Hərbi süni intellekt: “Helsing” “Palantir”ə rəqib sistem təqdim edir
Almaniyanın müdafiə texnologiyaları şirkəti “Helsing” Avropada ABŞ texnologiyalarından asılılıqla bağlı narahatlıqların artdığı bir vaxtda hədəflərin...
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi avqustun 3-də bildirib ki, rəsmi Tehran Hörmüz boğazının gəmiçilik üçün yenidən açılması ilə bağlı ABŞ ilə danışıqlar aparmır.
Onun sözlərinə görə, Omanla aparılan müzakirələr yalnız boğazdan təhlükəsiz keçidin təmin olunmasına yönəlib.
Bəqayi Hörmüz boğazındakı vəziyyətin İranla Oman arasındakı fikir ayrılığından qaynaqlanmadığını deyib.
“Hörmüz boğazı mart ayından etibarən ABŞ və İsrailin hərbi təcavüzü səbəbindən problemlə üzləşib”, – Bəqayi əlavə edib.
Nazirlik sözçüsü İran-ABŞ münasibətlərinin və rəsmi Vaşinqtonun atəşkəs memorandumundan irəli gələn öhdəliklərinin növbəti mərhələlərdə mövcud şəraitə uyğun olaraq nəzərdən keçiriləcəyini bildirib.
“ABŞ-nin düşmənçilik siyasəti, İrana qarşı dəniz blokadası, eləcə də ölkəmizə və maraqlarımıza qarşı hərbi təcavüzü davam etdiyi müddətdə Hörmüz boğazındakı vəziyyətdə ciddi dəyişiklik olmayacaq”, – Bəqayi vurğulayıb.
O, avqustun 2-də İran ilə Oman arasında yeni gəmiçilik marşrutu ilə bağlı əldə olunan anlaşmanın dəniz nəqliyyatının bərpası üçün zəruri, lakin yetərli olmadığını bildirmişdi.
Bəqayi bildirib ki, rəsmi Tehran gərginliyin azaldılması istiqamətində Çin də daxil olmaqla, regional və digər ölkələrin səylərini alqışlayır. Bununla belə, Pakistan İranla ABŞ arasında əsas vasitəçi olaraq qalır.

“İranla ABŞ arasında aparılan müzakirələrdə vasitəçi Pakistandır. Zəruri hallarda Qətər də prosesə kömək edir. Çinlə dost münasibətlərimiz mövcuddur və qarşılıqlı maraq doğuran bütün sahələrdə sıx əməkdaşlıq edirik”, – o deyib.
Bəqayinin sözlərinə görə, Çin ABŞ-nin birtərəfli siyasətinin güclənməsindən, regionda münaqişənin genişlənməsindən və təhlükəsizliyin pisləşməsindən narahatdır. Buna görə də rəsmi Pekin vəziyyətin daha da gərginləşməsinin qarşısını almağa çalışır.
Bəqayi Ukraynanın Xəzər dənizinin Rusiya sularında İranın ticarət gəmisinə endirdiyi və insan ölümünə səbəb olan dron hücumuna dair sualı cavablandırıb. O bildirib ki, Ukrayna rəsmiləri hücumun qəsdən törədilmədiyini iddia edirlər.
Bununla belə, Bəqayinin sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenskinin açıqlamaları da daxil olmaqla, mövcud dəlillər hücumun qəsdən həyata keçirildiyini göstərir.
“Ukrayna rəsmilərinin izahatlarını dinləmişik. İndi onların bu əməlin qəsdən törədilmədiyinə dair iddialarını təsdiqləyən əməli addım atıb-atmayacaqlarını gözləyirik”, – o deyib.
Bəqayi bildirib ki, İran Ukraynanı məsuliyyətə cəlb etmək və belə hadisələrin təkrarlanmasının qarşısını almaq üçün zəruri tədbirlər görəcək.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə COP31-in Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Antalyaya gəlib.
Polşanın Krakov şəhərində noyabrın 7-də altı nəfərin öldürüldüyü silahlı hücumda şübhəli bilinən 24 yaşlı şəxs xəstəxanada ölüb. Polis bu barədə noyabrın 9-da məlumat yayıb.
“Nvidia” şirkəti baş icraçı direktoru Censen Huanqın xarici kəşfiyyat əməliyyatının hədəfi olması ehtimalını araşdırır. Müstəqil araşdırmaya Huanqın şəxsi münasibətdə olduğu iş qadınının Çinə məlumat ötürdüyü barədə iddialardan sonra başlanılıb.
Türkiyənin İzmir vilayətində polad zavodunda baş verən partlayışda azı 17 nəfərin öldüyü bildirilir. Texniki xidmət zamanı kran aşıb, ardınca partlayış olub. Hadisə ilə bağlı istintaq başlanıb.
AnewZ-un Günün İcmalını təqdim edirik. “Nvidia” ilə bağlı casusluq iddialarından ABŞ–İran gərginliyinə qədər dünyada baş verən beş əsas xəbəri diqqətinizə çatdırırıq.
Çinlə Avropa arasında nəqliyyat əlaqələrinin genişlənməsi Orta Dəhliz üzrə yükdaşımaların artmasına təkan verir. Bu isə Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri üçün yeni imkanlar yaradır.
ABŞ-nin quru əməliyyatlarına başlamaq təhdidləri fonunda İran könüllü mülki şəxslərin hərbi hazırlığını gücləndirir. SEPAH bu məqsədlə Tehranda qadınlar üçün yeni təlim düşərgəsi açıb.
İsraildə yeni seçilmiş parlamentin deputatları noyabrın 10-da and içiblər. Lakin ölkədə hökumətin formalaşdırılması ilə bağlı qeyri-müəyyənlik davam edir. Prezident İsxak Hersoq Qadi Ayzenkotun hökumət qurmaqda çətinlik çəkdiyi bir vaxtda deputatları yeni seçkilərin qarşısını almağa çağırıb.
Qazaxıstanın məlumatına görə, 2022-ci ildən bəri Şimali Aral dənizində suyun həcmi 24 faiz artaraq 23,4 milyard kubmetrə çatıb. Bu göstəricilər Türkiyənin Antalya şəhərində keçirilən COP31 iqlim konfransında açıqlanıb.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ermənistan iki ildən artıqdır üzvlük haqqını ödəmədiyinə görə noyabrın 11-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) səsvermə hüququndan məhrum edilə bilər.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın