Hərbi süni intellekt: “Helsing” “Palantir”ə rəqib sistem təqdim edir
Almaniyanın müdafiə texnologiyaları şirkəti “Helsing” Avropada ABŞ texnologiyalarından asılılıqla bağlı narahatlıqların artdığı bir vaxtda hədəflərin...
Hörmüz boğazından gəmi keçidləri həftəsonu demək olar ki, dayanıb. Şənbə günü boğazdan beş yük gəmisi keçib, bazar günü isə heç bir gəmi keçməyib. İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, gəmi hərəkətinin bərpası üçün Vaşinqton Tehranın şərtlərini yerinə yetirməlidir.
Sülh Şurasının rəsmisi bildirib ki, Donald Trampın nümayəndəsi və kürəkəni Cared Kuşnerlə İsrailin baş naziri Benyamin Netanyahu arasında keçirilən görüş “uzun, əhatəli və çox məhsuldar” olub.
Rəsminin sözlərinə görə, tərəflər Qəzza münaqişəsi ilə bağlı növbəti addımlar üzrə razılığa gəliblər.
İran rəsmisi bildirib ki, Rəsmi Tehran ABŞ-nin “dəniz blokadası”nın uzun müddət davam etməsinə göz yummayacaq.
İran rəsmisi bildirib ki, Tehranın müəyyən etdiyi müddət vasitəçilərin köməyi ilə ABŞ-yə və region ölkələrinə çatdırılacaq.
İran rəsmisi bildirib ki, diplomatik səylər nəticə verməsə, İran qurumları Hörmüz boğazında və regionun digər hissələrində gərginliyi artırmağa hazırdır.
İran rəsmisi bildirib ki, Rəsmi Tehran ABŞ-yə Anlaşma Memorandumunu tam icra etməsi üçün bir neçə həftə vaxt verib.
İranın dəstəklədiyi Yəmən husiləri Qırmızı dənizdə Səudiyyə Ərəbistanına məxsus hərbi gəmiyə və onu müşayiət edən daha dörd gəmiyə raketlərlə hücum etdiklərini açıqlayıblar. Bu barədə hərəkatın hərbi sözçüsü Yəhya Səri “Telegram”da bildirib.
Səudiyyə Ərəbistanı hakimiyyətindən hadisə ilə bağlı təsdiq gəlməyib.
ABŞ Prezidenti Donald Tramp bazar ertəsi Yaxın Şərq münaqişəsinin həlli istiqamətində diplomatik səylərdə irəliləyişin olmaması fonunda İranın nüvə silahına sahib ola bilməyəcəyini bir daha vurğulayıb.
"Bir nömrəli məqsəd odur və həmişə olacaq ki, İran heç bir şəkildə, formada və ya görkəmdə nüvə silahına sahib ola bilməz", - deyə Tramp "Truth Social" platformasındakı paylaşımında bildirib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Omanla danışıqlar məsələlərin mürəkkəbliyi və bir neçə tərəfin iştirakı səbəbindən gözləniləndən daha uzun çəkib. Tehran həmçinin bəzi ölkələrin prosesə xələl gətirməyə çalışdığını iddia edərək, bunun danışıqlara əlavə çətinliklər yaratdığını qeyd edib.
İran Fransa səfirliyinin iki əməkdaşının geri qayıtmasına qadağa qoyulacağını açıqlayıb və onları İranın vətəndaş cəmiyyətini dəstəkləməklə Vyana Konvensiyasını pozmaqda ittiham edib.
Bu addım iyul ayında baş vermiş və Fransanın İran təhlükəsizlik qüvvələrini öz əməkdaşlarını saxlamaqda və hədə-qorxu gəlməkdə ittiham etdiyi mübahisənin ardınca atılıb.
Canlı izləmə məlumatları Hörmüz boğazı ətrafında gəmilərin sıx cəmləşdiyini göstərsə də, son tanker hücumlarından sonra boğazdan keçən gəmilərin sayı kəskin azalıb.
"Kpler" məlumatlarına əsasən, şənbə günü boğazdan cəmi 5 xammal daşıyan gəmi keçib, bazar günü isə heç bir gəmi qeydə alınmayıb. Ötən həftəsonu isə bu göstərici 31 gəmi təşkil etmişdi.

İraq Kürdüstanının Baş naziri Məsrur Bərzani "X" platformasındakı paylaşımında bildirib ki, İran dronları onun ofisini və regionun təhlükəsizlik rəisinin evini hədəfə alıb. O, bu zərbələri təhlükəli eskalasiya və regional sabitliyə təhdid adlandırıb.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai həftəlik mətbuat konfransında bildirib ki, Vaşinqtonla iyunun 18-də imzalanmış memoranduma əsasən müəyyən edilən 60 günlük son tarix artıq aktuallığını itirib. O, Birləşmiş Ştatları razılaşmanın imzalanmasından cəmi bir neçə həftə sonra onu pozmaqda günahlandırıb.
"İran İslam Respublikası heç vaxt öz siyasətini təzyiq, ultimatumlar və ya vaxt məhdudiyyətləri altında formalaşdırmır," – deyə Bəqayi vurğulayıb.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, mövcud qanunlar ölkənin Fars körfəzi, Hörmüz boğazı və Oman körfəzindəki suveren hüquqlarını artıq qoruyur.
Bəqai həftəlik mətbuat konfransı zamanı nazirliyin hər hansı yeni qanunvericilik layihəsi üzrə parlamentlə əməkdaşlığı davam etdirəcəyini qeyd edib.
Pakistanın Baş naziri Şahbaz Şərif "X" platformasındakı paylaşımında Donald Trampa Səudiyyə Ərəbistanı və Türkiyə ilə bağlanmış "Məkkə Birgə Müdafiə Sazişi"nə verdiyi dəstəyə görə təşəkkür edib. O, bu üç ölkənin regional təhlükəsizlikdə konstruktiv rol oynayacağını bildirib.
Avqustun 7-də imzalanmış pakt iştirakçı dövlətlərdən birinə edilən hücumu hər üçünə qarşı hücum kimi qəbul etməyi nəzərdə tutur.
Neft qiymətləri son günlərin maksimum hədlərinə yaxın səviyyədə qərarlaşıb. Belə ki, “Brent” markalı neftin bir barelinin qiyməti 88,55 dollar olmaqla dəyişməz qalıb, WTI markalı neft isə 14 sent ucuzlaşaraq 82,26 dollara enib.
Ötən həftə hər iki etalon neftin qiyməti 5 faizdən çox artıb. Tankerlərə hücumlar və ABŞ-İran danışıqlarında irəliləyişin olmaması Hörmüz boğazından tədarüklə bağlı narahatlıqları artırıb.
İranın birinci vitse-prezidenti Məhəmməd Rza Aref bəyan edib ki, Vaşinqton hərbi uğursuzluqlardan sonra iqtisadi təzyiqlərə üstünlük verməyə başlayıb. O xəbərdarlıq edib ki, "düşmən indi hərbi cəbhədəki məğlubiyyətini iqtisadi müharibə yolu ilə kompensasiya etmək istəyir".
Bazarın Tənzimlənməsi Qərargahının iclasında çıxış edən Aref İranın milli birlik sayəsində bu "iqtisadi müharibə"nin öhdəsindən gələcəyini qeyd edib və bazara nəzarətin gücləndirilməsinə çağırıb.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai "X" platformasındakı paylaşımında Kanadanın ABŞ-nin rəhbərlik etdiyi müharibəyə dəstəyini tənqid edib. O, Ottavanı Vaşinqtonun "ehtiyat komandası" adlandıraraq Kanadanı ABŞ-yə xoş gəlmək üçün münaqişəyə qoşulmaqda ittiham edib.
ABŞ senatoru Kris Van Hollen “X” platformasındakı paylaşımında Prezident Donald Trampı və müdafiə katibi Pit Heqseti hərbçilərə münasibətdə “biabırçı” mövqe sərgilədiklərinə görə tənqid edib və müharibəyə son qoymağa çağırıb.
Qeyd edək ki, doqquz aydır xidmətdə olan “USS Abraham Lincoln” aviadaşıyıcısı “USS George Washington” gəmisi ilə əvəzlənməyə hazırlanır.
"Kpler" məlumatlarına əsasən, həftəsonu Hörmüz boğazından daşımalar kəskin şəkildə azalıb. Şənbə günü boğazdan cəmi beş yük gəmisi keçdiyi halda, bazar günü heç bir gəminin hərəkəti qeydə alınmayıb. Keçən həftəsonu bu rəqəm 31 gəmi təşkil etmişdi. Bu geriləmə tankerlərə qarşı törədilən hücumlar və ABŞ-İran danışıqlarının dalana dirənməsi fonunda baş verib.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə COP31-in Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Antalyaya gəlib.
Polşanın Krakov şəhərində noyabrın 7-də altı nəfərin öldürüldüyü silahlı hücumda şübhəli bilinən 24 yaşlı şəxs xəstəxanada ölüb. Polis bu barədə noyabrın 9-da məlumat yayıb.
“Nvidia” şirkəti baş icraçı direktoru Censen Huanqın xarici kəşfiyyat əməliyyatının hədəfi olması ehtimalını araşdırır. Müstəqil araşdırmaya Huanqın şəxsi münasibətdə olduğu iş qadınının Çinə məlumat ötürdüyü barədə iddialardan sonra başlanılıb.
Türkiyənin İzmir vilayətində polad zavodunda baş verən partlayışda azı 17 nəfərin öldüyü bildirilir. Texniki xidmət zamanı kran aşıb, ardınca partlayış olub. Hadisə ilə bağlı istintaq başlanıb.
AnewZ-un Günün İcmalını təqdim edirik. “Nvidia” ilə bağlı casusluq iddialarından ABŞ–İran gərginliyinə qədər dünyada baş verən beş əsas xəbəri diqqətinizə çatdırırıq.
Çinlə Avropa arasında nəqliyyat əlaqələrinin genişlənməsi Orta Dəhliz üzrə yükdaşımaların artmasına təkan verir. Bu isə Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri üçün yeni imkanlar yaradır.
ABŞ-nin quru əməliyyatlarına başlamaq təhdidləri fonunda İran könüllü mülki şəxslərin hərbi hazırlığını gücləndirir. SEPAH bu məqsədlə Tehranda qadınlar üçün yeni təlim düşərgəsi açıb.
İsraildə yeni seçilmiş parlamentin deputatları noyabrın 10-da and içiblər. Lakin ölkədə hökumətin formalaşdırılması ilə bağlı qeyri-müəyyənlik davam edir. Prezident İsxak Hersoq Qadi Ayzenkotun hökumət qurmaqda çətinlik çəkdiyi bir vaxtda deputatları yeni seçkilərin qarşısını almağa çağırıb.
Qazaxıstanın məlumatına görə, 2022-ci ildən bəri Şimali Aral dənizində suyun həcmi 24 faiz artaraq 23,4 milyard kubmetrə çatıb. Bu göstəricilər Türkiyənin Antalya şəhərində keçirilən COP31 iqlim konfransında açıqlanıb.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ermənistan iki ildən artıqdır üzvlük haqqını ödəmədiyinə görə noyabrın 11-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) səsvermə hüququndan məhrum edilə bilər.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın