Hərbi süni intellekt: “Helsing” “Palantir”ə rəqib sistem təqdim edir
Almaniyanın müdafiə texnologiyaları şirkəti “Helsing” Avropada ABŞ texnologiyalarından asılılıqla bağlı narahatlıqların artdığı bir vaxtda hədəflərin...
Mərkəzi Asiyanın “fintex” sahəsindəki ambisiyaları Daşkənddə keçirilən böyük forumun başa çatmasından sonra diqqət mərkəzinə gəlib. İndi əsas diqqət regionun potensialını real artıma çevirmək üçün tələb olunan investisiya, infrastruktur və qlobal inteqrasiya imkanlarına yönəlir.
İpək Yolu Maliyyə və Texnologiya Forumu (Silk Road Finance & Technology Forum) Daşkənddə 74 ölkədən 6 mindən çox iştirakçını, o cümlədən siyasətçiləri, tənzimləyici qurumların nümayəndələrini, investorları və texnologiya liderlərini bir araya gətirib. Özbəkistan Mərkəzi Bankı və mərkəzi ofisi Sinqapurda yerləşən GFTN tərəfindən təşkil olunan, “Ant International”ın birgə ev sahibliyi etdiyi forum investisiyaların sürətləndirilməsi, maliyyə innovasiyaları və regional əlaqələrin inkişafına həsr olunub.
Üçgünlük tədbirdə 200-ə yaxın məruzəçi və idarəçiliyində 4 milyard dollarlıq aktiv olan 25-dən çox investor iştirak edib. Müzakirələr rəqəmsal maliyyə, sərhədlərarası ödənişlər, İslam maliyyəsi və sahibkarlıq kimi mövzuları əhatə edib.
Forumun son günündə proqram İslam maliyyəsi və sahibkarlığa həsr olunan “The Azimuth” bölməsi ilə İslam Sivilizasiyası Mərkəzində davam edib.
Tədbirin yekunlaşması ilə diqqət artıq regionun potensialından çox, bu potensialın real nəticələrə və davamlı iqtisadi artıma necə çevriləcəyinə yönəlib.
AnewZ-a müsahibə verən “GFTN Yaponiya”nın direktoru və qrup üzrə baş texnologiya direktoru Piter Franken bildirib ki, əsas çağırışlardan biri yerli “fintex” şirkətlərinin daxili bazarlardan kənara çıxmasını təmin etməkdir.
Franken Yaponiyanı nümunə göstərərək qeyd edib ki, ölkə böyük “fintex” şirkətləri yaratsa da, onların bir çoxu əsasən daxili bazara fokuslanıb. O bildirib ki, Mərkəzi Asiya şirkətləri də eyni problemlə üzləşə bilər. Region daxilində uğurlu olan məhsullar beynəlxalq bazarlarda eyni tələbatla qarşılaşmaya bilər.
Ekspert beynəlxalq miqyasda genişlənmək istəyən startapların konkret yerli ehtiyaclardan daha çox, sadə və universal problemləri həll edən məhsullara üstünlük verməli olduğunu vurğulayıb.
Mərkəzi Asiya üçün güclü daxili “fintex” sektorunun yaradılması yalnız ilk mərhələ ola bilər. Şirkətlər sərhədləri aşan və beynəlxalq bazarlarda rəqabət apara bilən məhsullar hazırlamalıdır.
Bunun üçün investisiyalar, ixtisaslı kadrlar və region daxilində daha güclü maliyyə əlaqələri tələb olunur. Buraya uyğunlaşdırılmış ödəniş sistemləri və vahid maliyyə infrastrukturlarının inkişafı da daxildir.
Özbəkistan “fintex” hədəflərini daha geniş investisiya strategiyası ilə əlaqələndirir. Ölkə son on ildə 160 milyard dollar xarici investisiya cəlb etdiyini və iqtisadiyyatının 2,5 dəfədən çox artdığını bildirir.
İpək Yolu Maliyyə və Texnologiya Forumunun illik platformaya çevriləcəyi gözlənilir. İlk tədbirin yekunlaşmasından sonra əsas diqqət icraya yönəlir: Mərkəzi Asiya növbəti forumadək “fintex” sahəsindəki planlarının nə qədərini reallaşdıra biləcək?
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə COP31-in Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Antalyaya gəlib.
Polşanın Krakov şəhərində noyabrın 7-də altı nəfərin öldürüldüyü silahlı hücumda şübhəli bilinən 24 yaşlı şəxs xəstəxanada ölüb. Polis bu barədə noyabrın 9-da məlumat yayıb.
“Nvidia” şirkəti baş icraçı direktoru Censen Huanqın xarici kəşfiyyat əməliyyatının hədəfi olması ehtimalını araşdırır. Müstəqil araşdırmaya Huanqın şəxsi münasibətdə olduğu iş qadınının Çinə məlumat ötürdüyü barədə iddialardan sonra başlanılıb.
Türkiyənin İzmir vilayətində polad zavodunda baş verən partlayışda azı 17 nəfərin öldüyü bildirilir. Texniki xidmət zamanı kran aşıb, ardınca partlayış olub. Hadisə ilə bağlı istintaq başlanıb.
AnewZ-un Günün İcmalını təqdim edirik. “Nvidia” ilə bağlı casusluq iddialarından ABŞ–İran gərginliyinə qədər dünyada baş verən beş əsas xəbəri diqqətinizə çatdırırıq.
Çinlə Avropa arasında nəqliyyat əlaqələrinin genişlənməsi Orta Dəhliz üzrə yükdaşımaların artmasına təkan verir. Bu isə Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri üçün yeni imkanlar yaradır.
ABŞ-nin quru əməliyyatlarına başlamaq təhdidləri fonunda İran könüllü mülki şəxslərin hərbi hazırlığını gücləndirir. SEPAH bu məqsədlə Tehranda qadınlar üçün yeni təlim düşərgəsi açıb.
İsraildə yeni seçilmiş parlamentin deputatları noyabrın 10-da and içiblər. Lakin ölkədə hökumətin formalaşdırılması ilə bağlı qeyri-müəyyənlik davam edir. Prezident İsxak Hersoq Qadi Ayzenkotun hökumət qurmaqda çətinlik çəkdiyi bir vaxtda deputatları yeni seçkilərin qarşısını almağa çağırıb.
Qazaxıstanın məlumatına görə, 2022-ci ildən bəri Şimali Aral dənizində suyun həcmi 24 faiz artaraq 23,4 milyard kubmetrə çatıb. Bu göstəricilər Türkiyənin Antalya şəhərində keçirilən COP31 iqlim konfransında açıqlanıb.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ermənistan iki ildən artıqdır üzvlük haqqını ödəmədiyinə görə noyabrın 11-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) səsvermə hüququndan məhrum edilə bilər.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın