən keçirilib.

⦿ 09:36 | YENİLƏNİB

Bab əl-Məndəbdə dəniz trafiki Hörmüz boğazından 3 dəfə çox olub

X / @MarineTraffic

"MarineTraffic" dəniz izləmə platformasının məlumatına görə, iyulun 24-dən 26-dək Bab əl-Məndəb boğazından 100 gəminin keçidi təsdiqlənib. Eyni dövr ərzində Hörmüz boğazından isə cəmi 29 gəmi keçib.

Nəticədə, Bab əl-Məndəb boğazındakı dəniz nəqliyyatı kərəkəti Hörmüz boğazı ilə müqayisədə üç dəfədən də çox olub.

 

⦿ 09:25 | YENİLƏNİB

Putin İranın "ağcaqanad donanması"nı yüksək qiymətləndirib

Sputnik

Rusiya Prezidenti Vladimir Putin İranın "ağcaqanad donanması"nı yüksək qiymətləndirib. Rusiyanın dövlət xəbər agentliyi "Sputnik"in məlumatına görə, Rusiya lideri İranın kiçik, lakin ağır silahlanmış hərbi dəniz gəmilərinin Yaxın Şərq münaqişəsində kifayət qədər səmərəli olduğunu sübut etdiyini bildirib və yeni hərbi texnologiyaların artan əhəmiyyətini vurğulayıb.

 

⦿ 09:17 | YENİLƏNİB

Türkmənistan və İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasını keçirib

Türkmənistan XİN

Aşqabadda Türkmənistan və İran arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib. Tədbirə Türkmənistanın xarici işlər naziri Rəşid Meredov və İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq Malvacerd həmsədrlik ediblər.

İclas zamanı tərəflər Türkmənistan-İran əməkdaşlığının mövcud vəziyyətini və inkişaf perspektivlərini — həm ikitərəfli formatda, həm də nüfuzlu beynəlxalq təşkilatlar, ilk növbədə BMT çərçivəsində müzakirə ediblər.

Danışıqlarda ticarət-iqtisadi məsələlər nəzərdən keçirilib, eləcə də iki ölkə arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın rolunun gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Rəşid Meredov Moskvada danışıqlardan sonra mətbuat konfransında çıxış edir. 28 avqust 2025-ci il..
Reuters
⦿ 09:11 | YENİLƏNİB

Türkmənistan Xəzər dənizində İran gəmisinə hücumu pisləyib

Türkmənistan XİN

Türkmənistan Xarici İşlər Nazirliyi Xəzər dənizində İranın yük gəmisinə Ukrayna tərəfindən edildiyi bildirilən hücumu qəbuledilməz adlandıraraq pisləyib. Nazirlik dünyanın bu ən böyük daxili su hövzəsinin sülh, həmrəylik və mehriban qonşuluq dənizi olaraq qalmasının vacibliyini bəyan edib.

Türkmənistan XİN-in bəyanatında deyilir:

“2026-cı il iyulun 25-də beynəlxalq kütləvi informasiya vasitələrində Xəzər dənizi sularında dəniz gəmisinə hücum olunması ilə bağlı məlumatlar dərc edilib. Bununla əlaqədar Türkmənistan Xarici İşlər Nazirliyi bu cür əməllərin yolverilməz olduğunu bəyan edir. BMT tərəfindən tanınmış daimi neytrallıq statusuna malik və Xəzəryanı dövlət kimi Türkmənistan vurğulayır ki, Xəzər dənizi sülh, həmrəylik və mehriban qonşuluq dənizidir”.

⦿ 08:59 | YENİLƏNİB

İran Xəzərdəki gərginliyə görə Ukrayna və onun "ağalarını" hədələyib

IRNA

İran Parlamenti sədrinin müavini Həmid-Rza Hacıbabayi Ukraynaya xəbərdarlıq edərək bildirib ki, regionda və ya Xəzər dənizində törədiləcək hər hansı yeni təxribat İranın peşmanlıq doğuracaq cavabı ilə nəticələnəcək. O, Kiyevin "ağaları"nı Ukraynadan bir podratçı kimi istifadə etməkdə ittiham edib.

Parlamentin iclasına sədrlik edən Hacıbabayi əlavə edib:

“Amerikaya istədiyi zaman müharibə aparmağa, istədiyi zaman isə atəşkəs elan etməyə imkan verilməməlidir. İran Amerikanın iradəsinə qarşı qətiyyətlə dayanmalı və onun regionda fəal oyunçuya çevrilməsinə şərait yaratmamalıdır. Hörmüz boğazı İran xalqı üçün böyük güc mənbəyi olub və bu gün də qüdrətimizin zirvəsidir. Böyük İran xalqının bu qüdrət və ləyaqət zirvəsi müdafiə olunmalı və qorunmalıdır”.

⦿ 08:52 | YENİLƏNİB

İran Ukraynaya xəbərdarlıq edib

WANA

İranın Polşadakı səfirliyi Ukraynaya xəbərdarlıq edərək, Tehranın BMT Nizamnaməsinə əsasən adekvat cavab vermək hüququnu özündə saxladığını bəyan edib.

Diplomatik missiya Ukrayna Prezidenti Volodimir Zelenskini Avropa və NATO-nu İranla münaqişəyə cəlb etməyə çalışmaqda ittiham edib və “İranın təmkinliliyi sonsuz deyil” xəbərdarlığını diqqətə çatdırıb.

⦿ 08:39 | YENİLƏNİB

İran Xəzərdəki gəmisinə hücuma görə Rusiyadan cavab gözləyir

IRNA

İranın Rusiyadakı səfiri Kazem Cəlali Xəzər dənizində İranın ticarət gəmisinə Ukrayna tərəfindən edildiyini bildirdiyi dron (PUA) hücumunu pisləyib və gəmidə heç bir hərbi yükün olmadığını xüsusi vurğulayıb.

Səfir hadisənin Rusiyanın ərazi sularında baş verdiyini qeyd edərək, İranın bu "cinayətkar" hücuma Rusiyadan müvafiq cavab gözlədiyini bildirib. O həmçinin, Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun tezliklə Tehrana gözlənilən səfərini də təsdiqləyib.

Kazem Jalali pay tribute to Iran's President Ebrahim Raisi, Foreign Minister Hossein Amirabdollahian and other victims of a helicopter crash, in Moscow, Russia, 20 May 2024.
Reuters
⦿ 08:31 | YENİLƏNİB

İrandan ABŞ-yə xəbərdarlıq: "Dəniz blokadası münaqişəni daha da gərginləşdirəcək"

Defa Press

İranın Xatəm əl-Ənbiya Mərkəzi Qərargahı ABŞ-nin dəniz blokadası tətbiq etmək cəhdinin münaqişənin miqyasını böyüdəcəyi barədə xəbərdarlıq edərək, İran Silahlı Qüvvələrinin hər cür düşmən addımına cavab verəcəyini bəyan edib.

Qərargahın yaydığı bəyanatda deyilir:

“Regionda gərginliyin və təhlükəsizliyin pozulmasının davamı olaraq, eləcə də İrana qarşı qeyri-qanuni dəniz blokadası tətbiq edildikdən sonra, ABŞ son üç gün ərzində ölkəmizin sahil və ərazi sularındakı ticarət gəmiləri və tankerlərimizi hədələyib. Xəbərdarlıq edirik ki, ABŞ-nin bu addımı regionda müharibənin daha da alovlanması kimi qiymətləndirilir. İran İslam Respublikasının Silahlı Qüvvələri isə meydanda sübut etdiyi kimi, həmin ölkənin terrorçu ordusunun heç bir təhdid və şər əməlini cavabsız qoymayacaq və ona lazımi müqaviməti göstərəcək”.

⦿ 08:18 | YENİLƏNİB

İran yanvar etirazları ilə bağlı iki nəfəri edam edib

Reuters

İran yanvar ayında keçirilən hökumət əleyhinə etirazlarla bağlı ittihamlarla məhkum olunan iki nəfəri edam edib. Bu barədə “Mizan” agentliyi məlumat yayıb.

 

⦿ 07:30  | YENİLƏNİB

 Netanyahu Trampla görüş üçün Vaşinqtona gedib

Reuters

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla görüşmək üçün Vaşinqtona gedib. Görüşdə əsas mövzunun İran olacağı gözlənilir. Bu, ABŞ ilə İran arasında qarşıdurma başlayandan sonra Tramp və Netanyahunun ilk üzbəüz görüşüdür.

 

 

⦿ 06:47  | YENİLƏNİB

Avstraliya yeni neft emalı zavodu tikə bilər

Reuters

Avstraliya 60 ildən çox fasilədən sonra yeni neft emalı zavodu tikmək imkanını araşdıracaq. Qərar Yaxın Şərqdəki müharibənin ölkənin xaricdən yanacaq asılılığını və enerji təhlükəsizliyi ilə bağlı riskləri artırması fonunda verilib.

 

⦿ 06:35  | YENİLƏNİB

 Hər üç amerikalıdan biri İranla müharibəni dəstəkləyir

Reuters

“Reuters/Ipsos”un yeni sorğusuna görə, amerikalıların yalnız üçdə biri İranla müharibəni dəstəkləyir. Əksəriyyət hesab edir ki, Prezident Donald Tramp müharibənin məqsədini aydın izah etməyib. Buna baxmayaraq, Trampın prezident kimi fəaliyyətini bəyənənlərin sayı bir qədər artıb.

 

⦿ 06:20  | YENİLƏNİB

 ABŞ–İran danışıqlarında irəliləyiş var

Reuters

ABŞ Prezidenti Donald Tramp İranla danışıqların yaxşı getdiyini və razılaşmanın mümkün olduğunu bildirib. Bununla yanaşı, danışıqlar nəticəsiz qalarsa, Vaşinqtonun hava zərbələrini bərpa edəcəyi barədə xəbərdarlıq edib.

“Yaxşı danışıqlar aparırıq”, – Tramp deyib.

“Düşünürəm ki, razılaşmanın əldə olunması üçün yaxşı imkan var. Əgər bu baş verməsə, iki gün əvvəl etdiklərimizi yenidən davam etdirəcəyik”.

Teqlər