Hərbi süni intellekt: “Helsing” “Palantir”ə rəqib sistem təqdim edir
Almaniyanın müdafiə texnologiyaları şirkəti “Helsing” Avropada ABŞ texnologiyalarından asılılıqla bağlı narahatlıqların artdığı bir vaxtda hədəflərin...
Ümumdünya Meteorologiya Təşkilatı (WMO) "El-Ninyo"nun avqustdan etibarən güclənəcəyini və dünyada daha ekstremal hava hadisələri riskini artıracağını bildirib. Xəbərdarlıqdan sonra musson yağışlarının davam etdiyi Pakistan daşqınlara hazırlıq tədbirlərini gücləndirib.
Pakistan musson mövsümünün fəsadları ilə mübarizə aparır. Milli Fəlakətlərin İdarə Edilməsi Agentliyinin (NDMA) məlumatına görə, iyunun 26-dan bəri yağışlarla bağlı hadisələrdə 136 nəfər həlak olub, 418 nəfər yaralanıb.
Pakistanın şimal-qərbindəki Xeybər-Paxtunxva əyalətinin Fəlakətlərin İdarə Edilməsi Agentliyindən verilən məlumata görə, iyulun 29-dan bəri güclü yağışlar və daşqınlar daha 6 nəfərin ölümünə, 6 nəfərin isə yaralanmasına səbəb olub.
Pakistan qlobal istixana qazı emissiyalarının bir faizindən azını yaratsa da, iqlim dəyişikliyinə qarşı ən həssas ölkələrdən biridir. 2022-ci ildə baş verən dağıdıcı daşqınlar ölkə ərazisinin təxminən üçdəbirini su altında qoyub, 1 700-dən çox insanın ölümünə və 30 milyard dollardan artıq iqtisadi itkiyə səbəb olub.
Pakistan Meteorologiya Departamenti bildirib ki, Buzlaq Göllərinin Daşması üzrə Monitorinq Mərkəzi fasiləsiz müşahidələr nəticəsində qəfil daşqın risklərini müəyyən edib. Mədəklaşt, Reşun, Bədsəvat, Darkut, Şimşal və Matiltan da daxil olmaqla, təhlükə altında olan vadilərə erkən xəbərdarlıqlar göndərilib.
NDMA çaylarda su səviyyəsinin növbəti 24 saat ərzində yüksələcəyini bildirib. Pakistanın nəzarətində olan Gilgit-Baltistan və Kəşmirin, həmçinin Xeybər-Paxtunxva və Bəlucistanın bəzi ərazilərində qəfil daşqınlar baş verə bilər.
Daşqınların Proqnozlaşdırılması Şöbəsi İslamabad, Ravalpindi, Lahor, Feysəlabad, Qucranvala, Pişəvər və bir sıra digər şəhərlərdə subasma riski barədə də xəbərdarlıq edib.
Dağlıq ərazilərdə torpaq sürüşməsi təhlükəsi qalır. Davamlı musson axınları nəticəsində Tərbələ su anbarında suyun səviyyəsi maksimum saxlama həddinə təxminən 2,1 metr qalıb.
WMO-nun məlumatına görə, "El-Ninyo"nun avqust–oktyabr aylarında güclənəcəyi gözlənilir. Bu, temperaturun normadan yüksək olması və qlobal yağıntı rejimində ciddi dəyişikliklərin baş verməsi ehtimalını artırır.
Əvvəlki proqnozlarda "El-Ninyo" hadisəsinin ən azı noyabradək davam etməsi ehtimalının təxminən 90 faiz olduğu bildirilirdi.
BMT-nin Baş katibi Antonio Quterreş xəbərdarlıq edib ki, "El-Ninyo" iqlim dəyişikliyinin təsirlərini gücləndirərək dünyanın müxtəlif bölgələrində daha şiddətli daşqınlara, quraqlığa və isti hava dalğalarına səbəb ola bilər.
Son xəbərdarlıqlar Pakistanın yaxın tarixindəki ən ağır iqlim fəlakətindən təxminən dörd il sonra verilib. Həmin vaxtdan bəri ölkə erkən xəbərdarlıq sistemlərini və fəlakətlərə hazırlığı gücləndirmək üçün buzlaqların monitorinqini, hava proqnozlaşdırılmasını və fövqəladə hallar üzrə koordinasiyanı genişləndirib.
Alimlərin sözlərinə görə, iqlim dəyişikliyi ekstremal hava hadisələrinin həm sayını, həm də şiddətini artırır. Pakistanda temperaturun yüksəlməsi buzlaqların əriməsini sürətləndirir, qeyri-sabit musson yağışları isə daha tez-tez müşahidə olunur.
Buna görə ölkənin qarşısındakı əsas məsələ yalnız fəlakətlərin nəticələrini aradan qaldırmaq deyil. Güclü yağış mövsümü davam etdikcə erkən xəbərdarlıq sistemlərinin və hazırlıq tədbirlərinin səmərəliliyi dəyişən iqlimin artan təhlükələri qarşısında sınaqdan keçəcək.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə COP31-in Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Antalyaya gəlib.
Polşanın Krakov şəhərində noyabrın 7-də altı nəfərin öldürüldüyü silahlı hücumda şübhəli bilinən 24 yaşlı şəxs xəstəxanada ölüb. Polis bu barədə noyabrın 9-da məlumat yayıb.
“Nvidia” şirkəti baş icraçı direktoru Censen Huanqın xarici kəşfiyyat əməliyyatının hədəfi olması ehtimalını araşdırır. Müstəqil araşdırmaya Huanqın şəxsi münasibətdə olduğu iş qadınının Çinə məlumat ötürdüyü barədə iddialardan sonra başlanılıb.
Türkiyənin İzmir vilayətində polad zavodunda baş verən partlayışda azı 17 nəfərin öldüyü bildirilir. Texniki xidmət zamanı kran aşıb, ardınca partlayış olub. Hadisə ilə bağlı istintaq başlanıb.
AnewZ-un Günün İcmalını təqdim edirik. “Nvidia” ilə bağlı casusluq iddialarından ABŞ–İran gərginliyinə qədər dünyada baş verən beş əsas xəbəri diqqətinizə çatdırırıq.
Çinlə Avropa arasında nəqliyyat əlaqələrinin genişlənməsi Orta Dəhliz üzrə yükdaşımaların artmasına təkan verir. Bu isə Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri üçün yeni imkanlar yaradır.
ABŞ-nin quru əməliyyatlarına başlamaq təhdidləri fonunda İran könüllü mülki şəxslərin hərbi hazırlığını gücləndirir. SEPAH bu məqsədlə Tehranda qadınlar üçün yeni təlim düşərgəsi açıb.
İsraildə yeni seçilmiş parlamentin deputatları noyabrın 10-da and içiblər. Lakin ölkədə hökumətin formalaşdırılması ilə bağlı qeyri-müəyyənlik davam edir. Prezident İsxak Hersoq Qadi Ayzenkotun hökumət qurmaqda çətinlik çəkdiyi bir vaxtda deputatları yeni seçkilərin qarşısını almağa çağırıb.
Qazaxıstanın məlumatına görə, 2022-ci ildən bəri Şimali Aral dənizində suyun həcmi 24 faiz artaraq 23,4 milyard kubmetrə çatıb. Bu göstəricilər Türkiyənin Antalya şəhərində keçirilən COP31 iqlim konfransında açıqlanıb.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ermənistan iki ildən artıqdır üzvlük haqqını ödəmədiyinə görə noyabrın 11-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) səsvermə hüququndan məhrum edilə bilər.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın