Qara dənizdə yük gəmisinə dron hücumu nəticəsində iki azərbaycanlı dənizçi həlak olub

Qara dənizdə yük gəmisinə dron hücumu nəticəsində iki azərbaycanlı dənizçi həlak olub
Tuapse limanına Ukrayna dron hücumundan sonra yüksələn tüstü. Rusiya, 16 aprel 2026-cı il.
Reuters/2026 Planet Labs PBC

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, sentyabrın 9-da Qara dənizdə xarici yük gəmisinə dron hücumu nəticəsində iki azərbaycanlı dənizçi həlak olub.

Nazirlik həlak olan Azərbaycan vətəndaşlarının Aslan Əliyev və Asim Qasımov olduğunu açıqlayıb.

Hücum zamanı daha iki azərbaycanlı heyət üzvü — İmran Novruzov və Rauf Əliyev yaralanıb. Onlar hazırda Ukraynanın cənub-qərbində yerləşən Çornomorsk şəhərində xəstəxanada müalicə olunurlar.

Yaralıların müayinə və müalicədən sonra Azərbaycana qayıtması gözlənilir. Nazirlikdən həlak olanların ailələrinə başsağlığı verilib.

Azərbaycan Xarici İşlər Nazirliyi başsağlığı verib

“Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyirik”, — Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.

Nazirlik Azərbaycan vətəndaşlarını hərbi əməliyyatların davam etdiyi və ya təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu bölgələrə səfər etməkdən, həmin ərazilərdə işləməkdən, eləcə də bu marşrutlarda hərəkət edən nəqliyyat vasitələrində, o cümlədən gəmilərdə çalışmaqdan çəkinməyə çağırıb.

 

Teqlər