Hava məkanı məhdudiyyətləri Mərkəzi Asiya ilə Rusiya arasında uçuşlara təsir edib
Mərkəzi Asiya ilə Rusiya arasında aviareyslər Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər fonunda pozulub. Bəzi təyyarələr istiqamətini...
“Apple Pay” Qırğızıstan və Tacikistanda istifadəyə verilib. Bununla da Mərkəzi Asiyada rəqəmsal və nağdsız ödəniş imkanları genişlənib.
Qırğızıstanda xidmətin istifadəyə verildiyini Milli Bank açıqlayıb. Tacikistanda isə “Apple Pay” xidməti “Alif Bank” və “Humo Bank” müştəriləri üçün əlçatandır.
“Apple Pay” vasitəsilə “iPhone”, “Apple Watch”, “iPad” və “Mac” cihazları ilə təmassız ödəniş etmək mümkündür. İstifadəçilər mobil tətbiqlərdə və internet mağazalarında da fiziki kart olmadan ödəniş edə bilərlər.
“Apple Pay” həm ölkədaxili, həm də beynəlxalq əməliyyatları dəstəkləyir. Kart məlumatları rəqəmsal kodla əvəz olunur, əməliyyatlar isə “Face ID” və ya “Touch ID” vasitəsilə təsdiqlənir.
Qırğızıstan Milli Bankı bildirib ki, xidmətin tətbiqi ölkənin ödəniş sisteminin müasirləşdirilməsinə və beynəlxalq maliyyə texnologiyalarının yerli bazara daxil olmasına kömək edəcək.
“Apple Pay”in nağdsız ödənişlərin, elektron ticarətin və rəqəmsal xidmətlərin inkişafına təkan verəcəyi gözlənilir. Xidmət xarici ziyarətçilər üçün də ödəniş prosesini asanlaşdıracaq.
Tacikistanın İnnovasiya və Rəqəmsal Texnologiyalar Agentliyi “Apple” şirkətinin nümayəndəsi ilə rəqəmsal əməkdaşlığın genişləndirilməsini müzakirə edib.
Danışıqlarda süni intellekt, innovasiya, mütəxəssis hazırlığı, bilik mübadiləsi və birgə rəqəmsallaşma layihələri nəzərdən keçirilib.
“Apple Pay” və “Google Pay” hələ Özbəkistanda istifadəyə verilməyib. Ölkənin Mərkəzi Bankı hər iki xidmətin tətbiqi üçün texniki işlərin davam etdiyini bildirib.
Qanunvericiliyə edilən dəyişikliklər beynəlxalq ödəniş platformalarının bazara daxil olması üçün hüquqi imkan yaradıb. Lakin xidmətlərin işə salınması üçün əlavə qaydalar qəbul edilməlidir.
Xidmətlərin istifadəyə veriləcəyi tarix hələ açıqlanmayıb. Bununla belə, Özbəkistanda təmassız mobil ödənişlərə imkan verən “NFC” infrastrukturu artıq mövcuddur.
İran Səhiyyə Nazirliyi bildirib ki, avqustun 30-dan sentyabrın 2-dək ABŞ-nin həyata keçirdiyi hava zərbələri nəticəsində azı 18 nəfər ölüb, 142 nəfər yaralanıb.
Üç yüksəkvəzifəli iranlı mənbənin sözlərinə görə, ABŞ-nin neft blokadası və sanksiyalar vasitəsilə İran iqtisadiyyatına təzyiq göstərmək səyləri Tehran üçün getdikcə daha çətin vəziyyət yaradır. Vaşinqton gələcək danışıqlarda güzəştlər əldə etmək məqsədilə təzyiqləri artırır.
Rusiyanın TASS xəbər agentliyi anonim mənbəyə istinadən xəbər verir ki, ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşner həftəsonu əvvəlcə Rusiyaya, daha sonra Ukraynaya səfər edəcəklər. Ukrayna Prezidenti Volodimir Zelenski də ABŞ elçilərinin hər iki ölkənin paytaxtına səfər edəcəyini bildirib.
Günə AnewZ-un səhər xülasəsi ilə məlumatlı başlayın. Sentyabrın 4-ü üçün hazırladığımız icmalda gündəmin əsas xəbərləri və diqqətçəkən son hadisələr yer alır.
Günə AnewZ-un səhər xülasəsi ilə məlumatlı başlayın. Sentyabrın 3-ü üçün hazırladığımız icmalda gündəmin əsas xəbərləri və diqqətçəkən son hadisələr yer alır.
Mərkəzi Asiya ilə Rusiya arasında aviareyslər Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər fonunda pozulub. Bəzi təyyarələr istiqamətini dəyişib, geri qayıdıb, bəzi reyslər isə ləğv edilib.
Bakıda keçirilən 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının ikinci və son günü beynəlxalq əməkdaşlıq, yeni texnologiyalar və milli imkanların inkişafına həsr olunub.
İsrailin müdafiə naziri İsrael Katz bildirib ki, ABŞ razılıq verərsə, İsrail Qəzza sakinlərinin köçürülməsinə hazırdır.
İran ABŞ-nin ölkənin cənub və qərb bölgələrinə endirdiyi son hava zərbələri nəticəsində həlak olanların dəfn mərasimlərini keçirib. Rəsmi Tehran hücumları beynəlxalq hüquqa əsasən müharibə cinayəti kimi qiymətləndirərək, BMT Təhlükəsizlik Şurasından onları pisləməyi tələb edib.
ABŞ-İran münaqişəsinin gərginləşməsi fonunda Küveytə yönələn raket və dron hücumları Körfəzin şimalını yeni qarşıdurma zonasına çevirir. Küveyt qüvvələri ABŞ ordusunun istifadə etdiyi obyektlər də daxil olmaqla, ölkədəki bir sıra hədəflərə yönələn İran hücumlarının qarşısının alındığını bildirib.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın