Hərbi süni intellekt: “Helsing” “Palantir”ə rəqib sistem təqdim edir
Almaniyanın müdafiə texnologiyaları şirkəti “Helsing” Avropada ABŞ texnologiyalarından asılılıqla bağlı narahatlıqların artdığı bir vaxtda hədəflərin...
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Əfqanıstana qayıdanlar üçün Kabildə məskunlaşma layihəsi və xalçaçılıq emalatxanası yaratmağı planlaşdırır. Təşəbbüs kütləvi qayıdışlar fonunda mənzil və iş imkanlarını artırmağı hədəfləyir.
Layihə Əfqanıstanın Qaçqınlar və Repatriasiya Nazirliyinin peşəkar müavini Əbdül Rəhman Rəşid ilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Əfqanıstandakı nümayəndəsinin müavini Vanesa Mater Boli arasında keçirilən görüşdə müzakirə olunub.
Nazirliyin məlumatına görə, obyektlərin Kabildəki Pul-e-Çərxi ərazisində tikilməsi planlaşdırılır. BMT qurumu daha əvvəl Əfqanıstana qayıdan şəxslərə maliyyə yardımı göstərib.
Rəşid bildirib ki, layihə qayıdan şəxslərə həm dəstək, həm də iş imkanı yarada bilər.
“Əlaqədar təşkilatlarla əməkdaşlığa və mövcud problemlərin həlli istiqamətində işləməyə hazırıq”, – deyə o vurğulayıb.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilkin planların hazırlandığını, lakin tikintiyə başlanmasının torpaq məsələsinin həllindən asılı olduğunu açıqlayıb.
Bu açıqlama Əfqanıstanın İran və Pakistandan genişmiqyaslı qayıdışlarla üzləşdiyi bir dövrə təsadüf edir.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, 2026-cı il iyulun 18-dək Əfqanıstana təxminən 1 milyon 20 min nəfər qayıdıb. Onlardan 616 min 600 nəfəri Pakistandan, 401 min 600 nəfəri isə İrandan gəlib.
Əfqanıstanın Qaçqınlar və Repatriasiya naziri Əbdül Kəbir bildirib ki, “Taliban”ın 2021-ci ildə hakimiyyətə qayıtmasından sonra qonşu ölkələrdən təxminən 8 milyon əfqan ölkəyə geri dönüb.
Bu rəqəm BMT-nin göstəricilərindən fərqli dövrü əhatə edir və başqa hesablama metoduna əsaslanır.
Nazir həmçinin bildirib ki, minlərlə qayıdan şəxsə ev tikmək üçün torpaq sahələri verilib. Ehtiyacı olan digər şəxslərin də yaşayış yeri ilə təmin olunması üçün əlavə torpaq sahələrinin ayrılması planlaşdırılır.
Nazirliyin məlumatına görə, daha 26 min ailəyə yardım göstərilməsi üçün humanitar təşkilatlarla əməkdaşlıq davam etdirilir.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə COP31-in Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Antalyaya gəlib.
Polşanın Krakov şəhərində noyabrın 7-də altı nəfərin öldürüldüyü silahlı hücumda şübhəli bilinən 24 yaşlı şəxs xəstəxanada ölüb. Polis bu barədə noyabrın 9-da məlumat yayıb.
“Nvidia” şirkəti baş icraçı direktoru Censen Huanqın xarici kəşfiyyat əməliyyatının hədəfi olması ehtimalını araşdırır. Müstəqil araşdırmaya Huanqın şəxsi münasibətdə olduğu iş qadınının Çinə məlumat ötürdüyü barədə iddialardan sonra başlanılıb.
Türkiyənin İzmir vilayətində polad zavodunda baş verən partlayışda azı 17 nəfərin öldüyü bildirilir. Texniki xidmət zamanı kran aşıb, ardınca partlayış olub. Hadisə ilə bağlı istintaq başlanıb.
AnewZ-un Günün İcmalını təqdim edirik. “Nvidia” ilə bağlı casusluq iddialarından ABŞ–İran gərginliyinə qədər dünyada baş verən beş əsas xəbəri diqqətinizə çatdırırıq.
Çinlə Avropa arasında nəqliyyat əlaqələrinin genişlənməsi Orta Dəhliz üzrə yükdaşımaların artmasına təkan verir. Bu isə Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri üçün yeni imkanlar yaradır.
ABŞ-nin quru əməliyyatlarına başlamaq təhdidləri fonunda İran könüllü mülki şəxslərin hərbi hazırlığını gücləndirir. SEPAH bu məqsədlə Tehranda qadınlar üçün yeni təlim düşərgəsi açıb.
İsraildə yeni seçilmiş parlamentin deputatları noyabrın 10-da and içiblər. Lakin ölkədə hökumətin formalaşdırılması ilə bağlı qeyri-müəyyənlik davam edir. Prezident İsxak Hersoq Qadi Ayzenkotun hökumət qurmaqda çətinlik çəkdiyi bir vaxtda deputatları yeni seçkilərin qarşısını almağa çağırıb.
Qazaxıstanın məlumatına görə, 2022-ci ildən bəri Şimali Aral dənizində suyun həcmi 24 faiz artaraq 23,4 milyard kubmetrə çatıb. Bu göstəricilər Türkiyənin Antalya şəhərində keçirilən COP31 iqlim konfransında açıqlanıb.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ermənistan iki ildən artıqdır üzvlük haqqını ödəmədiyinə görə noyabrın 11-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) səsvermə hüququndan məhrum edilə bilər.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın