Hərbi süni intellekt: “Helsing” “Palantir”ə rəqib sistem təqdim edir
Almaniyanın müdafiə texnologiyaları şirkəti “Helsing” Avropada ABŞ texnologiyalarından asılılıqla bağlı narahatlıqların artdığı bir vaxtda hədəflərin...
İlk dibdərinləşdirici gəminin əraziyə çatmasından sonra Anaklia Dərin Dəniz Limanında işlərə rəsmən başlanılıb. Limanın 2029-cu ildə ilk gəmiləri qəbul etməsi və fəaliyyətə başlaması gözlənilir.
Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinin məlumatına görə, Anaklia sahillərində dənizin dərinliyi 17,5 metrə çatdırılacaq. Bu, limanın iri müasir yük gəmilərini qəbul etməsinə imkan verəcək. İşlər tamamlandıqdan sonra liman hövzəsini Qara dənizin dalğalarından və axınlarından qorumaq üçün nəzərdə tutulan 1380 metr uzunluğunda dalğaqıranın tikintisinə başlanılacaq.
Dibdərinləşdirmə və dəniz tikintisi işləri bu sahədə dünyanın aparıcı şirkətlərindən biri olan Belçikanın “Jan De Nul N.V.” şirkəti tərəfindən gürcü tərəfdaşlarla birlikdə həyata keçirilir.
İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyi Anaklia limanının beynəlxalq səviyyədə tanınan “liman sahibi” modeli əsasında fəaliyyət göstərəcəyini təsdiqləyib.
Bu sistemə əsasən, limanın əsas infrastrukturu və torpaq sahəsi dövlət mülkiyyətində qalacaq. Ayrı-ayrı terminallar və kommersiya fəaliyyəti isə özəl şirkətlər tərəfindən idarə olunacaq. Model bir investordan asılılığın qarşısını almağı və çoxsaylı operatorların cəlb edilməsini nəzərdə tutur.
Rəsmilər hesab edirlər ki, bu yanaşma idarəetmədə çeviklik yaradacaq, rəqabəti təşviq edəcək və limanın müxtəlif gəmiçilik xətləri, logistika şirkətləri və beynəlxalq tərəfdaşlarla əməkdaşlığına imkan verəcək.
Gürcüstan hökuməti Anaklia limanını ölkənin ümumi nəqliyyat şəbəkəsinə birləşdirmək üçün yeni avtomobil və dəmir yolu xətlərinin tikintisini də planlaşdırır.
Limanın Çini və Mərkəzi Asiyanı Cənubi Qafqaz vasitəsilə, Rusiyadan yan keçməklə Avropa ilə birləşdirən Orta Dəhliz adlı ticarət marşrutunda əsas rol oynayacağı gözlənilir.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Anaklia limanının ilk gəmiləri 2029-cu ildə qəbul edəcəyini bildirib.
Birinci mərhələdə Anaklia limanının ildə təxminən 600 min konteynerə xidmət göstərəcəyi gözlənilir.
Bu, Gürcüstanın yükdaşıma potensialını əhəmiyyətli dərəcədə artıracaq və ölkənin Asiya ilə Avropa arasındakı ticarət marşrutlarında mövqeyini gücləndirəcək.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə COP31-in Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Antalyaya gəlib.
Polşanın Krakov şəhərində noyabrın 7-də altı nəfərin öldürüldüyü silahlı hücumda şübhəli bilinən 24 yaşlı şəxs xəstəxanada ölüb. Polis bu barədə noyabrın 9-da məlumat yayıb.
“Nvidia” şirkəti baş icraçı direktoru Censen Huanqın xarici kəşfiyyat əməliyyatının hədəfi olması ehtimalını araşdırır. Müstəqil araşdırmaya Huanqın şəxsi münasibətdə olduğu iş qadınının Çinə məlumat ötürdüyü barədə iddialardan sonra başlanılıb.
Türkiyənin İzmir vilayətində polad zavodunda baş verən partlayışda azı 17 nəfərin öldüyü bildirilir. Texniki xidmət zamanı kran aşıb, ardınca partlayış olub. Hadisə ilə bağlı istintaq başlanıb.
AnewZ-un Günün İcmalını təqdim edirik. “Nvidia” ilə bağlı casusluq iddialarından ABŞ–İran gərginliyinə qədər dünyada baş verən beş əsas xəbəri diqqətinizə çatdırırıq.
Çinlə Avropa arasında nəqliyyat əlaqələrinin genişlənməsi Orta Dəhliz üzrə yükdaşımaların artmasına təkan verir. Bu isə Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri üçün yeni imkanlar yaradır.
ABŞ-nin quru əməliyyatlarına başlamaq təhdidləri fonunda İran könüllü mülki şəxslərin hərbi hazırlığını gücləndirir. SEPAH bu məqsədlə Tehranda qadınlar üçün yeni təlim düşərgəsi açıb.
İsraildə yeni seçilmiş parlamentin deputatları noyabrın 10-da and içiblər. Lakin ölkədə hökumətin formalaşdırılması ilə bağlı qeyri-müəyyənlik davam edir. Prezident İsxak Hersoq Qadi Ayzenkotun hökumət qurmaqda çətinlik çəkdiyi bir vaxtda deputatları yeni seçkilərin qarşısını almağa çağırıb.
Qazaxıstanın məlumatına görə, 2022-ci ildən bəri Şimali Aral dənizində suyun həcmi 24 faiz artaraq 23,4 milyard kubmetrə çatıb. Bu göstəricilər Türkiyənin Antalya şəhərində keçirilən COP31 iqlim konfransında açıqlanıb.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ermənistan iki ildən artıqdır üzvlük haqqını ödəmədiyinə görə noyabrın 11-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) səsvermə hüququndan məhrum edilə bilər.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın