Hava məkanı məhdudiyyətləri Mərkəzi Asiya ilə Rusiya arasında uçuşlara təsir edib
Mərkəzi Asiya ilə Rusiya arasında aviareyslər Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər fonunda pozulub. Bəzi təyyarələr istiqamətini...
Azərbaycan Respublikası Dövlət Neft Fondu qlobal investisiya portfelini şaxələndirərək Latın Amerikasında yeni layihə həyata keçirib. Fond "I Squared Capital" ilə tərəfdaşlıq çərçivəsində Perunun ən böyük müstəqil elektrik istehsalçısı "Inkia Energy"nin payçısı olub.
Sövdələşməyə əsasən, Kanadanın "Canada Pension Plan Investment Board" pensiya fondu "Inkia Energy" şirkətinin 50 faizlik hissəsini satın alıb.
Qalan 50 faizlik pay isə Dövlət Neft Fondunun da iştirak etdiyi və "I Squared" tərəfindən idarə olunan investisiya strukturu vasitəsilə əldə edilib.
Hidroelektrik, təbii qaz, günəş və külək enerjisi aktivlərindən ibarət zəngin portfelə malik olan "Inkia Energy" 2,6 giqavatlıq istehsal gücü ilə Perunun elektrik enerjisi tələbatının təxminən 22 faizini təmin edir.
Bununla yanaşı, bərpa olunan enerji sahəsində 4 giqavatdan çox yeni layihə portfelinə sahib olan şirkət uzunmüddətli perspektivdə yaşıl enerji fəaliyyətini genişləndirməyi əsas prioritet kimi müəyyənləşdirib.
Bu investisiya Dövlət Neft Fondunun uzunmüddətli strategiyasına tam uyğundur. Belə ki, bu addım Fondun coğrafi diversifikasiyasını Latın Amerikası istiqamətində genişləndirməklə yanaşı, yüksək gəlirliliyə və aşağı risk göstəricilərinə malik dayanıqlı enerji aktivləri hesabına portfelini daha da möhkəmləndirir.
Qeyd edək ki, 1999-cu ildə təsis edilən və hazırda məcmu aktivlərinin həcmi 70 milyard dolları ötən Neft Fondu ölkənin resurs gəlirlərini gələcək nəsillər üçün qoruyub artırmaq məqsədilə qlobal miqyasda geniş diversifikasiya olunmuş investisiya siyasəti həyata keçirir.
Layihənin əsas tərəfdaşı olan "I Squared Capital" isə idarəetməsindəki 60 milyard dollardan çox aktivlə 70-dən artıq ölkədə fəaliyyət göstərən aparıcı infrastruktur fondudur.
İran Səhiyyə Nazirliyi bildirib ki, avqustun 30-dan sentyabrın 2-dək ABŞ-nin həyata keçirdiyi hava zərbələri nəticəsində azı 18 nəfər ölüb, 142 nəfər yaralanıb.
Üç yüksəkvəzifəli iranlı mənbənin sözlərinə görə, ABŞ-nin neft blokadası və sanksiyalar vasitəsilə İran iqtisadiyyatına təzyiq göstərmək səyləri Tehran üçün getdikcə daha çətin vəziyyət yaradır. Vaşinqton gələcək danışıqlarda güzəştlər əldə etmək məqsədilə təzyiqləri artırır.
Rusiyanın TASS xəbər agentliyi anonim mənbəyə istinadən xəbər verir ki, ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşner həftəsonu əvvəlcə Rusiyaya, daha sonra Ukraynaya səfər edəcəklər. Ukrayna Prezidenti Volodimir Zelenski də ABŞ elçilərinin hər iki ölkənin paytaxtına səfər edəcəyini bildirib.
Günə AnewZ-un səhər xülasəsi ilə məlumatlı başlayın. Sentyabrın 4-ü üçün hazırladığımız icmalda gündəmin əsas xəbərləri və diqqətçəkən son hadisələr yer alır.
Günə AnewZ-un səhər xülasəsi ilə məlumatlı başlayın. Sentyabrın 3-ü üçün hazırladığımız icmalda gündəmin əsas xəbərləri və diqqətçəkən son hadisələr yer alır.
Mərkəzi Asiya ilə Rusiya arasında aviareyslər Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər fonunda pozulub. Bəzi təyyarələr istiqamətini dəyişib, geri qayıdıb, bəzi reyslər isə ləğv edilib.
Bakıda keçirilən 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının ikinci və son günü beynəlxalq əməkdaşlıq, yeni texnologiyalar və milli imkanların inkişafına həsr olunub.
İsrailin müdafiə naziri İsrael Katz bildirib ki, ABŞ razılıq verərsə, İsrail Qəzza sakinlərinin köçürülməsinə hazırdır.
İran ABŞ-nin ölkənin cənub və qərb bölgələrinə endirdiyi son hava zərbələri nəticəsində həlak olanların dəfn mərasimlərini keçirib. Rəsmi Tehran hücumları beynəlxalq hüquqa əsasən müharibə cinayəti kimi qiymətləndirərək, BMT Təhlükəsizlik Şurasından onları pisləməyi tələb edib.
ABŞ-İran münaqişəsinin gərginləşməsi fonunda Küveytə yönələn raket və dron hücumları Körfəzin şimalını yeni qarşıdurma zonasına çevirir. Küveyt qüvvələri ABŞ ordusunun istifadə etdiyi obyektlər də daxil olmaqla, ölkədəki bir sıra hədəflərə yönələn İran hücumlarının qarşısının alındığını bildirib.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın