Hərbi süni intellekt: “Helsing” “Palantir”ə rəqib sistem təqdim edir
Almaniyanın müdafiə texnologiyaları şirkəti “Helsing” Avropada ABŞ texnologiyalarından asılılıqla bağlı narahatlıqların artdığı bir vaxtda hədəflərin...
İranın Milli Tranzit Şurası avqustun 1-də yeni çərçivə sənədini təsdiqləyib. Qərar ölkənin birinci vitse-prezidenti Məhəmməd Rza Arifin sədrliyi ilə keçirilən iclasda qəbul olunub.
Plan İranın beynəlxalq tranzit bazarındakı payını artırmağı, geoiqtisadi mövqeyini gücləndirməyi və regional iqtisadi əməkdaşlığı genişləndirməyi nəzərdə tutur. Sənəddə, həmçinin Əfqanıstanla iqtisadi əlaqələrin inkişafı və strateji infrastruktur layihələri üçün yeni maliyyələşdirmə mexanizmlərinin yaradılması yer alıb.
Arif bildirib ki, nəqliyyat dəhlizlərinin inkişafı hökumətin əsas prioritetlərindən biridir.
“Hökumət son iki ildə bu sahədə səmərəli tədbirlər görüb və tranzit dəhlizlərinin inkişafını əsas prioritetlərindən biri hesab edir”, – o deyib.
Arifin sözlərinə görə, nəqliyyat infrastrukturunun genişləndirilməsi İranın regional ticarətdəki mövqeyini gücləndirə bilər.
Əfqanıstan rəsmiləri İranın qərarına hələlik münasibət bildirməyiblər. Lakin rəsmi Kabil daha əvvəl layihəni dəstəklədiyini açıqlayıb.
Əfqanıstan Baş nazirinin iqtisadi məsələlər üzrə müavini Əbdül Qani Bəradər Özbəkistanı dəmir yolu layihəsinə sərmayə yatırmağa çağırıb. Onun sözlərinə görə, layihə İran və Çinlə ticarəti asanlaşdıracaq, regional sabitliyə və inkişafa töhfə verəcək.
Təklif olunan Herat–Məzari-Şərif dəmir yolu xəttinin uzunluğu 657 kilometrdir. Layihə Əfqanıstanın müxtəlif bölgələrini regional bazarlarla birləşdirməyi və ticarəti genişləndirməyi nəzərdə tutur.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə COP31-in Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Antalyaya gəlib.
Polşanın Krakov şəhərində noyabrın 7-də altı nəfərin öldürüldüyü silahlı hücumda şübhəli bilinən 24 yaşlı şəxs xəstəxanada ölüb. Polis bu barədə noyabrın 9-da məlumat yayıb.
“Nvidia” şirkəti baş icraçı direktoru Censen Huanqın xarici kəşfiyyat əməliyyatının hədəfi olması ehtimalını araşdırır. Müstəqil araşdırmaya Huanqın şəxsi münasibətdə olduğu iş qadınının Çinə məlumat ötürdüyü barədə iddialardan sonra başlanılıb.
Türkiyənin İzmir vilayətində polad zavodunda baş verən partlayışda azı 17 nəfərin öldüyü bildirilir. Texniki xidmət zamanı kran aşıb, ardınca partlayış olub. Hadisə ilə bağlı istintaq başlanıb.
AnewZ-un Günün İcmalını təqdim edirik. “Nvidia” ilə bağlı casusluq iddialarından ABŞ–İran gərginliyinə qədər dünyada baş verən beş əsas xəbəri diqqətinizə çatdırırıq.
Çinlə Avropa arasında nəqliyyat əlaqələrinin genişlənməsi Orta Dəhliz üzrə yükdaşımaların artmasına təkan verir. Bu isə Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri üçün yeni imkanlar yaradır.
ABŞ-nin quru əməliyyatlarına başlamaq təhdidləri fonunda İran könüllü mülki şəxslərin hərbi hazırlığını gücləndirir. SEPAH bu məqsədlə Tehranda qadınlar üçün yeni təlim düşərgəsi açıb.
İsraildə yeni seçilmiş parlamentin deputatları noyabrın 10-da and içiblər. Lakin ölkədə hökumətin formalaşdırılması ilə bağlı qeyri-müəyyənlik davam edir. Prezident İsxak Hersoq Qadi Ayzenkotun hökumət qurmaqda çətinlik çəkdiyi bir vaxtda deputatları yeni seçkilərin qarşısını almağa çağırıb.
Qazaxıstanın məlumatına görə, 2022-ci ildən bəri Şimali Aral dənizində suyun həcmi 24 faiz artaraq 23,4 milyard kubmetrə çatıb. Bu göstəricilər Türkiyənin Antalya şəhərində keçirilən COP31 iqlim konfransında açıqlanıb.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ermənistan iki ildən artıqdır üzvlük haqqını ödəmədiyinə görə noyabrın 11-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) səsvermə hüququndan məhrum edilə bilər.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın