BƏƏ İranla bütün ticarət əməliyyatlarını dayandırıb

BƏƏ İranla bütün ticarət əməliyyatlarını dayandırıb
Bürc Xəlifə və Dubayın ümumi mənzərəsi. Birləşmiş Ərəb Əmirlikləri, 8 dekabr 2021-ci il.
Reuters

Birləşmiş Ərəb Əmirlikləri İran raketlərinin Körfəzdə gəmiçiliyi hədəf aldığını açıqladıqdan sonra bu ölkə ilə bütün ticarət və maliyyə əməliyyatlarını dayandırıb.

Körfəz üzərində aşkarlanan raketlər

Avqustun 18-də Əbu-Dabi hava hücumundan müdafiə qüvvələrinin İrandan BƏƏ istiqamətinə atılan iki ballistik raket aşkar etdiyini açıqlayıb.

BƏƏ Müdafiə Nazirliyinin sosial şəbəkədə yaydığı bəyanatda deyilir: "Hava hücumundan müdafiə qüvvələrimiz İrandan ölkəmizə doğru atılan iki ballistik raket aşkar edib. Bunlardan birincisi ölkənin ərazi sularından kənara, ikincisi isə ərazi sularına düşüb".

Nazirlik sonradan yayılan ikinci açıqlamada bildirib ki, qiymətləndirmələr hər iki raketin dənizə düşməzdən əvvəl gəmiçiliyi hədəf aldığını göstərir.

İlk açıqlama rəsmilərin sakinlərin telefonlarına "potensial raket təhlükəsi" barədə xəbərdarlıq göndərməsindən təxminən iki saat sonra verilib.

İyul ayından bəri ilk xəbərdarlıq

Bu, iyun ayındakı yalançı həyəcan siqnalından və iyul ayındakı xəbərdarlıqdan sonra ilk belə haldır. Bundan əvvəlki son raket xəbərdarlığı mayın əvvəlində edilmişdi.

Digər tərəfdən, BƏƏ-nin dövlət neft şirkəti olan ADNOC-a məxsus tankerlərin son həftələrdə dəfələrlə hədəf alındığı bildirilir.

İran BƏƏ-nin iddiasını rədd edir

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai İranın ölkəyə raket atması ilə bağlı BƏƏ-nin iddiasını rədd edib.

Teqlər