Hərbi süni intellekt: “Helsing” “Palantir”ə rəqib sistem təqdim edir
Almaniyanın müdafiə texnologiyaları şirkəti “Helsing” Avropada ABŞ texnologiyalarından asılılıqla bağlı narahatlıqların artdığı bir vaxtda hədəflərin...
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Tacikistan, Qırğızıstan və bir sıra digər ölkələrdəki səfirlərini vəzifədən azad edib. O bildirib ki, səfirliklərin fəaliyyəti Ukraynaya silah tədarükü və Rusiyaya təzyiqin artırılması istiqamətində gördükləri işlərə görə qiymətləndiriləcək.
“Ukrayna səfiri xidmət etdiyi ölkədə nə qədər hava hücumundan müdafiə raketinin olduğunu və onları Ukraynadakı buraxılış qurğularına yerləşdirməyi bilməlidir.
“Patriot”, NASAMS, IRIS-T, SAMP/T və “Hawk” sistemləri üçün raketlər, döyüş təyyarələrimiz üçün silahlar və pilotsuz uçuş aparatlarımız üçün lazım olan hər şey hamımızın gündəlik işidir. Hər bir səfir Ukraynaya silah gətirməlidir”, – Zelenski deyib.
Vəzifədən azad edilənlər arasında Ukraynanın ABŞ-dəki səfiri Olqa Stefanişina, Avstriyadakı səfiri Vasil Ximinets və UNESCO yanında daimi nümayəndəsi Vadim Omelçenko da var. Omelçenko Ukraynanın Fransadakı səfiri kimi fəaliyyətini davam etdirəcək.
Ukrayna mediasının məlumatına görə, Stefanişina əmlak bəyannaməsində mümkün uyğunsuzluqlarla bağlı davam edən araşdırmalar fonunda iyulda vəzifəsindən ayrılmaq istədiyini Zelenskiyə bildirmişdi.
Zelenski çıxışında bidirib ki, səfirliklər Rusiya və digər tərəflərin Ukraynanın müharibənin davam etməsini istədiyinə dair iddialarına qarşı mübarizə aparmalıdır.
“Sizin vəzifəniz bu ittihamı ardıcıl və inandırıcı şəkildə təkzib etməkdir. Sülh istəyən tərəf Ukraynadır. Ukrayna bu müharibəni bir gün belə istəməyib”, – o, deyib.
Valeri Yevdokimov 2022-ci ilin iyunundan Ukraynanın Tacikistandakı səfiri vəzifəsində çalışırdı. O, bundan əvvəl, 2019–2022-ci illərdə Ukraynanın Xarici Kəşfiyyat Xidmətinə rəhbərlik edib.
Valeri Jovtenko isə 2018-ci ildən Ukraynanın Qırğızıstandakı səfiri vəzifəsində çalışırdı. O, daha əvvəl Ukraynanın Litvadakı səfiri olub.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə COP31-in Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Antalyaya gəlib.
Polşanın Krakov şəhərində noyabrın 7-də altı nəfərin öldürüldüyü silahlı hücumda şübhəli bilinən 24 yaşlı şəxs xəstəxanada ölüb. Polis bu barədə noyabrın 9-da məlumat yayıb.
“Nvidia” şirkəti baş icraçı direktoru Censen Huanqın xarici kəşfiyyat əməliyyatının hədəfi olması ehtimalını araşdırır. Müstəqil araşdırmaya Huanqın şəxsi münasibətdə olduğu iş qadınının Çinə məlumat ötürdüyü barədə iddialardan sonra başlanılıb.
Türkiyənin İzmir vilayətində polad zavodunda baş verən partlayışda azı 17 nəfərin öldüyü bildirilir. Texniki xidmət zamanı kran aşıb, ardınca partlayış olub. Hadisə ilə bağlı istintaq başlanıb.
AnewZ-un Günün İcmalını təqdim edirik. “Nvidia” ilə bağlı casusluq iddialarından ABŞ–İran gərginliyinə qədər dünyada baş verən beş əsas xəbəri diqqətinizə çatdırırıq.
Çinlə Avropa arasında nəqliyyat əlaqələrinin genişlənməsi Orta Dəhliz üzrə yükdaşımaların artmasına təkan verir. Bu isə Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri üçün yeni imkanlar yaradır.
ABŞ-nin quru əməliyyatlarına başlamaq təhdidləri fonunda İran könüllü mülki şəxslərin hərbi hazırlığını gücləndirir. SEPAH bu məqsədlə Tehranda qadınlar üçün yeni təlim düşərgəsi açıb.
İsraildə yeni seçilmiş parlamentin deputatları noyabrın 10-da and içiblər. Lakin ölkədə hökumətin formalaşdırılması ilə bağlı qeyri-müəyyənlik davam edir. Prezident İsxak Hersoq Qadi Ayzenkotun hökumət qurmaqda çətinlik çəkdiyi bir vaxtda deputatları yeni seçkilərin qarşısını almağa çağırıb.
Qazaxıstanın məlumatına görə, 2022-ci ildən bəri Şimali Aral dənizində suyun həcmi 24 faiz artaraq 23,4 milyard kubmetrə çatıb. Bu göstəricilər Türkiyənin Antalya şəhərində keçirilən COP31 iqlim konfransında açıqlanıb.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ermənistan iki ildən artıqdır üzvlük haqqını ödəmədiyinə görə noyabrın 11-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) səsvermə hüququndan məhrum edilə bilər.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın