Hərbi süni intellekt: “Helsing” “Palantir”ə rəqib sistem təqdim edir
Almaniyanın müdafiə texnologiyaları şirkəti “Helsing” Avropada ABŞ texnologiyalarından asılılıqla bağlı narahatlıqların artdığı bir vaxtda hədəflərin...
Özbəkistan “Samarkand-2028” hiperspektral Yer müşahidə peykini uğurla orbitə buraxıb. Bu, ölkənin milli kosmik proqramında və Çinlə texnoloji əməkdaşlığında mühüm mərhələ hesab olunur.
Peyk avqustun 5-də Çinin Şandun əyaləti sahilləri yaxınlığındakı dəniz platformasından buraxılıb. Layihə Çinin “STAR.VISION” aerokosmik şirkəti ilə birlikdə həyata keçirilib. “Samarkand-2028” orbitə “Lampung-1” peyki ilə birgə göndərilib.
“Uzcosmos” agentliyinin məlumatına görə, bu, Özbəkistanın indiyədək həyata keçirdiyi ən böyük beynəlxalq kosmik layihələrdən biridir.
Peykin əsas xüsusiyyətlərindən biri “Uzcosmos” mütəxəssislərinin hazırladığı süni intellekt moduludur.
Modul toplanan hiperspektral məlumatların bir hissəsini Yerə göndərilməzdən əvvəl orbitdə emal edir. Bu, yerüstü stansiyalara ötürülən məlumatların həcmini azaldır və təhlili sürətləndirir.
Adi Yer müşahidə peyklərindən fərqli olaraq, “Samarkand-2028” əks olunan işığı 20-dən çox spektral diapazonda qeydə alır. Bununla peyk insan gözünün görə bilmədiyi xüsusiyyətləri müəyyən edə bilir.
Peykin məlumatlarından kənd təsərrüfatı, su ehtiyatlarının idarə olunması, ətraf mühitin mühafizəsi, təbii sərvətlərin monitorinqi, şəhərsalma və təbii fəlakətlərin erkən aşkarlanması sahələrində istifadə ediləcək.
Layihə peyk mühəndisliyi, süni intellekt və kosmik məlumatların emalı üzrə yeni nəsil özbəkistanlı mütəxəssislərin hazırlanmasına da kömək edəcək.
“Uzcosmos”un Süni intellekt və proqramlaşdırma departamentinin rəhbəri Farxod Mahmudxocayev bildirib ki, peykin beş-yeddi il fəaliyyət göstərəcəyi gözlənilir.
Səmərqəndin 2028-ci ildə 79-cu Beynəlxalq Astronavtika Konqresinə (IAC) ev sahibliyi etmək hüququ qazanması şərəfinə peykə “Samarkand-2028” adı verilib. Qərar 2025-ci ildə Sidneydə təşkil olunan konqresdə elan olunub.
Özbəkistan Yer müşahidəsi və elmi missiyalar üçün nəzərdə tutulan ilk yerli "6U CubeSat" kompakt tədqiqat peykini də hazırlayır. "Mirzo Ulugbek" adlı peykin 2028-ci ildə orbitə buraxılması planlaşdırılır.
Ölkə gələcəkdə ilk özbəkistanlı astronavtı kosmosa göndərməyi də nəzərdə tutur.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə COP31-in Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Antalyaya gəlib.
Polşanın Krakov şəhərində noyabrın 7-də altı nəfərin öldürüldüyü silahlı hücumda şübhəli bilinən 24 yaşlı şəxs xəstəxanada ölüb. Polis bu barədə noyabrın 9-da məlumat yayıb.
“Nvidia” şirkəti baş icraçı direktoru Censen Huanqın xarici kəşfiyyat əməliyyatının hədəfi olması ehtimalını araşdırır. Müstəqil araşdırmaya Huanqın şəxsi münasibətdə olduğu iş qadınının Çinə məlumat ötürdüyü barədə iddialardan sonra başlanılıb.
Türkiyənin İzmir vilayətində polad zavodunda baş verən partlayışda azı 17 nəfərin öldüyü bildirilir. Texniki xidmət zamanı kran aşıb, ardınca partlayış olub. Hadisə ilə bağlı istintaq başlanıb.
AnewZ-un Günün İcmalını təqdim edirik. “Nvidia” ilə bağlı casusluq iddialarından ABŞ–İran gərginliyinə qədər dünyada baş verən beş əsas xəbəri diqqətinizə çatdırırıq.
Çinlə Avropa arasında nəqliyyat əlaqələrinin genişlənməsi Orta Dəhliz üzrə yükdaşımaların artmasına təkan verir. Bu isə Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri üçün yeni imkanlar yaradır.
ABŞ-nin quru əməliyyatlarına başlamaq təhdidləri fonunda İran könüllü mülki şəxslərin hərbi hazırlığını gücləndirir. SEPAH bu məqsədlə Tehranda qadınlar üçün yeni təlim düşərgəsi açıb.
İsraildə yeni seçilmiş parlamentin deputatları noyabrın 10-da and içiblər. Lakin ölkədə hökumətin formalaşdırılması ilə bağlı qeyri-müəyyənlik davam edir. Prezident İsxak Hersoq Qadi Ayzenkotun hökumət qurmaqda çətinlik çəkdiyi bir vaxtda deputatları yeni seçkilərin qarşısını almağa çağırıb.
Qazaxıstanın məlumatına görə, 2022-ci ildən bəri Şimali Aral dənizində suyun həcmi 24 faiz artaraq 23,4 milyard kubmetrə çatıb. Bu göstəricilər Türkiyənin Antalya şəhərində keçirilən COP31 iqlim konfransında açıqlanıb.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ermənistan iki ildən artıqdır üzvlük haqqını ödəmədiyinə görə noyabrın 11-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) səsvermə hüququndan məhrum edilə bilər.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın