canlı Rusiyanın Ukraynaya zərbələri və qatara PUA hücumu etiraz doğurub
Rusiyanın həftəsonu Ukraynaya endirdiyi zərbələr beynəlxalq reaksiyalara səbəb olub. Hücumlar zamanı Ukrayna–Polşa sərhədi yaxınlığında sərnişin...
Səudiyyə Ərəbistanı, Qətər, İordaniya və Küveyt iyulun 31-də Qəzza üzrə sülh planının növbəti mərhələsinə dair razılaşmanı alqışlayıb.
Ölkələr İsraili razılaşmaya tam əməl etməyə, qüvvələrini Qəzzadan çıxarmağa və humanitar yardımların çatdırılmasına imkan yaratmağa çağırıblar.
Açıqlamalar ABŞ Prezidenti Donald Tramp və “Sülh Şurası”nın atəşkəs planının növbəti mərhələsi üzrə razılaşma əldə olunduğunu bildirmələrindən sonra verilib.
Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi Qəzzanın tərk-silahına dair razılaşmanı alqışlayıb. Nazirlik razılaşmanın əldə olunmasında Misir, Qətər, Türkiyə, ABŞ, “Sülh Şurası” və digər tərəflərin səylərini yüksək qiymətləndirib.
Rəsmi Ər-Riyad BMT Təhlükəsizlik Şurasının 2803 saylı qətnaməsi ilə təsdiqlənən sülh planının bütün mərhələlərinin müəyyən olunmuş vaxtda tam şəkildə həyata keçirilməsinə çağırıb.
Nazirlik İsrail qüvvələrinin Qəzzadan çıxarılmasını, Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin yerləşdirilməsini, humanitar yardımların fasiləsiz çatdırılmasını və bərpa işlərinə dəstək verilməsini istəyib.
Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl Tani HƏMAS-ın Siyasi Bürosunun rəhbəri Xəlil əl-Həyyə ilə danışıqlar aparıb.
Qətər HƏMAS-ın razılaşmanın növbəti mərhələsi üzrə yol xəritəsini qəbul etməsini alqışlayıb. Rəsmi Doha bunun Qəzzada fələstinlilərin əzablarına son qoymağa kömək edəcəyinə ümid etdiyini bildirib.
İordaniyanın Xarici İşlər Nazirliyi Qəzzanın tərk-silahını və İsrail qüvvələrinin ərazidən çıxarılmasını nəzərdə tutan razılaşmanı dəstəkləyib.
Küveyt də razılaşmanı və vasitəçilik səylərini alqışlayıb. Ölkə İsrail qüvvələrinin Qəzzadan çıxarılması və humanitar yardımların çatdırılması da daxil olmaqla, planın tam icrasına çağırıb.
“Sülh Şurası” iyulun 31-də Qəzza üzrə sülh planının icrasının tamamlanması üçün yol xəritəsini yayımlayıb.
Sənəddə razılaşmanın növbəti mərhələləri üçün təhlükəsizlik, idarəetmə və keçid dövrü ilə bağlı tədbirlər yer alıb.
HƏMAS-ın sözçüsü Hazem Qasım qrupun atəşkəs razılaşmasının qalan mərhələləri üzrə vasitəçilərin təklifini qəbul etdiyini bildirib.
İsrail hökuməti yol xəritəsi ilə bağlı rəsmi açıqlama verməyib. İfrat sağçı baxışları ilə tanınan milli təhlükəsizlik naziri İtamar Ben-Qvir isə saziş layihəsini İsrail üçün qəbuledilməz adlandırıb.
“Ukrayna Dəmir Yolları” bildirib ki, sentyabrın 13-də Kiyev–Varşava qatarı Polşa sərhədi yaxınlığında vurulub. Xəsarət alan olmayıb. Dəmir yolu şəbəkəsinə hücumlar ikinci gündür davam edir.
Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları İdarəsinin məlumatına görə, sentyabrın 13-də Hörmüz boğazında gəmiyə hücum edilib. Hadisə Səudiyyə Ərəbistanının bir gün əvvəl mühüm neft kəmərini dayandırmasından sonra enerji təchizatı ilə bağlı narahatlıqları artırıb.
ABŞ Prezidenti Donald Tramp Şimali İrlandiyanın İrlandiya ilə birləşməsini görmək istədiyini bildirib. Onun Dublində səsləndirdiyi fikirlər Şimali İrlandiyadakı unionistlərin sərt reaksiyasına səbəb olub.
Səudiyyə Ərəbistanı dini turizmlə yanaşı, istirahət məqsədilə ölkəyə gələn xarici turistlər üçün də imkanlarını genişləndirir. Ər-Riyad, Əl-Ula və Dəriyyə tarixi məkanları və yeni turizm layihələri ilə getdikcə daha çox ziyarətçi cəlb edir.
Rusiya Müdafiə Nazirliyi qüvvələrinin gecə saatlarında Ukraynanın Qara dəniz sahilində yerləşən Çornomorsk limanında iki yük gəmisini vurduğunu bildirib. Bu barədə “İnterfaks” agentliyi məlumat yayıb.
Səudiyyə Ərəbistanından xaricə səfərlər bazarının hazırkı həcmi təxminən 35 milyard dollardır və 2030–2034-cü illərdə 60 milyard dolları ötə bilər. Artıma əsasən səyahətə daha çox pul xərcləyən gənclər və beynəlxalq turizm istiqamətləri arasında güclənən rəqabət təkan verir.
Özbəkistanın ilk daimi müasir incəsənət mərkəzi Daşkənddə, 1912-ci ildə tikilmiş tarixi binada açılıb. Vaxtilə tramvay deposu və dizel elektrik stansiyası kimi istifadə olunan bina müasir incəsənət və mədəniyyət məkanına çevrilib.
Özbəkistan tarixi şəhərləri və mədəni irs obyektlərini tikinti layihələrinin mümkün təsirindən qorumaq üçün yeni qiymətləndirmə sistemi tətbiq edəcək. Turist axını da rəqəmsal vasitələrlə idarə olunacaq, zəruri hallarda ziyarətçi sayı məhdudlaşdırılacaq.
Pakistanın Baş naziri Şahbaz Şərif ölkəsinin Geyts Fondu ilə əməkdaşlığı genişləndirmək niyyətində olduğunu bildirib. Tərəflər poliomielitlə mübarizə, səhiyyə, maliyyə xidmətlərinə çıxış və rəqəmsal inkişaf məsələlərini müzakirə ediblər.
Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) sentyabrın 11-də bildirib ki, Yəməndə döyüşlərin ötən həftə şiddətlənməsindən sonra 46 mindən çox insan evini tərk etmək məcburiyyətində qalıb. Qurumun məlumatına görə, bu say hər saat artır.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın