Qazaxıstan turistlər üçün dron turları planlaşdırır

Qazaxıstan turistlər üçün dron turları planlaşdırır
Qazaxıstanın Astana şəhərində iki sərnişin daşıya bilən dron, 6 avqust 2026-cı il.
Ministry of Transport, Kazakhstan

Turistlər yaxın vaxtlarda Qazaxıstanın görməli yerlərini dronla havadan seyr edə bilərlər. Nəqliyyat Nazirliyinin məlumatına görə, tarixi və təbii məkanlar üzərində 5 dəqiqədən 30 dəqiqəyədək davam edən sınaq uçuşları planlaşdırılır.

Qazaxıstanda sərnişin daşıyan pilotsuz uçuş aparatının ilk uçuşu avqustun 7-də paytaxt Astanada "Gələcəyin Oyunları - 2026" çərçivəsində həyata keçirilib. 

Qazaxıstanın Astana şəhərində uçuş həyata keçirən dron, 6 avqust 2026-cı il.

"EH216-S" modeli iki sərnişin üçün nəzərdə tutulub. Aparat saatda 130 kilometrədək sürət yığır və 35 kilometrədək məsafə qət edə bilir.

Qazaxıstan tarixi, mədəni və təbii məkanlar üzrə sınaqlardan sonra gələcəkdə bu vasitələrdən ölkənin nəqliyyat sistemində də istifadə etməyi planlaşdırır. Onların dərman çatdırılması, yanğınsöndürmə və digər sahələrdə tətbiqi də nəzərdə tutulur.

Qazaxıstan hökuməti pilotsuz uçuş aparatlarının fəaliyyəti üçün hüquqi baza hazırlayır. Pilotsuz hava hərəkətinin idarə olunmasını tənzimləyən qanunvericilik artıq qəbul edilib.

Teqlər